96
olunmuş şəkildə istifadə olunur və belə sənədlərin aşağı-
dakı özünəməxsus zəruri rekvizitləri olmalıdır:
- sənədin adı, nömrəsi, kodu;
- sənədin tərtib olunduğu müəssisənin adı, təsərrü-
fat əməliyyatlarının məzmunu və ölçüləri (natural və pul
ifadəsində);
- təsərrüfat əməliyyatlarının baş verməsi, tamam-
lanması və onun rəsmiləşdirilməsinin düzgünlüyü üçün
məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi
imzaları və başqa əlamətləri.
Əməliyyatların baş verdiyi vaxtda və ya əməliyyat-
lar bilavasitə qurtardıqdan sonra tərtib olunan ilkinsənəd-
lərə, həmin əməliyyatların xarakterindən və uçot məlumat-
larının işlənməsi texnologiyasından aslı olaraq, əlavə
rekvizitlər də daxil edilə bilər. Sənədlərin keyfiyyətli tərti-
batına, onların vaxtında mühasibat uçotunda əks etdiril-
məsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilmə-
sinə, onlardakı məlumatların doğruluğuna həmin sənədləri
hazırlamış və imza etmiş şəxslər məsuliyyət daşıyırlar.
Pul və hesablaşma sənədlərini, maliyyə və kredit
öhdəliklərini müvafiq qaydada səlahiyyət verilmiş ən azı
iki nəfər şəxs imzalamalıdır. Bu zaman birinci imza
müəssisəyə ümumi rəhbərlikfunksiyasını həyata kecirən
şəxsə, ikinci imza isə mühasibata rəhbərlik funksiyasını
icra edən şəxsə mənsub olur.
Pul vəsaitlərinin, maddi sərvətlərin və başqa əmlak-
ların təhvil-təslimi ilə əlaqədar əməliyyatlar ilkin sənədlər
əsasında həyata keçirilən zaman, sənədləşmənin bir
nüsxəsi həmin əməliyyatlarda iştirak edən hüquqi şəxsin
nümayəndələrinə və ya fiziki şəxslərə verilir. Sənədlərin
97
surətlərinin həmin şəxslərə verilməsi vəzifəsi, bu əməliy-
yatı rəsmiləşdirən vəzifəli şəxsin üzərinə düşür.
Mövcud qaydalara görə mühasibat uçotunda əks
etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənədlər-
dəki məlumatlar ümumi prinsiplərə riayət edilməklə
işlənib hazırlanmış uçot registrlərində yığılır və sistem-
ləşdirilir.Bu zaman ilkin sənədlərdə və uçot registrlərində
qeydsiz düzəlişlərə yol verilmir. Səhvlərin düzəlişi həmin
sənədi imza etmiş şəxslərin imzaları ilə düzəlişin tarixini
göstərməklə təsdiq edilməlidir. Kassa və bank sənədlərinə
heç bir düzəlişə yol verilmir.
İlkin sənədlər, uçot registləri, mühasibat hesabatla-
rı qanunla müəyyən edilmiş qaydada və müddətə saxlan-
malıdır ki, onun təmin edilməsinə və vaxtında arxivə
verilməsinə baş mühasib məsuliyyət daşıyır.İlkin uçot
sənədlərinə nəzarət isə Azərbaycan Respublikası Maliyyə
Nazirliyi tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: