Neytron silahının zədələyici xüsusiyyəti


Kimyəvi şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi



Yüklə 152,85 Kb.
səhifə6/33
tarix02.01.2022
ölçüsü152,85 Kb.
#41714
1   2   3   4   5   6   7   8   9   ...   33
Mülki müdafiə-MÜHAZİRƏLƏR

Kimyəvi şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi
Düşmənin zəhərləyici maddələr tətbiq etməsi nəticəsində yaranan vəziyyətə kimyəvi şərait deyilir.

Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti adamlara, heyvanlara, torpağa, bitkilərə, su mənbələrinə və s. tə'sir nəticəsinin dərəcəsini tə'yin etməkdə, həmçinin dəstələrin və əhalinin kimyəvi zəhərlənmə şəraitində xilasetmə və digər tə'xirəsalınmaz işlərin aparılmasında ən məqsədəuyğun fəaliyyətlərinin seçilməsindədir.

Kimyəvi şərait kimyəvi kəşfıyyatın mə'lumatları əsasında, lakin bə'zi hallarda qabaqcadan öyrənilir. Belə öyrənməyə aşağıdakılar aiddir:

• dəstələrin şəxsi hey'ətinin və əhalinin zəhərləyici maddələrdən mühafizə dərəcəsini tə'yin etmək;

• kimyəvi silahın basqınına mə'ruz qalmış obyektləri öyrənmək;

• zəhərləyici maddələrin növünü və təxmini sıxlığını, vaxtını, onların tətbiq vasitələrini və üsullarını tə'yin etmək;

• ərazinin xarakterini və hava şəraitini öyrənmək.

Zəhərləyici maddələrin tətbiq edilmə rayonu (obyekti), növü, üsulları, miqyası, adətən, adi görmə müşahidəsi ilə tə'yin edilir, sonra kimyəvi kəşfıyyatın mə'lumatları ilə dəqiqləşdirilir. Zəhərləyici maddələrin növünü kimyəvi kəşfiyyat cihazları, həmçinin onun tətbiq üsulları ilə tə'yin edirlər. Əgər düşmən təyyarələri səpən təyyarə cihazlarından (STC) istifadə edərsə, deməli, zəhərləyici maddələr V tipli qaz və iprit növlərinə aiddir.


Yüklə 152,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin