Neyron şəbəkələrinin tipləri



Yüklə 398,66 Kb.
səhifə8/9
tarix18.04.2023
ölçüsü398,66 Kb.
#99896
1   2   3   4   5   6   7   8   9
Neyron şəbəkələrinin tipləri

4.11. Neyrokompüterlər

Neyrokompüter-təbii neyron şəbəkələrinin iş prinsipləri əsasında informasiyanın emalı qurğusudur. Bu prinsiplərin formalaşdırılması süni neyron şəbəkələrinin nəzəriyyəsi barəsində mülahizələrin yürüdülməsinə imkan verdi. Neyrokompüterlərin problematikası isə süni neyron şəbəkələrinin sadəcə olaraq kompüterdə modelləşdirilməsi deyil, kompüterin iş prinsipinin müvafiq olaraq dəyişdirilməsi ilə onların süni neyron şəbəkələri nəzəriyyəsinə müvafiq olaraq işləmələri barəsində danışmağa imkan verən real fiziki qurğuların yaradılmasıdır.


Neyrokibernetika, neyroinformatika, neyrokompüter terminləri elm aləminə çox da uzaq olmayan XX əsrin 80-cı illərinin ortalarında daxil olmuşlar. Lakin elektron və bioloji beyin hesablama texnikasının mövcudluğunun bütün tarixi boyu müddətində daim müqayisə edilmişlər.
Birinci neyrokompüterlər Rozenblatın perseptronları: Mark-1 (1958) və Tomerbori (1961-1967), həmçinin delta-qaydalar əsasında Uidrou və Xoff tərəfindən işlənilmiş Adalin olmuşdur.
Neyrobionika ideyası (neyroprinsiplər əsasında texniki vasitələrin yaradılması) 1980-cı illərin əvvəlində intensiv inkişaf etməyə başlamışdır. Bu ideyanın yaranmasına təkan kimi aşağıdakı ziddiyyət səbəb olmuşdur: kompüterlərin elementar detallarının ölçüləri əsəb sistemindəki elementar “informasiya çeviricilərinin” ölçüləri ilə müqayisə edilirdilər. Bu zaman ayrı ayrı elektron elementlərinin bioloji sistemlərə nisbətən cəldişləməsinin milyon dəfə böyük olmasına nail olunmuşdur, lakin istiqamətləndirmə və təbii mühitdə qərar qəbuletmə ilə bağlı olan məsələlərin həllinin effektivliyi “canlı” sistemlərdə hələlik əlçatmaz qədər yüksəkdir.
Prosessorların və yaddaş bloklarının kombinasiyasını təmsil edən rəqəmsal sistemlərdən fərqli olaraq neyroprosessorlar əksər hallarda formal neyronlar və ya eyni tipli formal neyronlardan olan bloklar kimi təsvir oluna bilən çox sadə prosessorlar arasında əlaqələrdə paylanmış yaddaşa malikdirlər. Bununla yanaşı prosessorlar tərəfindən konkret funksiyaların yerinə yetirilməsi üçün əsas yük sistemin arxitekturasına düşür, hansının ki, detalları öz növbəsində neyronlararası əlaqələrlə müəyyən olunurlar.
Neyrokompüterlərin əsas üstünlükləri aşağıdakılardır:

  1. Neyroinformatikanın bütün alqoritmləri yüksək dərəcədə paralleldirlər, bu isə yüksək cəldişləmənin rəhnidir.

  2. Neyrosistemlərin sadə yolla əngəllərə və dağılmalara qarşı yüksək dayanıqlığını təmin etmək olar.

  3. Dayanıqlı və etibarlı neyrosistemlər parametrlərin əhəmiyyətli səpələnməsinə malik olan etibarlı olmayan elementlərdən yaradıla bilərlər.

Neyrokompüterlər öz quruluşuna və fəaliyyətinə görə insan beyninə bənzər süni sistemə çox yaxındır. Kompüter sözünün önündə neyro anlayışı o deməkdir ki, bu cür hesablama sisteminin tərkibində xüsusi hesablayıcı elementlər – süni neyronlar olan siqnalların ötürülməsi həyata keçirilir. Bir məntiqi qurğu kimi neyrokompüterin ən geniş anlamda mahiyyəti ondan ibarətdir ki, burada neyron şəbəkələrinin modelləşdirilməsi yolu ilə beynin hesablama strukturunun surətini almış oluruq. Realizə olunması üsuluna görə neyrokompüterləri şərti olaraq 3 səviyyəyə ayırmaq olar.

Yüklə 398,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin