4.7. Perseptronun quruluşu və alqoritmi
Amerika alimi F.Rozenblat tanıyan maşını icad etmiş və onu “perseptron” adlandırmışdır.Rozenblat tərəfindən qurulmuş MARK-1 maşını timsalında perseptronun quruluşuna və fəaliyyətinə baxaq.
Perseptronun qəbuledici qurğusu kimi torun (qişanın) fotoelektrik modeli – reseptorlar sahəsi götürülür. Bu sahə bir neçə yüz fotomüqavimətdən ibarətdir. Reseptorlar sahəsinin hər bir elementi iki vəziyyətdə-həyəcanlanmış və ya həyəcanlanmamış vəziyyətdə ola bilər (müvafiq fotomüqavimətə sahədə layihələndirilən fiqurun konturunun düşüb düşməməsindən asılı olaraq). Hər bir elementin çıxışında, əgər element həyəcanlanmışsa vahidə bərabər,əks halda isə sıfra bərabər xi(i=1,2,....,n, haradakı, n-elementlərin sayıdır) siqnalı meydana gəlir.
Perseptronun sonrakı pilləsi kimi “assosiativ elementlər” və ya A-elementləri çıxış edirlər. Onların sayı reseptorların sayına bərabərdir. Hər bir A-elementi bir neçə girişlərə və bir çıxışa malikdir.
A-elementlər onların girişlərinə daxil olan siqnalların cəbri cəmini həyata keçirir və alınmış nəticəni bütün A-elementləri üçün eyni olan θ kəmiyyəti ilə müqayisə edirlər. Əgər cəm θ-dan kiçikdirsə, A-elementi həyəcanlanmamış qalır və çıxış siqnalı sıfra bərabər olur. Beləliklə, j-cu A-elementinin şıxış siqnalı aşağıdakı kimi tapılır.
Harada ki,rij +1 qiymətini alır,əgər i-ci reseptor j-cu A-elementinin girişinə müsbət işarə ilə birləşmişsə və -1 qiymətini alır, əgər reseptor mənfi işarə ilə birləşmişsə və 0 qiymətini alır, əgər i-ci reseptor j-cu A-elementinə qoşulmayıbsa (j=1,2,....,m, haradakı, m-A-elementlərinin sayıdır).
A-elementlərinin şıxış siqnalları xüsusi qurğuların (gücləndiricilərin) köməyi ilə λj əmsallarına vurulurlar. Bu əmsallardan hər biri müsbət, mənfi və sıfra bərabər ola bilərlər və digər əmsallardan asılı olmayaraq dəyişə bilərlər.
Gücləndiricilərin siqnalları cəmlənirlər və cəm siqnalı
tənzimləyici və ya R-elementinin girişinə daxil olur. Əgər σ müsbət və ya sıfra bərabərdirsə, R-elementi çıxışda “1” verəcək, əgər σ mənfidirsə, “0” verəcək. Beləliklə, R-elementinin çıxış siqnalı (o həm də perseptronun çıxış siqnalıdır) aşağıdakı kimi olacaqdır:
Dostları ilə paylaş: |