Nəzdində“İNŞaat” kolleci Fənnin adı: Beton və dəmir-beton məmulatların texnologiyası-1 Mühazirəçi


övzu 7 Beton qarışığında işlədilən əlavələr



Yüklə 52,29 Kb.
səhifə12/20
tarix02.01.2022
ölçüsü52,29 Kb.
#47166
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
dbt1

övzu 7

Beton qarışığında işlədilən əlavələr.

Betonun, beton qarışığının xassələrini nizamlamaq və sementə qənaət etmək məqsədi ilə müxtəlif əlavələrdən istifadə edilir. Əlavələr iki qurupa bölününür: 1-ci qurupa narın üyüdülmüş, 2-ci qurupa isə kimyəvi əlavələr aiddir.



Narın üyüdülmüş əlavələr. Bu əlavələr dağ suxurlarının və sənaye tullantılarının narın üyüdülməsindən alınır. Əlavələrin üyüdülmə narınlığı 008 №li ələkdə qalan qalıqla xarakterizə edilir və bu halda ələkdəki qalıq 15%-dən çox olmamalıdır.

Yapışdırıcının markası betonun markasından bir neçə dəfə çox olan hallarda yapışdırıcıya qənaət etmək məqsədi ilə onun bir hissəsi narın üyüdülmüş əlavələrlə əvəz edilir. Narın üyüdülmüş əlavələr beton qarışığına ya beton qarışdırıcıda qatılır, ya da onlar sementə qarışdırılaraq birgə üyüdülür. Qatılan əlavənin miqdarı laboratoriyada sınaqlar aparmaq yolu ilə müəyyən edilir. Adətən bu miqdar 5-20% olur.



Kimyəvi əlavələr. Beton qarışığı və betonun xassələrini lazimi istiqamətdə nizamlamaq üçün sementə onun kütləsinin 0,1-2%-i qədər kimyəvi əlavələr qatılır. Kimyəvi əlavələr 3 qurupa bölünür: səthi aktiv, bərkiməni tezləşdirən, donma əleyhinə əlavələr.

Səthi aktiv əlavələr xüsusi qrup üzvi maddələrdir. Onları beton qarışığına qatmaqla qəlibə rahat qoyulmanı yaxşılaşdırmaq, su-sement nisbətini azaltmaq və bunun nəticəsində material və məmulatların möhkəmliyini azaltmadan sement sərfini aşağı salmaq mümkün olur. Həmçinin səthi aktif əlavələr bərkimiş betonun şaxtaya davamlılığını, su keçirməzliyini və uzun ömürlülüyünü artırır. Təsir xarakterinə görə səthi aktif əlavələr özüdə 3 qrupa bölünür: hidrofil, hidrofob və havacəlbedici əlavələr.

Hidrofil əlavələr sement xəmirinin kolloid sistemini dispers hala salaraq, onun axarlığını yaxşılaşdırır. Adi betonda hidrofil-plastikləşdirici əlavə olaraq sulfit-spirt cecəsindən istifadə edilir. Son zamanlar tikintidə yeni kimyəvi əlavələr - superplastikləşdirici əlavələr tətbiq edilir. Bu əlavələr beton qarışığının axarlığını kəskin surətdə artırır və betonun texnaloji xassələrini əhəmiyyətli dərəcə yaxşılaşdırır. Əksər superplastikləşdiricilər sintetik polimer maddələr olub, betona sementin kütləsinin 0,1-0,2%-i qədər qatılır. Bundan başqa superplastikləşdirici əlavələr adi plastikləşdirici əlavələrə nisbətən büton qarışığını xeyli dərəcədə sıyıqlaşdırır. Məsələn, beton qarışığının axarlığını 2 sm-dən 20 sm-ə qədər artırır. Bütün bunlar betonda su sement nisbətini azaltmağa və sadə yolla yüksək möhkəmlikli beton əldə etməyə imkan verir. Superplastikləşdirici əlavələr içərisində C-3 (naftalin-sulfo turşusu və formaldehit əsasında hazırlanır) və 10-03 (melamin formaldehit əsasında hazırlanır) markalı əlavələr tikintidə geniş tətbiq edilir. Bu əlavələrin tətbiqi nəticəsində beton qarışığı ya vibrasiya olunmur, ya da çox az vibrasiya olunur.

Hidrofob əlavələr beton qarışığına xırda hava qabarcıqları cəlb edərək onun axarlılığını artırır. Bu əlavələrə natrium asetat, mlonaft, asidol, olein və stearin turşuları, naften turşuları və onun duzları, oksidləşmiş petrolatum, sintetik yağ turşuları, silisiumlu üzvi polimerlər və s. əlavələr daxildir.

Havacəlbedici əlavələr beton qarışığında kiçik ölçülü və bərabər paylanmış hava qabarcıqları əmələ gətirir. Nəticədə beton qarışığının plastikliyini və qəlibə rahat qoyulmasını yaxşılaşdırır, su ayırmasını azaldır və betonun bircinsliyini və uzunömürlülüyünü artırır.



Bərkiməni tezləşdirən əlavələr beton qarışığında hidratasiya prosesini tezləşdirir və betonun erkən bərkimə dövründə möhkəmliyini artırır. Bu cür əlavələrə kalsium-xlorid, natrium-xlorid, natrium-sulfat, natrium-nitrat, kalsium-nitrat və s. duzlar aiddir. Əlavələrin optimal miqdarı təcrübə yolu ilə müəyyən edilir, adətən 1-2% olur. Bəzi əlavələrin mənfi təsiri, məsələn, armaturu korroziyaya uğratması, yaxud bərkimiş betonun səthində duz ləkələri əmələ gətirməsi nəzərə alınmalıdır.

Donma əleyhinə əlavələr monolit dəmir beton konstruksiyaların betonuna mənfi temperaturda bərkimə qabiliyyəti verir. Bu qrup əlavələrə natrium-nitrat, potaş, kalsium-xlorid, natrium-xlorid və digər əlavələr aiddir. Bu əlavələri beton qarışığına qatdıqda onda olan suyun donma nöqtəsi aşağı düşür. Bərkimə temperaturu aşağı olduqca, betona qatılan əlavənin miqdarı artırılır(sementin kütləsinin 10%-i qədər və daha çox).

Qeyd edilən əlavələrin əksəriyyəti suda həll olandır. Odur ki, onları işlətməzdən qabaq suda həll edərək məhlulları hazırlanır, sonra isə beton qarışdırıcıya tökülür. Bəzi əlavələr isə emulsiya halında işlədilir.


Mövzu 8

Beton qarışığının xassələri
Beton qarışığı bərk fazadan – sement, xırda və iri dolduruculardan, əlavələrdən və maye fazadan – sudan və qazaoxşar (cəlbedilmiş hava) fazadan ibarətdir. Bərkimiş betonun müəyyən xassələr əldə etməsi beton qarışığının hazırlanması , qəlibə rahat qoyulması və bərkiməsi ilə əlaqədardır.

Beton qarışığı iki əsas tələbi ödəməlidir:



  1. Daşınarkən, boşaldılarkən və qəliblənərkən laylanmamalıdır;

  2. Rahat qoyulan (qəliblənən) olmalıdır.

Laylanma nəticəsində beton qarışığının bircinsliyi pozula bilər.Bu daşınma, boşaldılma vibrasiya zamanı sement xəmiri ilə daha ağır doldurucular arasında əlaqənin pozulması nəticəsində əmələ gələ bilər. Beton qarışığını qəlibə bir qədər yuxarıdan tökdükdə də laylanma əmələ gəlir.Bu halda daha iri hissəciklər mərkəzdən xaricə doğru yönəlir.

Beton qarışığının xassələri onun qəlibə rahat qoyulması ilə xarakterizə edilir. Qəlibə rahat qoyulmasına görə beton qarışıqları axarlı, plastik və bərk beton qarışıqlarına bölünürlər.

Axarlılıq – beton qarışığının öz ağırlığı ilə qəlibin fornasını almasıdır.

Plastiklik – beton qarışığının daxili əlaqəliliyini,onun dağılmadan və laylanmadan lazımi formanı əldə etməsi qabiliyyətini müəyyən edir.

Bərklik – beton qarışığının mexaniki təsirin köməyi ilə qəlibin formasını əldə etməsidir.

Axarlı beton qarışığının qəlibə rahat qoyulması konusun yayılmasına, plastik beton qarışığınınkı konusun çökməsinə və bərk beton qarışığınınkı isə beton qarışığının bərkliyinə görə markalarla ifadə olunur.

Axarlı beton qarışığının yayılması standart konus vasitəsilə təyin edilir.Standart konus 1 mm qalınlıqlı təbəqə poladdan hazırlanmış və hər iki tərəfdən açıq olan kəsik konusdur. Beton qarışığında iri doldurucunun ən böyük iriliyi 40 mm-ə qədər olduqda hündürlüyü 300 mm, üst oturacağının diametri 100 mm,alt oturacağının diametri 200 mm olan kəsik konusdan istifadə olunur.

Təcrübə zamanı standart konus metal təbəqə üzərinə qoyulur. Qabaqcadan su ilə isladılmış konus üç dəfəyə doldurulur.Hər bir qat metal çubuqla 10 dəfə süngülənir.Konusu beton qarışığı ilə doldurduqdan sonra üzü hamarlanır və konus şaquli istiqamətdə çıxarılır.Bu zaman qəliblənmiş beton qarışığı axarlılığından asılı olaraq müəyyən qədər çökəcək və ya axacaqdır.




Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin