Nəzdində baki neft-energetika kolleci “Neft və qaz yataqlarının geologiyası və geokimyası” Fənnindən Təqdimat



Yüklə 25,7 Kb.
səhifə2/4
tarix13.12.2023
ölçüsü25,7 Kb.
#176434
1   2   3   4
ABASLI İLHAM-NEFT VƏ QAZ YATAQLARNIN GEOLOGİYASI VƏ GEOKİMYASI

Plan 1:Tərkibi
Üzvi maddələrin yanma qabiliyyəti onlarda olan Cü -nün tərkibi və miqdarı ilə müəyyən edilir. Neft sırası karbohidrogenlərin əmələ gəlməsi üzvi maddələrlə əlaqədardır. Üzvi maddələr müxtəlif şəraitlərdə əmələ gəlirlər. Onların tərkibi və miqdarı əmələgəlmə şəraitindən asılı olaraq dəyişir. Kaustobiolitlərin tərkibində qeyri-üzvi birləşmələr şəklində mineral maddələr də iştirak edirlər. Kaustobiolitlərin genetik təsnifatı haqqında müxtəlif fıkirlər vardır. Fransız alimi Q.Potonye kaustobiolitlər qrupuna tərkibində çoxlu yanar üzvi qalıqlar olan maddələri aid edir. O, üzvi maddələri sapropel, humus və sapropel-humus qruplarına ayırır. Sapropel qrup üzvi maddələr plankton və ibtidai bitkilərin lipid və polimerlipid, humus sırası üzvi maddələr isə ali və ibtidai bitkilərin sulu karbon komponentlərindən əmələ gəlmişdir.
Üzvi maddələr hidrosferdə qeyri-bərabər yayılmışdır. Onların miqdarı iqlim, fıziki-coğrafı şəraitlərlə yanaşı çöküntülərin litoloji tərkibindən də asılıdır.Cü-nün maksimum miqdarı dayaz hövzələrdə, laqunlarda, körfəzlərdə, limanlarda, qapalı dənizlərdə, okeanın şelf zonalarında müşahidə olunur. Tərkibində üzvi qalıqlar olan laylarda oksidləşmə prosesi gedərsə üzvi maddələr parçalanır və bu da həmin layların qalınlıqlarınınazalmasına səbəb olur. Dərin su şəraitində əmələ gələn karbonat və silikat süxurlarında toplananCü daha yaxşı saxlanılır. Bu növ çöküntülər üzvi maddələri həll olmaqdan qoruyur. Ancaq belə mühafızə 4-5 km dərinliyə kimi davam edir. Daha dərin su qatlarında kalsium-karbonat və onun tərkibində olanCü də həll olur və dərin qatlardakı suların tərkibinə daxil olur.
Üzvi maddələrin miqdarına çöküntütoplanmanın sürəti də təsir göstərir. Burada çöküntütoplanma ilə Cü-nün toplanma sürətləri arasında düz mütənasib əlaqə müşahidə edilir.
N.B.Vassoyeviçə görə: kiçik sürətlə (1000 ildə 2-6 mm) toplanan çöküntülərdə Cü-nün miqdarı 0,01%, orta sürətlə (1000 ildə20-130 mm) toplanan çöküntülərdə Cü-nün miqdarı 0,1-2 %, yüksək sürətlə (1000 ildə 660-1400 mm) toplanan çöküntülərdə Cü-nün miqdarı isə 11-18 % olur. Deməli, Cü-nün çöküntü-lərdə saxlanılma dərəcəsi çöküntütoplanmanın sürəti artdıqca çoxalır. Lakin bu mütənasiblik daimi xüsusiyyət daşımır, belə ki, çöküntütoplanmanın sürəti daha çox olarsa, (1400-1500 mm-dən çox) bu zaman çöküntülərdə toplanan üzvi mad-dənin qatılığının azalması baş verir. Bu hal çöküntütoplanma su hövzəsinin üzvi maddə törədə bilmə imkanları ilə bağlıdır. Üzvi maddələrin saxlanılmasına, həmçinin, onların uzun müddət suda qalması və çöküntülərin litoloji tərkibi də təsir göstərir.
Üzvi maddələrin miqdarı müxtəlif növ çöküntülərdə müxtəlifdir. Məsələn, duz qatlarında bir neçə q/m3 olduğu halda, yanar şistlərdə onun miqdarı 6 kq/m3-ə çatır.
Dəniz mənşəli çöküntülərdəCü mürəkkəb qarışıqdan ibarətdir. Bu qarışıqda aşağıdakı komponentlər iştirak edirlər: zülallar, lipidlər, karbohidratlar, liqninlər və s.


Yüklə 25,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin