Nəzdində“İNŞaat” kolleci Fənnin adı: Beton və dəmir-beton məmulatların texnologiyası-1 Mühazirəçi



Yüklə 52,29 Kb.
səhifə11/20
tarix02.01.2022
ölçüsü52,29 Kb.
#47166
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
dbt1

MÖVZU 6

Qırmadaş

Suxurların və ya süni daşların qırılmasından alınan, dənələrinin ölçüləri 5 mm-dən 70 mm-ə qədər, bəzən 150 mm-ə qədər olan daş parçalarına qırmadaş deyilir. Adətən beton hazırlamaq üçün təbi daşların–sıx suxurların qırılmasından və süni daşların-posaların, kərpic parçalarının xırdalanmasından alınan qırmadaş işlədilir.



Təbii daşlardan hazırlanan qırmadaş sıxılmada möhkəmlik həddi 20-320 MPa olan suxurların daşqıran maşınlarda xırdalanmasından alınır. Daşların xırdalanması zamanı itibucaqlı formada qırmadaş dənələri alınır. Bunlardan kuba və tetraedrə oxşayan dənələr ən yaxşı, yastı formalı dənələr isə pis hesab edilir.

Qırmadaşın hazırlanmasında püskürülmüş (qranit, diabaz və s.), sıx çöküntü (əhəngdaşı, dolomit, qumdaşı) və metamorfik (kvarsit) suxurlar tətbiq edilir.

Dənəli tərkibinə, möhkəmliyinə və şaxtaya davamlılığına görə qırmadaşa dair tələblər eyni ilə çınqılda olduğu kimidir. Qırmadaş çınqıla nisbətən təmiz olur və onda üzvi qarışıqlar olmur. Gil və toz qarışıqlarının miqdarı 300 və daha yüksək markalı betonlarda işlədilən və püskürülmüş suxurlardan hazırlanan qırmadaşlarda 1%-dən, karbonat suxurlarından hazırlanan qırmadaşda isə 2%-dən çox olmamalıdır.

Daşların qırmadaş halına salınması konuslu, çənəli və vallı tipli daşqıranlarda aparılır. Daşların xırdalanması zamanı alınan qumdan da betonda istifadə etmək olar.



Süni daşlardan hazırlanan qırmadaş. Aşağı markalı betonların hazırlanmasında süni qırmadaş olaraq kərpic qırıqlarından və domna posalarından istifadə edilir. Kərpic və keramika zavodları tullantılarından, köhnə və sökülmüş binalardan çıxan kərpiclərdən kərpic qırıntıları hazırlanır. Qırmadaş hazırlamaq üçün istifadə olunan kərpicin su ilə doydurulmuş halda sıxılmada möhkəmlik həddi betonun layihə möhkəmliyinin azı 120%-ni təmin etməlidir. Kərpic qırıqlarına verilən tələblər eyni ilə digər növ qırmadaşlarda olduğu kimidir.

Tullanmış və ya xüsusi olaraq tökülmüş domna posasının xırdalanmasından alınan materiala domna posası qırmadaşı deyilir. Domna posası kristallik quruluşlu və kimyəvi tərkibinə görə turş olmalıdır. Yalnız bu halda o tədricən soyuma zamanı parçalanmır. Posa qırmadaşının əsaslıq modulu 1-dən çox olmamalıdır. Posanın tərkibində manqan 2-oksidin miqdarı 5%-dən çox sərbəst CaO və MgO isə olmamalıdır. Sıxılmada möhkəmliyi isə 50 Mpa-dan az olmur.




Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin