NəZDİNDƏ Qİda sənayesi kolleci SƏRBƏst iŞ Fənn: Biokimya



Yüklə 28,65 Kb.
səhifə6/6
tarix23.04.2022
ölçüsü28,65 Kb.
#56178
1   2   3   4   5   6
BİOKİMYA SƏRBƏST İŞ İT 019. H. Ü

Transliyasiya MRNT si üzərində olan AUQ-start kodonu ilə sitoplazmada başlayır. Hər bir amin turşusunun öz nRNT si olur və onlar nRNT ilə ribasoma daşınırlar. nRNT ribasomun funksional mərkəzinə daxil olur. Funksional mərkəzdəki amin turşunu tanıyan kod tripleti(kodon),n RNT dəki kod tripletinə (antikodona) uyğun olarsa,onlar arasında birləşmə baş verər,bu zaman ribasom bir triplet irəliyə doğru hərəkət edər. Ribasomun belə hər addımı 1/5-1/6 saniyə baş verir.

Ribasoma bir-birinin ardınca n RNT si gəlir və hər birləşmə zamanı ribasom m RNTsi boyunca bir triplet irəliyə doğru gedir. Bu proseslər m RNT sində "stop kodonu" olana dək davam edir. Stop kodonu-UAA,UAQ,UQA görünən zaman zülalın sintezi başa çatır.



Hindistanlı bir alim həkim Har Qobind Khorana, təxminən 20 amin turşusu üçün RNT sıralarını kəşf etdi. 1968-ci ildə, işinə görə digər iki alimlə birlikdə Nobel mükafatına layiq görüldü. Genetik kod DNT və ya RNT molekullarındaki informasiyanın yəni triplet ardıcıllığının amin turşu ardıcıllılğına yəni zülal istehsalına keçirilməsi proseslərində istifadə olunan qaydalar məcmusudur. Genetik kodun vacib xüsusiyyətlərindən biri onun kolinearlığıdır, yəni nuklein turşuları kodlarının ardıcılıqları ilə polipeptid zəncirində aminturşularının ardıcıllıqlarının müvafiq olması. DNT və RNT-nin fəaliyyəti sayəsində hər bir orqanizmə xas olan spesifik zülallar sintez olunur. Hüceyrədə zülal sintezi prosesi olduqca mürəkkəbdir. Nuklein turşuları heteropolimer quruluşa malik zəncirdən ibarətdir. Lakin bu zəncirin həlqələri eyni deyil – 4 cürdür. Daha doğrusu bu polimer 4 cür nukleotidin birləşməsindən meydana gəlir. Bu nukleidlər özündə müəyyən informasiyanı daşıyır. Adenin (A), quanin (G), sitozin (C), timin (T) birlikdə genetik kodu əmələ gətirir. Zülal molekulları DNT-dən RNT vasitəsilə göndərilən informasiya əsasında qurulur. Maraqlıdır ki, orqanizmlərdə olan müxtəlif züllalar 20 tip amin turşularının müəyyən ardıcıllıqla birləşməsi sayəsində meydana gəlir. Deməli zülal "dilimin" quruluşu 20 cür müxtəlif sözdən təşkil olunur. Bu baxımdan nuklein turşularının "dili" cəmi 4 sözdən (nukleotiddən) qurularsa, onda 4 nukleotid cəmi 42=16 müxtəlif ilkinnukleotidli birləşmələrdən ibarət olacaq. Başqa sözlə, hərfin (nukleotidin) uzlaşmaları 20 cür amin turşularının zəncirindən ibarət olan zülal dili üçün kifayət etməyəcək. Əgər kodda 3 nukleotid iştirak etsə, onlar 43=64 üçnukleotidli birləşmələr meydana gətirəcək, bu da bütün nukleotidləri kodlaşdırmaq üçün kifayətdir.

2. Ədəbiyyat siyahısı

  1. Rauf Quliyev, Kamilə Əliyeva "Genetika", səh. 212-247. Bakı 2002

  2. https://az.m.wikipedia.org/zülalın biosintezi

  3. http://www.agroexpert.az/zulallar-nelerdir-gundelik-zulal-ehtiyaci-nedir/

  4. https://azkurs.org/huceyre-canlnn-butun-heyat-fealiyyetini-eks-etdiren-bolunub-co.html?page=1

Yüklə 28,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin