Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə3/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   2   3   4   5   6   7   8   9   ...   60
1
 
  
Azərbaycan  dilinin  dövlət  dili  kimi  tətbiqi  sahələ-
rində çatışmazlıqların aradan qaldırılması üçün ölkəmizdə 
bir  sıra  tədbirlər  həyata  keçirildi.  Bütün  mərkəzi  və  yerli 
icra  hakimiyyəti  orqanlarında,  həmçinin  idarə,  müəssisə 
və  təşkilatlarda  yazışmalar,  sənədləşdirmə  işlərinin  Azər-
baycan  dilində  latın  qrafikasında  aparılmasının  imperativ 
qaydası müəyyən olundu.     
    
  Heydər  Əliyevin  layiqli  davamçısı  olan  Azərbay-
can  Respublikasının  Prezidenti  İlham  Əliyev  bu  sahədə 
görülmüş  işləri  davam  etdirərək  9  aprel  2013-cü  il  tarixli 
                                                           
1
Bax: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”, 30 iyun 2001-
ci il, N6, maddə 404) 
 



 
2837  nömrəli  Sərəncamı  ilə  “Azərbaycan  dilinin  qlobal-
laşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və 
ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq 
etmişdir. 
”Dövlət  Proqramı”nın  məqsədi  Azərbaycan  dilinin 
istifadəsinə  və  tədqiqinə  dövlət  qayğısının  artırılması, 
Azərbaycan  dilinin qloballaşma  şəraitində  zamanın tələb-
lərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmaları, əsaslı 
surətdə  yaxşılaşdırılması,  dilçiliyin  aparıcı  istiqamətlərin-
də fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldil-
miş  yaradıcılıq  səylərinin  birləşdirilməsini  və  dilçiliyin 
müasir  cəmiyyətin  aktual  problemləri  ilə  əlaqələndiril-
məsini təmin etməkdir. 
    
Azərbaycan dilinə verilən bu yüksək dəyər və onun 
qanunvericilik  yolu  ilə  konstitusion  qaydada  təsbit  edil-
məsi  ölkəmizin  idarəetmə  orqanları,  idarə,  müəssisə  və 
təşkilatları,  habelə  yerli  özünüidarəetmə  orqanlarında  iş-
güzar yazışmaların yalnız Azərbaycan dilində  aparılması-
nın başlıca hüquqi təminatı kimi qiymətləndirilməlidir. 
 
Metodik  vəsait  giriş,  dörd  fəsil  və  ədəbiyyat 
siyahısından ibarətdir. 
 
Metodik  vəsaitin  birinci  fəslində  işgüzar  üslubun 
leksik,  morfoloji  və  sintaktik  xüsusiyyətləri  və  bunlarla 
bağlı digər məsələlər araşdırılır. 
 
İkinci  fəsildə  sənəd  haqqında  anlayış,  idarəçilik 
fəaliyyətinin sənədləşdirilməsinin əsas müddəaları, sənəd-
lərin  unifikasiyası,  standartlaşdırılması,  onların  tərtib 
edilməsi qaydaları tədqiq olunur. 
 
Metodik  vəsaitin  üçüncü  fəslində  isə  işgüzar  mək-
tubun  quruluşu,  etiket  qaydaları,  elektron  sənəd  dövriy-
yəsinin  tətbiqi  mexanizmi,  bu  sənədin,  habelə  maliyyə-



 
mühasibat  sənədləri,  onların  əhəmiyyəti,  belə  sənədlərin 
göndərilməsi,  alınması  və  sair  məsələlərin  elmi-nəzəri  və 
praktiki əsasları göstərilir. 
 
Dördüncü  fəsildə  isə  müxtəlif  rəsmi  sənəd  forma-
ları öz əksini tapmışdır. 
 
Metodik  vəsait  Türkiyədə,  Rusiyada,  İngiltərədə, 
Almaniyada,  habelə  ölkəmizdə  əvvəllər  nəşr  olunmuş 
(“İşgüzar Azərbaycan dili” Bakı, 1991-ci il; Şahbaz Bala-
kişiyev,  İmran  Namazov  “Əməli  yazı  nümunələri”,  Bakı, 
2006;  Adil  Babayev  “Azərbaycan  dili  və  nitq  mədəniy-
yəti”, Bakı, 2008) dərsliklər, dərs vəsaitləri və digər elmi-
tədqiqat əsərləri əsasında tərtib olunmuşdur. 
 
Tərtibat zamanı həmçinin, Azərbaycan Dövlət İqti-
sad  Universitetinin  dərslikləri  və  Azərbaycan  xalqının 
minilliklər boyu mövcud olmuş klassik və müasir yazışma 
mədəniyyəti əsas götürülmüşdür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin