Nəzdində“İNŞaat” kolleci Fənnin adı: Beton və dəmir-beton məmulatların texnologiyası-1 Mühazirəçi



Yüklə 52,29 Kb.
səhifə17/20
tarix02.01.2022
ölçüsü52,29 Kb.
#47166
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
dbt1

*Suyun miqdarının təyini . Beton qarışığına sərf olunan suyun miqdarı doldurucuların növündən və beton qarışığının axarlığından (yaxud bərkliyindən asılı olaraq cədvəldən götürülür.

Beton qarışığının su tələbatı. Cədvəl



Beton qarışığının

Doldurucuların ən böyük iriliyinə (D) uyğun suyun miqdarı,L

Plastikliyi,

sm


Bərkliyi,

san


Çınqıl

Qırmadaş

10

20

40

70

10

20

40

70

--

--

--



--

1 – 4


5 – 9

10 – 12


12 - 16

31

30 -21


20 -31

10 -5


--

--

--



--

150

160


165

175


190

200


215

220


135

145


150

160


175

185


205

210


125

130


135

145


160

170


190

205


120

125


130

140


155

165


180

185


160

170


175

185


200

210


225

230


150

160


165

175


190

200


215

220


135

145


150

160


175

185


200

215


130

140


145

155


170

180


190

195

Sementin miqdarının təyini .- sement-su nisbətinə və suyun miqdarına əsasən (1 m3 betona sərf olunan )aşağıdakı düsturla hesablanır:

Sem = (Sem/su)∙Su

*Doldurucuların miqdarının təyini. Qumun və çınqılın (qırmadaşın) miqdarının təyini üçün aşağıdakı düsturlardan istifadə edilir:

İri doldurucuların-



İ.D = 1000/ (νb∙α∙1/ρt İ.D+1/ρİ.D);

Burada νbiri doldurucunun boşluğu, α – iri doldurucu dənələrinin ayrılma əmsalıdır. Bərk beton qarışığı üçün α = 1,05-1,2, axarlı beton qarışığı üçün α = 1,2-1,4 götürülür.

Qumun –

Q = [1000 – (sem/ρsem) + (su/ρsu) + (İ.D/ρiD)]∙ρq

Beton qarışığının nominal tərkibinin istehsalat tərkibinə çevrilməsi.Beton tərkibini hesabladıqda materiallar quru halda nəzərdə tutulur.Lakin istehsalatda materiallar müəyyən nəmliyə malik olur (sementdən başqa). Odur ki,naminal tərkibdən istehsalat tərkibinə keçmək üçün doldurucuların nəmliyinə müvafiq onlardakı suyun miqdarı tapılır,tapılmış suyun miqdarını nominal tərkib üçün təyin edilmiş suyun miqdarından çıxırlar. Doldurucuların miqdarını isə onların nəmliklərinə uyğun artırırlar.son nəticədə betonun nominal və istehsalat tərkiblərinin kütlələrinin cəmi bərabər olmalıdır.

Betonun çıxımı. Beton qarışığını qarıçdıran zaman qum iri dənələr arasındakı boşluqları, sement hissəcikləri isə qumun dənələri arasındakı boşluqları doldurur. Buna görə də beton qarışığının həcmi (Vb.q) istifadə olunan materialların həcmləri cəmindən az olacaqdır.

Beton qarışığı həcminin onu təşkil edən materialların (sudan başqa) həcmləri cəminə olan nisbətinə betonun çıxım əmsalı deyilir:



β = Vb.q/(Vsem+Vq+Vİ.D)

Betonun çıxım əmsalının qiyməti betonun tərkibindən və onda istifadə olunan materialların xassələrindən asılı olaraq 0,55 –dən 0,75 -ə qədər dəyişə bilər.


Mövzu 11

Beton qarışığının hazırlanması və daşınması

Beton qarışığının hazırlanması iki əsas texnoloji əməliyyatdan ibarətdir:- ilkin materialların dozalanması və onların qarışdırılması.

Tələb olunan xassəli beton qarışığının hazırlanmasının ən mühüm şərti onu təşkil edən materialların dəqiq dozalanmasıdır.Materialların dozalanması dövri yaxud fasiləsiz işləyən dozatorlar vasitəsilə aparılır.

Beton qarışığının qarışdırılması betonqarışdırıcılarda aparılır. Materialların qarışdırılma üsuluna görə iki cür betonqarışdırıcılar vardır: məcburi və qravitasiyalı betonqarışdırıcılar.



Qravitasiyalı betonqarışdırıcılarda baraban ona daxildən bərkidilmiş pərlərlə birlikdə fırlanır. Baraban fırlanan zaman pərlər beton qarışığının materiallarını yuxarı qaldırır və müəyyən hündürlüyə çatandan sonra həmin materiallar öz ağırlığı nəticəsində aşağı düşərək qarışır.Bu cür betonqarışdırıcıların tutumu 100, 250, 425, 1200, 2400,4500 l və daha çox olur.

Məcburi betonqarışdırıcılarda baraban hərəkətsiz, üzərinə pərlər bərkidilmiş val isə fırlanan olur və materialları qarışdırır. Bu cür betonqarışdırıcılarda bərk beton qarışıqları hazırlanır. Onların tutumu 250, 500, 1000 l olur.

Betonun keyfiyyəti və möhkəmliyimüəyyən dərəcədə beton qarışığının qarışdırılma müddətindən asılıdır.Beton qarışığını az qarışdırdıqda o bircinsli olmur, çox qarışdırdıqda isə laylara ayrılır.Bu müddət beton qarışığının axarlığından və betonqarışdırıcının tutumundan asılıdır.Beton qarığının axarlığı az, betonqarışdırıcının tutumu isə çox olduqca optimal qarışdırma müddəti də çox olacaq.Bərk beton qarışığının qarışdırma müddəti axarlı beton qarışığının qarıçdırma müddətində 2 dəfə çox olur.



Beton qarışığının daşınması. Beton qarıçığının təyinat yerinə daşınması zamanı onun bircinsliyi və axarlığı qorunub saxlanmalıdır.Beton qarışığının daşınma məsafəsi çox olarsa, sementin hidratasiyası və doldurucuların suhopdurması və eləcə də suyun bir hissəsinin buxarlanması nəticəsində beton qarışığı qatılaşır.

Buna görə də nəql olunma üsulunu seçdikdə daşınma məsafəsi, sürəti və qarışığın axarlığı nəzərə alınmalıdır.

Beton işləri aparılan inşaat meydançalarına betonqarışığı avtobetonqarışdırıcılarla daşınır.

Beton qarışığının maksimal daşınma müddəti işlədilən sementin tutma müddətindən , havanın temperaturundan,nəqliyyat vasitəsinin növündən, yol örtüyünün tipindən asılı olaraq müəyyən edilir. Adətən , qarışığın temperaturu 20 – 300C olduqda daşınma müddəti 45 dəqiqədən, 10 – 200C olduqda 90 dəqiqədən, 5 – 100C olduqda isə 120 dəqiqədən çox olmamalıdır.

Quru komponentlərdən ibarət olan beton qarışığını uzun müddət daşımaq olar. Belə qarışığı bilavasitə iş yerində su ilə qarışdırlar .

Mövzu 12

Beton qarışığının qəliblənməsi , sıxlaşdırılması və ona qulluq edilməsi

Beton qarışığının qəlibə qoyulması . Beton işlərində ən çox zəhmət və emerşi tələb edən əməliyyatlardan biri beton qarışığının qəlibə qoyulması və qəlibdə sıxlaşdırılmasıdır. Hazırda bu işlər betonqarışdırıcı və betonpaylayıcı maşınların köməyi ilə yerinə yetirilir. Beton qarışığını qəlibə qoyarkən qəlibin tamamilə dolmasına və boşluqların qalmamasına xüsusi diqqət verilməlidir.Bütün tikinti yerlərində və beton zavodlarında betonu sıxlaçdırmaq üçün mexaniki üsullar tətbiq edilir.

Beton qarışığının sıxlaçdırılması.Beton qarışığı qəlibə qoyulduqdan sonra müxtəlif üsullarla sıxlaşdırılır:- vibrasiyalama, presləmə, mərkəzdənqaçma, vakuumlama.

Vibrasiyalama. Bu üsulda beton qarışığına 0,2 – 0,5 mm amplitudada yüksək tezlikli (dəqiqədə 3000-6000) titrəmə verilir. Titrəmə nəticəsində beton qarışığı axaraq qəlibi sıx doldurur. Vibratorlar vasitəsilə axarlığı az olan , hətta bərk beton qarışığını belə qəliblərə sıx doldurmaq mümkündür. Mühərrikinin növünə görə elektromexaniki, elektromaqnit, pnevmatik vibratorlar vardır. Ən geniş yayılmış elektromexaniki vibratorlardır.



Səthi vibratorlar. Döşəmə, tava, yol və bu kimi açıq səthli konstruksiyaların sıxlaşdırılmasında səthi vibratorlar tətbiq edilir. Belə vibratorlarda beton qarışığına titrəmə vibratora bərkidilmiş metal lövhə vasitəsi ilə verilir. Betonun içərisinə yayılan titrəmənin dərinliyi 20-30 sm olur. Vibratorun bir yerdə titrəmə müddəti 1 dəqiqə olur, sonra isə başqa yerə köçürülür.

