Bakterioloji şərait nə üçünqiymətləndirirlər?
Bakterioloji şəraiti adamların, heyvanların, ərazinin, təsərrüfat obyektlərinin bakterioloji zəhərlənməsi miqyasını və dərəcəsini aydınlaşdırmaq, bakterioloji vasitələrin mülki müdafıə dəstələrinin xilasetmə və digər tə'xirəsalınmaz işlərinə, həmçinin əhalinin kənd təsərrüfatı işlərinin aparılmasında göstərdiyi fəaliyyətinə tə'sirl müəyyən etmək üçün qiymətləndirirlər.
Bakterioloji şəraitin qiymətləndirilməsinə aşağıdakılar aiddir:
bakterioloji zəhərlənmə rayonunun sərhədini tə'yin etmək;
torpaqdan istifadəetmə planına və ya ümumi vəziyyət sxeminə zəhərlənmə rayonunu köçürmək;
karantin rejimini dəqiqləşdirmək;
xüsusi təmizliyin aparılması üçün kənd təsərrüfatı istehsalı obyektlərini tə'yin etmək;
həmçinin müalicə-profılaktik tədbirləri qaydalarını və həcmini müəyyənləşdirmək.
Zəhərlənmə ocağının sərhədlərini tibb və baytar kəşfiyyatları tə'yin edir, onları ərazidəki nişanlayır və lazımi mə'lumatları plana və ya xəritəyə köçürürlər.
Dostları ilə paylaş: |