Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə49/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   45   46   47   48   49   50   51   52   ...   60
Yekun hesabat 
  
İqtisadi Tədqiqatlar Mərkəzi 15.04.2006-ci il tarix-
dən  başlayaraq  Açıq  Cəmiyyət  İnstitutunun  maliyyə  və 
Milli  Büdcə  Qrupunun  metodiki  dəstəyi  ilə  «Ünvanlı  so-
sial  yardım  mexanizmi  ilə  bağlı  içtimaiyyətin  maariflən-
dirliməsi  və  bu  məqsədlə  dövlət  büdcəsindən  ayrılan  və-
saitlərin istifadəsinin monitorinqi» layihəsini həyata keçir-
dir.  Bu  layihə  ilə  əlaqədar  imzaladığımız  müqavilədə  təs-
diq  olunmuş  iş  planı  əsasında  6  ay  ərzində  nəzərdə  tutul-
muş  işlər  başa  çatmış  və  bununla  əlaqədar  olaraq  yekun 
hesabatı sizə təqdim edirik.  


91 
 
       Fəaliyyət  planına  əsasən  aşağıdakı  işlər  görülmüş  və 
yekun nəticələr əldə olunmuşdur.  
      
1.  13  aprel  2006-cı  ildə  İqtisadi  Tədqiqatlar  Mər-
kəzi «Ünvanlı sosial kömək: ədalətlilik, bərabərlik və ün-
vanlılıq problemləri»nə həsr olunmuş Dəyirmi Masa keçi-
rib. Tədbirdə aidiyyatı dövlət orqanlarının nümayəndələri, 
millət  vəkilləri,  müstəqil  ekspertləri  və  mütəxəssisləri, 
beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak  edib  (İşti-
rakçıların  siyahısı  əlavə  olunur).  Dəyirmi  Masa  haqqında 
müxtəlif  qəzetlərdə  materiallar  dərc  olunmuş  və  TV-də 
reportajlar  efirə  getmişdir  (məqalələrin  surəti  əlavə  olu-
nur).  
      
2. Dəyirmi masanın nəticəsi olaraq «Azərbaycanda 
ünvanlı  sosial  yardımlar  sahəsində  gözlənilən  problemlər 
və  onların  həll  ilə  bağlı»  Tövsiyyələr  Paketi  hazırlanmış 
və 11 dövlət qurumuna göndərilmişdir (Tövsiyyələr Paketi 
əlavə olunur). 
Azərbaycan  Respublikası  Prezidentinin  5  sentyabr 
2012-ci  il  tarixli  2421  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş 
“Açıq  Hökumətin təşviqinə dair 2012-2015-ci  illər üçün Milli 
Fəaliyyət  Planı”nın  və  “Korrupsiyaya  qarşı  mübarizəyə  dair 
2012-  2015-ci  illər  üçün  Milli  Fəaliyyət  Planı”nında  nəzərdə 
tutulan  tədbirlərin  icrası  barədə  Əmlak  Məsələləri  Dövlət 
Komitəsinin yekun Hesabatı da buna missal ola bilər: 
     
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün 
Milli  Fəaliyyət  Planı”nın  və  “Korrupsiyaya  qarşı  mübarizəyə 
dair  2012-2015-ci  illər  üçün  Milli  Fəaliyyət  Planı”nın  təsdiq 
edilməsi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin 
2012-ci il 5 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək 
məqsədi  ilə  Əmlak  Məsələləri  Dövlət  Komitəsi  tərəfindən 
2012-ci  ildə  bir  sıra  tədbirlər  həyata  keçirilmişdir.  Belə  ki, 
“Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il  5  sentyabr 


92 
 
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə 
dair  2012-2015-ci  illər  üçün  Milli  Fəaliyyət  Planı”nın  və 
“Korrupsiyaya  qarşı  mübarizəyə  dair  2012-2015-ci  illər  üçün 
Milli  Fəaliyyət  Planı”nın  icrası  ilə  bağlı  Əmlak  Məsələləri 
Dövlət Komitəsinin 2012-ci il üçün İş Planı” təsdiq edilmişdir. 
Həmin İş Planında, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-
2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə konkret tədbirlər 
göstərilmiş,  komitənin  aidiyyəti  bölmə  və  qurumları  üzrə 
görüləcək  işlər  və  nəticə  indikatorları  müəyyən  edilmişdir. 
“Korrupsiyaya  qarşı  mübarizəyə  dair  2012-2015-ci  illər  üçün 
Milli  Fəaliyyət  Planı”nda  nəzərdə  tutulmuş  tədbirlərin  icrası 
məqsədilə  komitənin  sözügedən  İş  Planı  üzrə  bir  sıra 
tədbirlərin  icrasına  başlanılmış  və  hazırda  davam  etdirilir. 
“Korrupsiyaya  qarşı  mübarizəyə  dair  2012-2015-ci  illər  üçün 
Milli  Fəaliyyət  Planı”na  uyğun  olaraq,  komitə  sədrinin  vətən-
daşların birbaşa və səyyar qəbulunun qrafiki hazırlanmış və ay-
da bir dəfə həyata keçirilir. Eyni zamanda “Korrupsiyaya qarşı 
mübarizəyə  dair  2012-2015-ci  illər  üçün  Milli  Fəaliyyət  Pla-
nı”nda  nəzərdə  tutulmuş  tədbirin  həyata  keçirilməsi  məqsədi 
ilə  komitədə  vətəndaşların  ərizə  və  şikayətlərinin  qəbulu  və 
qeydiyyatı  “Vətəndaşların  müraciətlərinə  baxılması  qaydası 
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dün-
ya  Bankının  Daşınmaz  Əmlakın  Qeydiyyatı  Layihəsi  çərçivə-
sində  hazırlanmış  Avtomatlaşdırılmış  Sənəd  Dövriyyəsi  İnfor-
masiya Sistemi (ASDİS) vasitəsi ilə aparılır. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin