Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə7/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   2   3   4   5   6   7   8   9   10   ...   60
2. Salamlama. İşgüzar yazışmaların həyata keçiril-
məsi  zamanı  hamı  tərəfindən  qəbul  olunmuş,  ictimai  mü-
nasibətlərin  iştirakçılarının  mənəvi-əxlaqi  və  intellektual 
səviyyəsinin  göstəricisi  sayılan  bir  sıra  etik  davranış  qay-
dalarına  əməl  edilməlidir  ki,  bunlar  da  qarşı  tərəfə  müx-
təlif  müraciət  formalarında  özünü  biruzə  verir.  Bu  zaman 
«Hörmətli  ……  müəllim!»,  «Hörmətli  ……  xanım!», 
«Hörmətli …….oğlu!», «Hörmətli …..qızı!»  kimi ənənə-
vi  müraciəit  formalarından  istifadə  olunur.  İşgüzar  mək-
tubların yazılması zamanı bir qayda olaraq, qarşıtərəfə adı, 
soyadı və atasının adı ilə müraciət olunsa da, bəzi hallarda 
onun  yalnız  vəzifəsinin göstərilməsi ilə  də  kifayətlənmək 
olar.  Məsələn,  «Hörmətli  cənab  direktor!»,  «Hörmətli 
cənab Baş katib!», «Hörmətli cənab Nazir!» və s. 
Qeyd  etmək  lazımdır  ki,  qarşı  tərəfə  adla  müraciət  
edilməsi  psixoloji  nöqteyi-nəzərdən  şəxsi  münasibətlər-
dəki  hörməti,  həmin  şəxsin  nüfuzu  və  «çəkisini»  azalt-
ması, qarşılıqlı münasibətlərin o qədər də dərin olmaması 
təəssüratı  yaratdığından,  imkan  daxilində  bu  cür  müraciət 
formalarından istifadə edilməməlidir. Bəzən işgüzar yazış-
malar  zamanı  bir  qrup  şəxsə  müraciət  etmək  zərurəti  ya-
ranır.  Bu  zaman  «Hörmətli  bəylər  və  xanımlar!»,  «Hör-
mətli həmkarlar!», «Hörmətli dostlar!» və s.kimi ifadələr-
dən istifadə edilməsi qarşılıqlı münasibətlərin səviyyəsinə 


12 
 
təsir etməklə, həyata keçiriləcək fəaliyyət növünün uğurlu 
olmasına münbit şərait yaradır. 
İşgüzar  məktubların  hazırlanması  zamanı  ixtisar 
olunmuş  söz  və  ifadələrdən  (məsələn,  «cənab»  əvəzinə  
«c-b»,  «xanım»  əvəzinə  «x-m»,  «direktor»  əvəzinə  «d-r» 
vəsair)  istifadə  edilməsi  də  qarşılıqlı  münasibətlərdə  arzu 
olunmaz hal kimi  qiymətləndirilə və gələcəkdə qurulması 
nəzərdə  tutulan  işgüzar  münasibətlərə  mənfi  təsir  göstərə 
bilər.  Ona  görə  də  bu  tipli  müraciət  formalarından  imtina 
edilməsi məqsədəuyğun hesab olunur. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin