Nəzakət səLİmova


I FƏSIL. İŞGÜZAR YAZIŞMALAR VƏ ONLARIN



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə4/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   2   3   4   5   6   7   8   9   ...   60
I FƏSIL. İŞGÜZAR YAZIŞMALAR VƏ ONLARIN 
APARILMASI QAYDASI 
 
1.1.İşgüzar yazışmaların məqsədi və mahiyyəti 
 
  
Müasir  mərhələdə dövlətin əsas prioritet istiqamət-
lərindən  biri  də  işgüzar  yazışmaların  dövlət  əhəmiyyətli 
məsələlərdən biri kimi həyata keçirilməsidir. Belə ki, dün-
yada  gedən  qloballaşma,  inteqrasiya  və  innovasiyalı  pro-
seslər  işgüzar  yazışmaların  həyata  keçirilməsində  mühüm 
əhəmiyyət kəsb edir.  Bu gün Azərbaycan  milli oyanış və 
milli  özünüdərk  dövrünü  yaşayır.  Bu  dövr  hər  bir  şəxsin 
milli mənsubiyyətini dərketməsi, soykökünə qayıdış, azər-
baycançılıq və s.  məsələlərlə səciyyələnir.  Bu proseslərdə 
işgüzar  yazışmaların  əhəmiyyəti  böyükdür.  Əsası  ulu  ön-
dər  H.Əliyev  tərəfindən  qoyulmuş  azərbaycançılıq  və 
vətənçilik  ideologiyası  onun  layiqli  davamçısı  prezident 
İ.Əliyev  tərəfindən  ən  yüksək  səviyyədə  həyata  keçiril-
məkdədir.  İstər  ölkənin  daxili  siyasətində  və  mədəni  əla-
qələrində  istərsədə  xarici  siyasətdə,  mədəniyyətlərarası 
dialoqlar prosesində İşgüzar yazışmaların rolu və əhəmiy-
yəti günü gündən artmaqdadır. İşgüzar yazışmalar həm də 
diplomatik  münasibətlərdə  önəmli  yerlərdən  birini  tutur. 
Beləki  cəmiyyətdə  sosial-iqtisadi  proseslərin  tənzimlən-
məsində,  dövlət  siyasətinin  həyata  keçirilməsində,  dövlə-
tin  beynəlxalq  imicinin  formalaşmasında  multikultural  və 
tolerantlıq ideyasının bərqərar edilməsində, mənəvi əxlaqi 



 
dəyərlərimizin  qorunmasında,  İKT-nin  tətbiqində  və  s.də 
İşgüzar  yazışmalar və  normativ hüquqi sənədlər  əsas pri-
oritetlərdən biri kimi qəbul edilir. İşgüzar yazışmaları düz-
gün həyata keçirmədən dövlətin sosial, iqtisadi və mədəni 
inkişafına hərtərəfli nail olmaq mümkün deyil. 
İstər  işgüzar  sənədlər,  istər  beynəlxalq  səviyyəli 
normativ  hüquqi  sənədlər  sağlam  ünsiyyətə  istinad  edir. 
İşgüzar  yazışmalarda  milli  mədəniyyətin  öyrənilməsi  və 
təbliği  dövlət  siyasətində  xüsusi  önəm  kəsb  edir.  Bu  ba-
xımdan  İşgüzar  yazışmaların  məqsədi  və  mahiyyəti  də 
dövlət  siyasətinə  və  dövlətçilik  ənənələrinə  əsaslanır.  Ha-
zırda  İşgüzar  yazışmaların  həyata  keçirilməsi  Azərbayca-
nın  beynəlxalq  aləmdə  imicinin  yüksəlməsində  olduqca 
mühüm əhəmiyyətə malikdir. Bu isə azərbaycançılıq ideo-
logiyasının  təməl  daşının,  onun  məzmun  və  mahiyyətinin 
əsas leymotivinitəşkil edir. 
 
Bu proseslər isə hüquqi müstəvidə işgüzar əlaqələ-
rin və diplomatik yazışmaların mahiyyətində də əks olun-
maqdadır. Bu müstəvidə İşgüzar yazışmaların Azərbaycan 
dövlət  siyasətinin  hüquqi  bazası  əsasında  qurulmasında 
mühüm  sosial-iqtisadi  aunksiyaları  yerinə  yetirir.  Məhz 
elə bu baxımdan da işgüzar aləmdə fiziki və hüquqi şəxs-
lər arasında ilkin münasibətlər kommunukasiyanın bir nö-
vü olan işgüzar yazışmalar vasitəsi ilə qurulur. 
 İşgüzar  yazışmalar-  hər  hansı  sənədin  səlis,  ay-
dın, savadlı və məzmunlu tərtib edilməsi üçün istifadə olu-
nan qayda və vasitələrin məcmusudur. Bu qayda və vasitə-



 
lərin  düzgün  tətbiqi  sənədin  praktiki  əhəmiyyətini  təmin 
edən  mühüm  şərtlərdən  biri  olmaqla,  sənədə  məna  və 
məzmun dəqiqliyi verir. İşgüzar yazışmalar zamanı sənəd-
də  ifadə  olunan  hər  bir  mülahizə  və  fikirlər  kifayət  qədər 
faktlarla  zəngin  olmalı  və  bu  faktlarla  əsaslandırılmalıdır. 
Yazışmaların aparılması zamanı sənədlər tərtib olunarkən, 
konkret  faktları,  məlumatları  diqqətlə  seçmək,  yoxlamaq, 
onların dəqiq və  etibarlı olmasına xüsusi diqqət  yetirmək 
lazımdır. Əgər sənəddə əks olunan faktlar qeyd etdiyimiz 
pametrlərə  uygun  olarsa,  onu  oxuyan  şəxs  sənədin  məz-
mununu  başa  düşməkdə  çətinlik  çəkməz  və  bunun  üçün 
əlavə vasitələrə ehtiyac qalmaz. 
İşgüzar  sənədlərin  məqsədi  müəllifin  öz  nöqteyi-
nəzərini və mövqeyini yazışmanın ünvanlandığı şəxsə çat-
dırmaqdan ibarətdir. Savadlı və inandırıcı arqumentlər bu 
məqsədə nail olunmasında əsas vasitələrdən biri kimi qiy-
mətləndirilir. Bu yazışmalar qramatik, etik və digər qayda-
lara  əməl  edilmədən  aparıldıqda  yaranmış  münasibətlər 
nəinki  inkişaf  edə,  əksinə  ilk  anındaca  korlana  bilər  və 
işgüzar  əlaqələr pozula  bilər. Ona görə  də  yuxarıda  qeyd 
olunan qaydalara əməl etməklə tərtib olunan işgüzar mək-
tublar onu tərtib edən şəxsin və təmsil etdiyi idarə, müəs-
sisə və təşkilatın barəsində müsbət təəsürat yarada bilər ki, 
bu da  görülən işlərdə uğur  qazanmağın vacib şərtlərindən 
biri kimi qiymətləndirilir.Bunun üçün işgüzar məktubların 
quruluşuna (struturuna) xüsusi diqqət yetirilməlidir

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin