Müxtəlif təbii fəlakətlər və qəzalar zamanı aparılan kəşfiyyatın xüsusiyyətləri, əsasən, onun konkret vəzifələrində təzahür edir. Qəza yerlərini diqqətlə müayinə etməklə, adamlar toplanan yerlərə, anbarlara, su mənbələrinə xüsusi diqqət yetirməklə, havadan və torpaqdan nümunələr götürüb analizə göndərməklə bu vəzifələrin öhdəsindən gəlmək mümkündür.
Güclü zəlzələdən sonra aparılan kəşfiyyatınəsas vəzifələri isə bina və tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın, kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində qəzaların yerini, dərəcəsini, xilasetmə işlərinin növünü, həcmini və s. müəyyən etməkdən ibarətdir.