Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə2/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   2   3   4   5   6   7   8   9   ...   60
Giriş 
 
XX  əsrin  sonlarında  Azərbaycan  Respublikasında 
dövlət müstəqilliyi  bərpa edildikdən sonra ilk illərdə ciddi 
siyasi,  iqtisadi,  sosial  və  idarəçilik  problemləri  yarandı. 
Bu  problemlərin  aradan  qaldırılmasına  təminat  müstəqil 
ideya, möhkəm iradə və cəsarət tələb edirdi. Bu uzaqgörən 
müdriklik  və  siyasi  iradə  Ümummilli  liderimiz  görkəmli 
siyasi  xadim  Heydər  Əliyev  tərəfindən  ortaya  qoyuldu. 
Onun  səyi  nəticəsində  ictimai-siyasi  həyatımızda  köklü 
dəyişikliklər əldə edildi. Bu dəyişikliklər elm və təhsil  sa-
hələrində də daha bariz şəkildə özünü göstərdi. Ümummili 
lider  Heydər  Əliyevin  təşəbbüsü  ilə  Azərbaycan  dilininin 
tətbiqi sahələrinin genişlənməsi, onun dövlət dili kimi  sta-
tusunun    möhkəmləndirilməsi  və  zaman  keçdikcə  istifadə 
dairəsinin artması  bu sahədə köklü islahatların həyata ke-
çirilməsi  zəruriətini  yaratdı.  Elə  bu  səbəbdən  də  Ümum-
milli liderin təşəbbüsü ilə 12 noyabr 1995-ci il tarixli refe-
rendumla  müstəqil  Azərbaycan Respublikasının Konstitu-
siyasının qəbul edilməsi ilə xalq öz mövqeyini ortaya qoy-
du və milli dövlətçilik tariximizdə yeni bir mərhələ açıldı. 
Qəbul  edilmiş  yeni  Konstitusiya  dövlət  qurucululğunda, 
ictimai-siyasi, iqtisadi və mədəni, habelə ayrı-ayrı sahələr 
üzrə  qanunvericiliyin  mənbəyi  olaraq,  cəmiyyətimizin  in-
kişafına  güclü  təkan  verdi.  Referendum  yolu  ilə  qəbul 
edilmiş  yeni Konstitusiyada xalq bir daha Azərbaycan di-
linin Azərbaycan Respublikasının dövlət  dili olması müd-
dəasına yekdilliklə səs verərək, öz iradəsini ortaya qoydu. 
      
Ümummilli lider H. Əliyevin əsas amallarından biri 
Azərbaycan dilinin daha da təkmilləşdirilməsi və onun tət-



 
biqi  imkanlarının  genişləndirilməsi  idi.  Elə  bu  məqsədlə 
də Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin  
təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fər-
man  qəbul  edildi.  Həmin  fərmanda  qeyd  edildiyi  kimi, 
“Hər  bir  xalqın  dili  onun  milli  varlığını,  ictimai  siyasi 
təfəkkürünü, tarixini, mədəniyyətini, müəyyən edən başlı-
ca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mər-
hələlərdə  onunla  birgə  olmuş,  onun  taleyini  yaşamış,  üz-
ləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır gün-
lərində  belə  onun  milli  mənliyini,  xoşbəxt  gələcəyə  olan 
inamını qoruyub möhkəmləndirmişdir.  
       
 Fərmanda qeyd edildiyi kimi, ölkəmizin orta və ali 
məktəblərində  Azərbaycan dilinin müasir dünya standart-
larına,  milli-mədəni  inkişaf  tariximizin  tələblərinə  cavab 
verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir 
çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, 
kargüzarlıq  və  sair  sahələrdə  Azərbaycan  ədəbi  dilinin 
normalarına lazımınca əməl edilmir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin