Nəzdində“İNŞaat” kolleci Fənnin adı: Beton və dəmir-beton məmulatların texnologiyası-1 Mühazirəçi



Yüklə 52,29 Kb.
səhifə15/20
tarix02.01.2022
ölçüsü52,29 Kb.
#47166
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
dbt1

Rb = ARsem(sem/su-0,5);

  1. Su/sem˂0,4(sem/su ˃2,5)olan betonlar üçün

Rb = A1Rsem(sem/su+0,5);

Burada Rb- normal şəraitdə bərkimiş betonun 28 gündəki sıxılmada möhkəmlik həddi, MPa;Rsem- sementin aktivliyi ,Mpa;sem/su – sementin kütləsinin suyun kütləsinə olan nisbəti;A və A1 – işlədilən materialların xassələrindən və keyfiyyətindən asılı olan əmsallardır.Beton üçün yüksək keyfiyyətli materiallar işlətdikdə A = 0,65,A1 = 0,43, adi materillar işlətdikdə uyğun olaraq A = 0,60,A1 = 0,40, aşağı keyfiyyətli materiallarda isə A = 0,55,A1 = 0,37 götürülür.

Betonun möhkəmliyi onun möhkəmlik sinifi ilə xarakterizə edilir və ölçüləri 15×15×15sm olan lub və ya hündürlüyü 30, diametri 15smolan silindr nümunələrin sıxılmada möhkəmlik həddini göstərir. Beton nümunələr normal şəraitdə -20±50C temperaturda və 90-100%nisbi nəmlikli şəraitdə 28 gün bərkidikdən sonra sınanılır.

EN 206-1:2000 standartına görə betonun möhkəmlik sinifləri Məs. C16/20,C30/37 və s. kimi göstərilir. Burada 16 və 30 slindr

nümunəsinin ,20 və 37 isə kub nümunəsinin sıxılmadaki möhkəmliyidir.

ГОСТ 7473-2010-a əsasən betonun markası M və sinfi B ilə işarə ilunur.onlar arasındakı əlaqə isə variasiya əmsalı ν=13,5% olduqda,aşağıdakı düsturla təyin olunur: B = 0,0763545∙R; R – orta möhkəmlikdir. Ağir betonlarda sıxılmada möhkəmlik həddinə görə aşağıdakımarkaları vardır: M100,M150, M200, M250, M300, M350 .M600 və daha çox.

Yol və aerodrom tikintisində betonun möhkəmliyini xarakterizə etmək üçün onun əyilmədə möhkəmliyini bilmək lazımdır. Bunu təyin etmək üçün 100×100×400,150×150×600 və 200×200×800 mmölçülü tirciklər hazırlanıb sınanılır. Betonun əyilmədəki möhkəmlik həddi sıxılmada möhkəmlik həddindən 8-10 dəfə az olur.

Betonun sıxlığı – onun digər xassələrinə əhəmiyyətli dərəcədə təsir göstərir. Beton qarışığının tərkibi düzgün seçilərsə və qəlibə sıx yerləşdirilərsə, bu zaman daha sıx beton almaq olar.

Betonun sukeçirməzliyi - onun sıxlığından və qruluşundan asılıdır. Xırdaməsaməli qruluşlu və yaxşı sıxlaşdırılmış bərkimiş betom kifayət qədər qalınlıqda olduqda praktiki olaraq sukeçirməyəndir. Beton konstruksiyaların sukeçirməzliyini təmin etmək üçün ona xüsusi hidrofob maddələr (asidol, milonaft və s.) əlavə edilir. Bu tədbir kifayət etmədikdə betonun üzərinə hidroizolyasiya materialı çəkilir. Sukeçirməzliyinə görə betonun markaları: W2, W4, W6,W8, W10, W12,W14, W16, W18,W20. Burada rəqəmlər beton nümunələrinin hansı təzyiq altında su keçirmədiyini göstərir.

Betonun şaxtayadavamlılığı – 28 günlik su ilə doymuş beton nümunələrin möhkəmliyinin 25%-dən və kütləsinin 5%-dən çoxunu azaltmadan donma və donuaçılmaya davam gətirməsi betonun şaxtayadavamlılığı adlanır. Şaxtayadavamlılıq hidrotexniki qurğularda, yol örtüklərində, körpü dayaqlarında və digər bu kimi konstruksiyalarda istifadə olunan betona qoyulan əsas tələblərdən biridir.Betonun şaxtayadavamlılğı onun qruluşundan asılıdır.

Betonun şaxtayadavamlılığa görə markası dəfələrlə donma və donuaçılmaya məruz qalan və daim nəmlənən konstruksiyalar üçün aşağıdakı kimi müəyyən edilmişdir: F50, F75, F100, F150, F200, F250, F300,F400,F500.



Betonun odadayanıqlılığı. Beton odadayanıqlı materialdır.Bu xassə onu sənaye sobalarının tüstü borularında və bünövrələrində istifadə etməyə imkan verir. Betonun odadayanıqlılığı onun hazırlanmasında istifadə edilən materialların növündən asılıdır. Beton 6000C-dən yüksək temperaturda istismar edilərsə,tərkibində kvars olan doldurucular işlətmək olmaz, çünki yüksək temperaturun təsirindən kvarsın həcmi 1,5% artırdığından betonda çatlar əmələ gələ bilər.

Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin