Nəzakət səLİmova


 İşgüzar yazışmalarda etiket qaydaları



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə10/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   6   7   8   9   10   11   12   13   ...   60
1.3. İşgüzar yazışmalarda etiket qaydaları 
 
         İşgüzar  yazışmalarda  məktubların  hazırlanmasında 
başlıca  tələblərdən  biri  də  -  işgüzar  etiket  qaydalarının 
gözlənilməsidir.  Etiket  qaydalarının  gözlənilməsi  məktub 
müəllifi və yaxud onun təmsil etdiyi təşkilatla işgüzar mü-
nasibətlərin  qurulması  və  pozitiv  istiqamətdə  inkişafına 
kömək  etməklə  gələcək  əməkdaşlığın  sağlam  təməl  üzə-
rində qurulmasına, qarşılıqlı fayda əldə edilməsinə və eti-
barlı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.Ona gö-
rə  də  işgüzar  məktubların  hazırlanması  zamanı  qarşılıqlı 
münasıbətlərin arzu olunan istiqmətdə inkişafı üçün aşağı-
dakı etiket qaydalarına əməl edilməlidir:  
-  qarşı  tərəfə  hörmət  əlaməti  olaraq  işgüzar  mək-
tubun  bir  ünvana  göndərilməsi  daha  məqsədə  uyğundur. 
Bu  birbaşa  işgüzar  əlaqələrin  möhkəmlənməsinə  münbit 
şərait yaradır. 
-  hüquqi  və  ya  fiziki  şəxsin  ünvanına  daxil  olmuş 
məktuba mütləq cavab verilməlidir. Bu zaman verilən ca-
vab konkret və aydın olmalı, quru sözlərdən və sırf dəftər-
xana ifadələrindən ibarət olmamalıdır.   


17 
 
-  məktubun  bir  neçə  ünvana  göndərilməsi  zərurəti 
yarandıqda, hər bir nüsxənin üzərinə “ surəti : ”sözü əlavə 
olunmalıdır.  Məsələn,  “Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyinə”.  Surəti : ”Bakı şəhər icra hakimiyyətinə”. 
Bu kimi hallarda işgüzar məktubun göndərildiyi bi-
rinci şəxs və ya təşkilat həmin məktuba cavab verməlidir. 
Məktubun  surətinin  göndərildiyi  şəxsin  və  ya  təşkilatın 
cavabı məcburi deyildir. 
- hər bir işgüzar məktubun konkret mövzusu olma-
lıdır. Mövzunun aydınlığı qarşı tərəfə vaxta qənaət etməyə 
və digər  yazışmalar arasından göndərilən  məktubun asan-
lıqla  tapılmasına  və  vaxtında  cavab  verilməsinə  kömək 
edir. 
-  işgüzar  məktub  salamlaşma  ilə  başlamalı,  sonra 
isə onun ünvanlandığı şəxsə və təşkilata müraciətlə davam 
etdirilməlidir. Bu etiket qaydası qarşı tərəfin sizin həmka-
rınız və ya digər şəxs olmasından asılı olmayaraq, onun si-
zin üçün vacib şəxs olması qənaətinə gəlməsinə səbəb ola 
bilər.  Bu  isə  öz  növbəsində  işgüzar  münasibətlərin  daha 
səmərəli qurulmasına kömək edər.  
       Yuxarıda  göstərilən  etiket  qaydalarına  əməl  etməklə 
yanaşı, eyni zamanda  işgüzar  məktubların hazırlanmasın-
da şablon sözlər və ifadələr işlədilir. İşgüzar yazışmalarda 
aşagıdakı ünsiyyət formalarından istifadə olunur ki, bunlar 
da xahiş, məlumat, təklif və ya hər hansı faktın təsdiq edil-
məsi formasında ifadə olunur. məsələn, məktub yazılarkən 
onun  giriş  hissəsində    “xahiş  edirik,”  “çox  xahiş  edirik”, 
”bir daha xahiş edirik”, ”bildiririk”, “eyni zamanda bildiri-
rik”, ”bir daha xatırladırıq” və sair şablon ifadələrdən isti-
fadə  olunur.  Hazırlanmış  məktublarda,  həmçinin  aşağıda 
göstərilən şablon ifadələrdən də istifadə olunur: 


18 
 
- ...hər şeydən əvvəl ... 
- ikincisi ... sonra... 
- üçüncüsü... daha sonra... yekunda... beləliklə... 
- göstərilənləri nəzərə alaraq... 
- növbəti məsələyə keçərək... 
- ....məsələsinə gəlincə... 
- yuxarıda göstərilənlərdən çıxış edərək... 
- ...məsələsinə qayıtmaq zəruriəti ilə əlaqədar olaraq... 
- göstərilənlərə yekun vuraraq qeyd etmək lazımdır ki... 
- onu da nəzərə almaq lazımdır ki... 
- sonda ümid edirik ki... 
- sonda sizə xatırlatmaq istəyirik ki... 
Məktublarda  əvvəlcə  əldə  olunmuş  vədlərin  və  razı-
laşmaların yerinə yetirilməməsi və ya layiqincə yerinə ye-
tirilməməsi  zamanı  bunun  səbəblərinin  qarşı  tərəfə  çatdı-
rılması üçün bir qayda olaraq, aşağıdakı ifadələr işlədilir: 
- ödəmənin gecikməsi ilə əlaqədar... 
- hesab fakturanın alınmaması ilə əlaqədar olaraq ... 
-  sizin  hərəkətlərinizin  əvvəl  qəbul  olunmuş  razılaş-
malara uyğun gəlməməsi ilə bağlı... 
- yükün alınmasının gecikməsi ilə əlaqədar... 
      - enerji daşıyıcılarının qalxması nəticəsində... 
-  xarici  valyutaların  kursunun  dəyişməsi  ilə  əla-
qədar... 
-  istehsalat  göstəricilərinin  aşağı  düşməsini  nəzərə 
alaraq... 
-  obyektin  sosial  əhəmiyyətini  nəzərə  alaraq...  və 
sair. 
Bu  tipli  məktublar  hazırlanarkən  eyni  zamanda 
müəyyən hadisə və faktlara istinad edilir ki, bunlar da aşa-
ğıdakı standart ifadələrlə qarşı tərəfə çatdırılır.  


19 
 
-  sizin  ...  tarixli  ...  nömrəli  məktubunuza 
əsaslanaraq... 
- əvvəllər əldə olunmuş razılaşmalara uyğun olaraq... 
- sizin ...tarixli sorğunuza cavab olaraq... 
- şifahi razılaşmalara əsasən... “uyğun olaraq....” 
- sizin məktubunuza (sorğunuza cavab olaraq...) 
- qarşılıqlı razılaşmaya əsasən... 
- telofon danışıqlarımıza uyğun olaraq... 
- hökumətin ...tarixli .... nömrəli qərarına əsasən... 
- sizin xahişinizə əsasən... 
- qarşılıqlı tıdarük haqqında protokola əsasən... 
- ....tarixli ... nömrəli müqviləyə əsasən...  
İşgüzar  məktubların  hazırlanması  zamanı  onun 
məqsədi  də  göstərilmılidir.  Bunun  üçün  aşagıdakı  şablon 
ifadələrdən istifadə olunur: 
- məsələnin tezliklə həlli məqsədi ilə... 
- sərəncamın icrası məqsədi ilə... 
- mübahisəli məsələlərin razılaşdırılması üçün... 
- iştirak məsələlərinin razılaşdırılması üçün... 
-  sizin  təşkilatın  fəaliyyətinin  kütləvi  informasiya 
vasitələrində daha geniş işıqlandırılması üçün... 
- mübahisəli məsələlərin həlli üçün... 
-  yükün  təhlükəsiz  keçidini  təmin  etmək  məqsədi 
ilə... 
- münaqişəli şəraitdən yayınmaq üçün... 
  
Yuxarıda  qeyd  olunan  şablon  ifadələrdən  konkret 
zaman,  məkan,  şərait  və  münasibətlərin  vəziyyəti  nəzərə 
alınmaqla istifadə edilməlidir. Bu standart ifadələr məktu-
bun  məzmunun  müəllifin  arzu  və  istəklərinə,  habelə  kon-
kret şəraitə uyğun işlədilmədikdə, qarşılıqlı işgüzar müna-


20 
 
sibətlərin pozulmasına gətirib çıxara bilər. Bunun qarşısını 
almaq üçün aşağıdakı vasitələrdən istifadə olunur: 
Məktubun məzmununda tərəflər arasında isti müna-
sibətlərin  yaradılması  üçün  etik  qaydalara  tam  əməl  edil-
məklə  aşağıdakı ifadələr işlədilir : 
- təşəkkür edirəm; 
- ümid edirəm ki...; 
- minnətdarlığımı bildirirəm; 
- uğurlar arzulayıram; 
- üzr istəyirəm
- baş sağlığı verirəm. 
Məlumat  xarakterli  məktublar  isə  aşağdakı  söz  və 
ifadələrlə başlayır: 
 - bildiririk ki,...; 
- sizə məlum edirik ki,...; 
- xəbərdar edirik ki,...; 
Məktublarda  həmçinin  təsdiq,  bildiriş  xarakterli 
ifadələr də işlədilir: 
- təsdiq edirik; 
- razılaşırıq; 
- qəbul edirik; 
- möhürlə təsdiqləyirik; 
Tələb,  xahiş  tipli  ifadələr  də  işgüzar  məktublarda 
geniş tətbiq olunur: 
- əmr edirəm; 
- qərara alıram; 
- tələb edirəm; 
- xahiş edirəm; 
Məktublarda  həmçinin  “təminat  veririk”,  öhdəlik 
götürürük”, “xatırladırıq”, “təklif edirik” kimi standart ifa-
dələrdən də istifadə olunur. 


21 
 
İşgüzar məktubların tərtibi zamanı, məna, forma və 
məzmunca  bir-birini  tamamlayan  sözlərin  qarşılığı  da  ge-
niş tətbiq olunur: 
- nəzarət - ...həvalə edilir; 
- qiymət - müəyyən edilir (endirilir, qaldırılır.) 
- borc ödənilir yaxud ödənişdən imtina edilir
-  əqd  (müqavilə)  -  bağlanılır  yaxud  bağlamaqdan 
imtina edilir
- etiraz- irəli sürülür (təmin edilir) 
- ödəniş - aparılır yaxud imtina edilir; 
- hesab - açılır (ödənilir). 
İşgüzar məktublarda bu müraciət formalarının müs-
təqil  şəkildə  ifadə  olunması  ona  görə  zəruridir  ki,  hər  bir 
xahiş  yaxud  tələb  üzrə  müstəqil  qərarlar  qəbul  edilir.  Bu 
zaman orfoqrafik səhvlərə yol verilməməli, söz və ifadələr 
məntiqi  ardıcıllıqla  düzülməli,  fikir  və  ideyalar  bir-birini 
tamamlamalı, onlar arasında qeyri-müəyyənlik və ziddiyət 
olmamalıdır. İlk baxışdan bunlar xırda detal təsiri bağışla-
sa da, lakin sonradan məktub müəllifi haqqında xoş olma-
yan  təəsürat  yarada  bilər.  Məktubun  düzgün  yazılma  stili 
yalnız müəllifin işgüzar keyfiyyətləri deyil, həm də insan 
kimi  onun  şəxsi  keyfiyyətləri  barədə  qarşı  tərəfdə  xoş 
təəsürat yarada bilər. 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin