Nəzdində baki neft-energetika kolleci “Neft və qaz yataqlarının geologiyası və geokimyası” Fənnindən Təqdimat



Yüklə 25,7 Kb.
səhifə3/4
tarix13.12.2023
ölçüsü25,7 Kb.
#176434
1   2   3   4
ABASLI İLHAM-NEFT VƏ QAZ YATAQLARNIN GEOLOGİYASI VƏ GEOKİMYASI

Plan 2:Növləri
Kaustobiolitlərin humus və sapropel növə aidliyindən asılı olmayaraq onların tərkibində həmişə karbon olur. Bu kimyəvi element təbiətdə sərbəst halda almaz, qrafıt və antrasit formalarında rast gəlir. Bundan əlavə, karbon təbiətdə geniş yayılan müxtəlif birləşmələrin də tərkibində iştirak edir. Kaustobiolitlərin kimyəvi tərkibi karbon, hidrogen və oksigen birləşmələrindən ibarətdir. Kausto-biolitlərdə karbonun miqdarı 50-90%, hidrogen 2,5-14%, oksigen isə 1,5-8% arasında dəyişir.
Karbonun, hidrogenin və oksigenin miqdarı neftlərdə nisbətən az dəyişir. Neftlərdə karbonun miqdarı orta hesabla 83-87%, hidrogenin miqdarı 12-14 % və oksigenin miqdarı isə 1,5 %-ə qədər dəyişir.
Kömür sırası kaustobiolitlərdə isə bu göstəricilər daha böyük intervalda dəyişirlər. Belə ki, karbonun miqdarı orta hesabla kömür sırası kaustobiolitlərdə 57,48- 94,37 %, hidrogen 2,19- 6,14%, oksigen 2,59-34,63% arasında dəyişir (V.N.Muratova görə).
Tərkibində xeyli üzvi maddələr olan lillərə sapropel deyilir (sapropel yunan sözü olub, «çürümüş gil» (lil) mənasmı daşıyır). Su hövzələrində sapropel növ üzvi maddələr oksigensiz mühitdəbituma çevrilir. Bituma qədər sapropel növ maddələr kerogen əmələ gətirir.
Sapropel - göl xüsusiyyətli su hövzələrində üzvi-mineral çöküntülərə deyi-lir. Sapropelin üzvi maddəsi əsasən hövzədə yaşayan canlı və bitki aləmin qalıq-larının oksigensiz mühitdə parçalanma məhsuludur.
Ənənəvi olaraq Q.Potonyenin dövründən sapropel, humus və sapropel-humus növ üzvi maddələr seçilir. Onlar kimyəvi tərkiblərinə və ilkin əmələgəlmə şəraitlərinə görə fərqlənirlər.
Sapropel növ üzvi maddə planktonun və bəsit bitkilərin 10%-ə qədər hidrogenlə zənginləşmiş lipoid və polimerlipoid tərkib hissələrindən yaranır. Lipoidlər lipidlərin tərkib hissəsidir. Sonuncuları bəzi hallarda piylərə və piyəbən-zər maddələrə, yəni lipoidlərə bölürlər. Lipoid dedikdə, piyəbənzər strukturu, təbiəti və bioloji funksiyalarına görə fərqlənən müxtəlif birləşmələr (mumlar, terpenlər, sterinlər, fosfatitlər və s.) nəzərdə tutulur.
Hövzələrdə toplanma zamanı yığılmış sapropel növ üzvi maddələr singenez və diagenez mərhələlərində qismən tərkib dəyişikliyinə məruz qalırlar. Onlar yetişərək neft və qaz törətmə qabiliyyətinə malik olurlar. Bu cür sapropel mənşəli üzvi maddələr də kerogen adlanır. Dərinliyə getdikcə kerogenin miqdarı neft-qaz törədə bilən ana maddələrdə artır. Kerogen alkan və izoprenoid zəncirvari birləşmələrindən ibarətdir. Kerogen katagenez mərhələdə üzvi maddələrin əsas hissəsi olub, çoxlu miqdarda maye karbohidrogenlər generasiya edir. Karbohidrogenlər və onların məhsulları bitum birləşmələri adlanır.
Bitumlar karbohidrogenlərdən və onlardan müxtəlif şəraitdə əmələ gələn törəmələrinin qarışığından ibarət üzvi mənşəli maddələrdir. Başqa sözlə, üzvi maddələrdən üzvi həlledicilər vasitəsilə ayrılan hissə bitum adlanır. Bitumlar təbiətdə geniş yayılmaqla bərabər neft və onların törəmələrindən təbii yanar qazla-ra qədər bütün kaustobiolit növlərini özündə birləşdirirlər. Bitumların əsas səciyyə-vi xüsusiyyətlərindən biri (humuslardan fərqli olaraq) üzvi həlledicilərdə həllolmalarıdır.
Bituma qətranlı birləşmələr (20-30%), asfaltlı birləşmələr (60- 70%) və az miqdarda neft sırası maye karbohidrogenlər daxildir.
Kaustobiolitlərin növlərindən biri də humuslardır. Tərkibində 5%-dən az hidrogen olan humus növ maddə mürəkkəb bitkilərin (liqnin-sellüloza) və bəsit bitkilərin karbohidrat komponentlərindən əmələ gəlirlər.
Qarışıq növ üzvi maddə tərkibində həm sapropel, həm də humus komponentlərinə malikdir.
N.B.Vassoyeviç sapropel və humus növ üzvi maddələri molekulyar qurulu-şundan asılı olaraq alinlərə (alifatik və alitsiklik strukturlar ilə zəngin olanlar, H/C- 1,2) və arkanlara (kondensə olunmuş politsiklik aromatik maddə ilə zəngin olanlar, H/C- 0,6 ) ayırır. Qarışıq növləri isə alin-arkan yaxud arkan-alin adlandırır.
Humuslar qrupuna daxil olan yanar qazıntılar üzvi maddələrin diagenez mərhələsinin əvvəlində oksigenli mühitdə parçalanmaları nəticəsində əmələ gəlirlər. Bəzi tədqiqatçılar neft və təbii qazın əmələ gəlməsində daş kömürü törədici material hesab edirlər. Eyni zamanda onlar, neftlə daş kömür arasında sıx genetik əlaqə olduğu fıkrini də irəli sürürlər. Bu baxımdan humuslu maddələri öyrənmək maraqlıdır. Humuslar qrupuna əvvəl qeyd edildiyi kimi torf, qonur kömür, daş kömür, antrasit daxildir. Antrasitin metamorfızmləşməsi isə, onun artıq kaustobiolitlər sırasındançıxaraq, almaz kimi tərkibi yalnız karbondan (C) ibarət olan qrafit mineralına çevrilməsidir.



Yüklə 25,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin