Neytron silahının zədələyici xüsusiyyəti


Yandırıcı maddələri tətbiq edən vasitələr



Yüklə 152,85 Kb.
səhifə25/33
tarix02.01.2022
ölçüsü152,85 Kb.
#41714
1   ...   21   22   23   24   25   26   27   28   ...   33
Mülki müdafiə-MÜHAZİRƏLƏR

Yandırıcı maddələri tətbiq edən vasitələr

Təyyarədən tətbiq edilən yandırıcı döyüş sursatları aşağıdakılardır:

a) Kiçik ölçülü (kalibrli) döyüş sursatları termit və termit əsaslı maddələrlə doldurulur.

b) Orta ölçülü (kalibrli) döyüş sursatları piroqellərlə doldurulur

v) Böyük ölçülü (kalibrli) döyüş sursatları napalm ilə doldurulur.

Kiçik ölçülü (kalibrli) döyüş sursatları (4 kq-a qədər) - agac ti-

kililəri, anbar binalarını, dəmiryol stansiyalarını (qovşaqlarını) və

başqa hədəfləri məhv etmək üçündür. Onlar 3-5 m radiusda yanğın

ocaqları əmələ gətirirlər. Yandırıcı kütlənin yanma vaxtı 2-3 dəqiqə

olur.


Orta ölçülü yandırıcı döyüş sursatları yaşayış, sənaye binalarını, anbarları və s. obyektləri məhv etmək üçündür. Yandırıcı kütlənin yanma vaxtı 3-8 dəqiqə olur.

böyük ölçülü (kalibrli) yandırıcı döyüş sursatları (Bombalar 1000-4000 kq) əhalini məhv etmək, şəhərlərdə (yaşayış məntəqələrində) yanğınlar törətmək üçündür. Yanma müddəti 3-10 dəqiqə olur.

Toplardan atılan yandırıcı döyüş sursatları (mərmilər, minalar) ağac, binaları, yanacaq və sürtkü materialları anbarlarını, əhalini, təyyarələri, nəqliyyat vasitələrini məhv etmək üçündür. Bunlar ağ və plastik fosforla doldurulmuş minalardan ibarətdir. Bundan əlavə əhalini məhv etmək üçün içərisində yandırıcı maddələr olan qrad qurğularının mərmilərindən istifadə olunur.

Bunlardan əlavə silahlı qüvvələrdə əldən (rans) və tankdan od-

saçanlär silahlar mövcuddur. Əldən (rans) odsaçanların atəş məsafəsi

50-100 m-dir. Tankların atəş məsafəsi 180-230 m-dir

Bunlardan əlavə düşmən ordularında əl ilə atılan yandırıcı qumbaralar var. Onların atəş məsafəsi 40 m, silah vasitəsilə atıldıqda isə 150-200 m-dir.

Yandırıcı silahların insanlara tə'siri istilik enerjisindən, tüstüdən və yanma zamanı əmələ gələn zəhərləyici maddələrdən ibarətdir.

İnsanlara tə'sir etdikdə yandırıcı maddələr onun dərisində yanıqlar əmələ gətirir. О yanıqlar çox dərin olur və 2-3 ay müddətində davam edir. Birinci 30-60 saniyə müddətinde insanlar şok vəziyyətine düşürlər.

Bunlardan əlavə napalmın tə'sirindən tənəffüs yollarında yanıqlar əmələ gəlir, ağ ciyər zədələnir və orqanizmin ümumi zəhərlənməsi baş verir.

Yandırıcı silahlardan (maddələrdən) mühafizə olunmaq üçün odadavamlı binalardan, qurğulardan, nəqliyyat vasitələrindən və başqa örtülü yerlərdən istifadə etmək lazımdır Bunlardan əlavə fərdi mühafizə vasitələrindən də istifadə etmək olar.


Yüklə 152,85 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin