Nəzakət səLİmova


Məktubun  başlığı  (mövzusu)



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə6/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   2   3   4   5   6   7   8   9   ...   60
1.Məktubun  başlığı  (mövzusu).  Məktubun  yuxarı 
hissəsinin  sol  tərəfində  təşkilatın  adı  və  digər  rekvizitləri 
göstərilməklə  künc  ştampı,  məktubun  qeydiyyat  nömrəsi, 
habelə çıxış tarixi və nömrəsi göstərilir. Məktub hər hansı 
sorğuya və yaxud məktuba cavab olaraq yazılmışdırsa, bu 
zaman  məktubun  hansı  sənədə  cavab  olması  barədə  də 
məlumat verilməlidir. 
Məktubun sağ tərəfindən onun göndəriləcəyi ünvan 
və rekvizitlər göstərilməlidir. 
Künc ştampının alt hissəsində sənədin mətninə dair 
başlıq yerləşdirilir. Məktubun dil konstruksiyası aşağıdakı 
ifadələrlə  başlaya  bilər:  «nəqliyyat  vasitələrinin  göndəril-
məsi haqqında», «ehtiyat hissələri məsələsinə dair», «təda-
rük ediləcək məhsulların sifarişi ilə əlaqədar» və s. Məktu-
bun  mətninin  birinci  hissəsində  onun  yazılmasının  əsası, 
səbəbi, əsaslandırılması göstərilir, onun hazırlanması zəru-
rətini yaradan sənədlərə istinadlar gətirilir.  Məktubun ab-
zasdan  başlanan  ikinci  hissədə  isə  nəticələr,  qərarlar,  xa-
hiş, təklif və s .yerləşdirilir.  
Məktubun  başlıq  hissəsində  onun  qısa  məzmunu, 
məqsəd və mahiyyəti şərh olunur. Bu zaman mücərrəd fra-
zalardan və qeyri-müəyyən, müxtəlif mənalar verə biləcək 


11 
 
ifadələrdən  istifadə  edilməməlidir  ki,  onu  oxuyan  qarşı 
tərəf üçün tələb və ya ona təklif olunan məsələlər tam şə-
kildə aydın olsun. Məsələn, «Müqavilə şərtlərinin dəyişdi-
rilməsi»,  «Yeni  qiymətlərin  müəyyən  edilməsi»,  «Əmək-
daşlıq məsələlərinin müzakirəsi üçün işgüzar görüşün ke-
çirilməsi barədə təklif» və s. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin