950) Hematomieliya hansı nahiyələrdə rast gəlinir?
A) boyun və bel qalınlaşmaları
B) Boyun
C) Boyun və döş
D) Bel
E) Döş
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh140
951) Onurğa beyninin yarımzədələnmə sindromu necə xarakterizə olunur?
A) Aşağı paraplegiya və naqil tipli hissi pozğunluqla özünü göstərir
B) Patoloji proses tərəfdə səthi hissiyyatın, əks tərəfdə hərəki pozğunluqlar
C) Hər iki tərəfdə hərəki pozğunluqlar
D) Patoloji proses tərəfdə hərəki, əks tərəfdə səthi hissiyyatın pozulması
E) Hər iki tərəfdə səthi və dərin hissiyyatın pozulması
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh142
952) Patoloji proses tərəfdə hərəki, əks tərəfdə hissiyyatın pozulması nə zaman müşahidə edilir?
A) Ön onurğa beyni sindromunda
B) Onurğa beyni yarımzədələnmə sindromunda
C) Onurğa beyninin mərkəzi sindromunda
D) Müəyyən edilmiş belə bir sindrom yoxdur
E) Onurğa beyninin arxa ciyələrinin zədələnmə sindromunda
Ədəbiyyat:R. S. Həsənov, S. A. Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004. səh142
Dostları ilə paylaş: |