Nəzdində baki neft-energetika kolleci “Neft və qaz yataqlarının geologiyası və geokimyası” Fənnindən Təqdimat



Yüklə 25,7 Kb.
səhifə4/4
tarix13.12.2023
ölçüsü25,7 Kb.
#176434
1   2   3   4
ABASLI İLHAM-NEFT VƏ QAZ YATAQLARNIN GEOLOGİYASI VƏ GEOKİMYASI

Plan 3:Ümumi məlumat
Üzvi süxurlar bitki və heyvan aləminin üzvlərinin tələf olduqdan sonra sülb halında olan qalıqlarının küllü miqdarda toplanması nəticəsində yaranan süxurlardır. Subakval şəraitdə heyvan və bitki aləmi (biosferin) üzvlərinin tələf olduqdan sonra yaranan üzvi mənşəli qalıqlara üzvi maddələr deyilir. Üzvi maddələr yanma qabiliyyətlərinə görə iki qrupa ayrılır:

  • kaustobiolitlər;

  • akaustobiolitlər

Üzvi maddələrin yanma qabiliyyətinə malik olan qrupuna kaustobiolitlər deyilir. Kaustobiolit yunanca "kaustos"- yanan, "bios"- üzvi "litos"- daş sözlərindən əmələ gəlmiş və "yanan üzvi daş" deməkdir. Yanmayan üzvi maddələr qrupu isə akaustobiolitlər adlanır. Məsələn, mərcan ı və s.Kimyanın əsasını üzvi maddələr təşkil edir
Humuslarla zəngin olan yanar qazıntılardan torfu və daş kömürü göstərmək olar.
Torf - kövrək, açıq qonur və qaraya çalan rəngdə olub, müxtəlif bitki qalıqlarının oksigenli mühitdə çürüməsi nəticəsində əmələ gəlmiş yanar maddədir.
Torf, humus qrupunun başlanğıc, yəni nisbətən zəif ilkin metamorfızmə uğradığı mərhələdə əmələ gəlir. Torfun əmələ gəlməsində quruda və suda bitən bitkilər iştirak edirlər. Kökləri rütubətli torpaqda inkişaf edən göl (bataqlıq) bitki-ləri torfun yaranmasında mühüm rol oynayırlar. Humusları əmələ gətirən materiallar bataqlıqlarda və göllərdə toplanır.
Torfda azot da iştirak edir, onun orta miqdarı 2,08%-ə çatır.
Təbii kaustobiolitlər humus, sapropel və neft bitumlarına ayrılır:

  1. Humus tipli Kaustobiolitlər - torf, boz və daş kömür

  2. Sapropel Kaustobiolitlər - sapropellər, sapropel kömürü və yanar şistlər

  3. Neft bitumlu kaustobiolitlərə - qaz, neft, parafinli bitumlar, asfalt və pirobitumlar

İstifadə olunmuş ədəbiyyat siyahısı

      1. Neftçıxarmanın texnika və texnologiyası. AzNSETLİ, Bakı, 1999. 311 Səh.

      2. H.F.Mirələmov “Neft kimyası”

      3. Neft kimyası və neft email prosesləri” jurnal

Yüklə 25,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin