Radiasiya şəraitinin proqnozlaşdırılmasında ilkin şərtlər
nüvə partlayışının koordinatları, gücü, tipi, vaxtı, orta küləyin sür'əti və istiqamətidir.
Orta külək yer səthindən radioaktiv buludun qalxma hündürlüyünə qədər atmosfer təbəqəsində orta sür'ətə və istiqamətə malik küləyə deyilir. Orta küləyi tə'yin etmək üçün atmosfer təbəqəsini hündürlük boyunca bir neçə vahid təbəqələrə bölərək, hər birində küləyin istiqaməti və sür'əti tə'yin olunur.
Orta küləyin istiqaməti, vahid təbəqələrdə küləyin istiqaməti vektorlarının cəmi ilə eyni istiqamətdə olur. Orta küləyin istiqaməti dərəcə ilə (0°-dən 360°-dək) saat əqrəbi istiqamətində qəbul olunur. Şimaldan əsən küləyin istiqaməti (azimut) 0° və ya 360°, şərqdən - 90°, cənubdan - 180°, qərbdən 270°-dir.
Orta küləyin sür'əti vahid təbəqələrdəki küləklərin sür'ətləri cəminin təbəqələrin sayına olan nisbətinə bərabərdiı.