Dərinlik vibratorları. Bünövrə, tir, sütun, və s. bu kimi armaturlu və armatursuz konstruksiyalarda beton qarışığını sıxlaşdırmaq üçün dərinlik vibratorları tətbiq edilir. Bu tipli vibratorların işçi ucluğu iş zamanı beton qarışığına salınır. Dərinlik vibratorları beton qarışığını çox yaxşı sıxlaşdırır. Sıx armaturlu nazik konstruksiyaların betonunu sıxlaşdırmaq üçün dəqiqədə 7000-ə qədər titrəmə verən yüksək tezlikli elastik vallı dərinlik vibratorları tətbiq edilir. Massiv konstruksiyaların beton qarışığını sıxlaşdırdıqda vibrotoppuz işlədilir. Toppuz beton qarışığının içərisinə salınır və o bilavasitə qarışığı titrədərək sıxlaşdırır.

Presləmə. Bu üsul bərk və az axarlı beton qarışıqlarının qəliblənməsinda tətbiq edilir. Qəlibə qoyulmuş beton qarışığı əlavə mexaniki yükün təsiri altında vibrasiya edilir. Bu halda presləyici təzyiqin qiyməti 0,05-0,15 Mpa olur.

Mərkəzdənqaçma. Beton qarışığının mərkəzdənqaçma qüvvəsinin təsiri altında sıxlaşmasından ibarətdir. Qəlib fırlanan zaman beton qarışığı silindirik qəlibin daxili divarlarına doğru sıxılır və bununda nəticəsində sıxlaşır. Bərk komponentlərin və suyun kütlələrinin müxtəlif olması nəticəsində beton qarışığından suyun 20-30 %-i ayrılır ki, bu da yüksək sıxlıqlı beton almağa imkan verir. Mərkəzdənqaçma üsuli ilə borular, elektrik dirəkləri və başqa silindrik formalı məmulatlar istehsal edilir.Bu üsulun mənfi cəhəti sementin daha çox sərf olunmasıdır.

Vakuumlama. Beton qarışığını hazırlayan zaman və qəlibə qoyduqda qarışığa hava daxil olur. Vakuumlama prosesində beton qarışığından hava və suyun bir hissəsi kənar edilir və atmosfer təzyiqi altında sıxlaşır. Artıq suyun kənar edilməsi betonun bərkimə müddətini azaldır və bəzən məmulatı dərhal qəlibdən çıxarmaq mümkün olur.

Betona qulluq edilməsi. Betonda sement daşı bərkidikcə o, möhkəmliyini tədricən artırır. Bərkimənin ilkin dövründə betonun möhkəmliyi intensiv gedir,sonra isə tədricən azalır. Möhkəmliyin artma sürəti temperatur və mühitdən əhəmiyyətli dərəcədə asılıdır. Betonun bərkiməsi üçün normal şərait 20 ±20Ctemperatur və 90 -100% nisbi nəmlikli hava hesab edilir. Temperatur 70 – 900C- yə qədər artdıqda və yüksək nəmlik şəraitində betonun nəmliyi intensiv artır. Sıfra yaxın temperaturda betonun möhkəmliyinin artması dayanır. Beton nəm mühitdə daha çox möhkəmlik əldə edir.

Keyfiyyətli beton almaq üçün betona bərkimə zamanı lazımi qulluq edilməlidir. Bu məqsədlə yayda beton qarışığını qəlibə qoyduqdan sonra onun səthini qurumaqdan və birinci bərkimə saatlarında yağışın yumasından mühafizə etmək lazımdır. Bu məqsədlə konstruksiyanı betonladıqdan sonra onun üfiqi səthini xüsusi su keçirməyən pərdə ilə örtür 5 sm qalınlıqda qum qatı səpilir və su ilə nəmləndirilir. Qlib beton konstruksiyaların şaquli səthini qurumaqdan qoruyur ki, onuda nəmləmək lazımdır. Qəlibin yan tərəflərini açdıqdan sonra səthləri sulamaq lazımdır.

Soyuq günlərdə betonun bərkiməsinin yavaşlamaması üçün onu soyumaqdanda mühafizə etmək lazım gəlir.

Betonun keyfiyyətinə nəzarət. Beton işləri aparıldıqda onun keyfiyyətinə müntəzəm surətdə nəzarət etmək lazımdır. Bu materialların seçilməsi və sınanılmasından, onların dozalanmasından, qarışığın sıxlaşdırılmasından, eləcədə betonun möhkəmliyini bilmək üçün nümunə kubların hazırlanıb sınanılmasından ibarətdir. Konstruksiyada betonun möhkəmliyinə və keyfiyyətinə nəzarət etmək üçün ultrasəs üsulu geniş miqyasda tətbiq edilir. Bu üsul betonun daxilində olan nöqsanları (çatlar, boşluqları) meydana çıxarır.


Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin