Neytron silahının zədələyici xüsusiyyəti



Yüklə 152,85 Kb.
səhifə1/33
tarix02.01.2022
ölçüsü152,85 Kb.
#41714
  1   2   3   4   5   6   7   8   9   ...   33
Mülki müdafiə-MÜHAZİRƏLƏR



Neytron silahının zədələyici xüsusiyyəti
Neytron silahı azgüclü istilik-nüvə sursatıdır. Neytron döyüş sursatının əsas hissələri: gövdədən – deyterium-tritium qarışığından ibarət əsas partlayıcı maddə atımından; neytron mənbəyindən – adi partlayıcı maddəni partladan, habelə zəncirvari parçalanma və sintez reaksiyalarının başlanması üçün təkan verən detanatorlardan ibarətdir. Əsas zədələyici təsiri-neytronlar selinin nüfüzedici tə'sirindən ibarətdir. Neytron sursatının gücü adətən 0,5 kt-dan 2 kt-dək (2 min tonadək) olur. Nüfüzedici radiasiya və onun əsasını təşkil edən neytronlar seli digər nüvə partlayışına nisbətən 5-6 dəfə güclü olduğu üçün adamların radiasiyadan zədələnməsi zərbə dalğasının və işıq şüalanmasının tə'siri dairələrindən daha çoxdur.

Neytron bombası partlayışının tə'sirindən mühafızə olunmayan adamlar partlayış mərkəzindən 800 m-dək məsafədə bir anda, 1600 m-dək məsafədə-partlayışdan bir neçə gün sonra məhv ola bilərlər. Qış vaxtı (rütubətli havada) neytron selinin zərərli tə'sir məsafəsi yayda-kına nisbetən 1,2 dəfəyədək az olur.

Neytron bombasının partlayışı zamanı nüfüzedici radiasiyadan mühafizə nisbətən çətindir. Partlayış zamanı nüfuzedici radiasiyanın tə'sir dairəsi eyni güclü digər nüvə sursatlarının tə'sir dairəsindən təxminən iki dəfə artıqdır.

Bu tə'sirə qarşı daldalanacaqların radiasiyasını zəiflətmə əmsalı 1,5-2 dəfə az olduğuna görə, neytron döyüş sursatından qorunmaq üçün nəzərdə tutulan daldalanacaqda divar və tavanın qalınlığı adi ra¬diasiya daldalanacağındakından 1,2-2 dəfə qalın, yəni 130-150 sm olmalıdır.


MÜHAZİRƏ 7


Yüklə 152,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin