Prezidenti Zati-aliləri cənab Yoaxim Qauka Hörmətli cənab Prezident! Almaniya Federativ Respublikasının milli bayramı
– Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.
Azərbaycan-Almaniya münasibətləri dinamik və
hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələ-
rimizin genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə
dərinləşməsi yolunda qarşılıqlı addımlarımız bundan sonra
da tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı ye-
tirir, dost Almaniya xalqına daim əmin-amanlıq və fira-
vanlıq diləyirəm.