145) Arxa kəllə çuxurunun şişlərində traxestomanın qoyulmasına göstərişlər hansılardır?
A) Tənəffüsdə ölü zonanın və enerji itkisinin azaldılması
B) Kobud, davamlı bulbar pozğunluqlar
C) Tənəffüs yollarının keçiriciliyinin bərpa edilməsi
D) Yuxarı tənəffüs yollarından seliyin təmizlənməsi
E) 5-7 sutka müddətində tənəffüs funksiyasının pozulması
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
146) Arxa kəllə çuxurunun şişləri olan yaşlı xəstələrin zondla qidalandırılmasında porsiyaların miqdarı
A) 50-70 mm
B) 100-120 mm
C) 200-300 mm
D) 150-200 mm
E) 70-100 mm
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
147) Arxa kəllə çuxurunda əməliyyat zamanı fəsadların əksəriyyəti nə ilə əlaqəlidir?
A) Qeyri –adekvat anestezioloji təminatla
B) Beyin kötüyündə qan dövranının pozulması ilə
C) Əməliyyat zamanı beyin kötüyündə travma ilə
D) Əməliyyat zamanı ortostatik reaksiyalarla
E) Sərt qişanın açılmasından sonra beyin kötüyünün dislokasiyası ilə
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
148) Arxa kəllə çuxurunun şişləri olan xəstələrdə erkən postoperasion dövrdə tənəffüs pozğunluqları əksər hallarda nə ilə əlaqəlidir?
A) Beyin kötüyü funksiyalarının pozulması ilə
B) Nəfəs alınan havada oksigenin az olması
C) Yüksək arterial təzyiqlə
D) Bədən hərarətinin qalxması
E) Əməliyyat zamanı əvəzolunmayan qanitirmə
Ədəbiyyat: R.S.Həsənov, S.A.Etibarlı. Neyrocərrahlıq, Bakı, 2004.
Dostları ilə paylaş: |