Nəzdində“İNŞaat” kolleci Fənnin adı: Beton və dəmir-beton məmulatların texnologiyası-1 Mühazirəçi


Mövzu 13 Qış zamanı betonun işlədilməsi



Yüklə 52,29 Kb.
səhifə18/20
tarix02.01.2022
ölçüsü52,29 Kb.
#47166
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
dbt1

Mövzu 13

Qış zamanı betonun işlədilməsi

Betonun bərkiməsi üçün normal temperatur 15-200 C-dir. Temperatur 150 C-dən aşağı olduqda betonun bərkiməsi yavaşıyır, 00C-dən aşağı olduqda isə bərkimə tamamilə dayanır. Bərkiməyə başlamaış beton donarsa, o, donu açıldıqdan sonra yenidən bərkiməyə başlayır. Beton daha tez donmaya məruz qalarsa,onun son möhkəmliyi normal şəraitdə bərkiyən betonun mökəmliyindən az olacaqdır. Bu onunla izah olunur ki, ddonma nəticəsində su genişlənir və doldurucu dənələri ilə sement daşı arasındakı əlaqə pozulur.

Qış zamanı tikilən beton konstruksiyaları müəyyən bərkimə müddətində donmaqdan mühafizə etmək lazımdır. Yəni hər hansı betonlama işi aparıldıqda beton layihə möhkəmliyinin 50% -ni əldə edənə kimi donmaqdan mühafizə edilməlidir. Bunun üçün isti və nəm mühit yaradılmalıdır və bu iki üsulla təmin edilir: 1) betonun daxili istiliyindən istifadə etməklə; 2) daxili istilik kifayət etmədikdə xaricdən əlavə istilik vermələ..

Birinci üsuldan istifadə edərək beton hazırladıqda yüksək möhkəmlikli və tezbərkiyən portlan sement işlədilməlidir. Bundan başqa sementin bərkiməsini tezləşdirən əlavələr (kalsium xlorid) və eləcə də hava cəlb edici əlavələr qatmaqla suyun miqdarını azaltmaq lazımdır. Bütün bu tədbirlər nəticəsində betonun bərkiməsi tezləşir və beton 3-5 gün ərzində kifayət qədər möhkəmlik əldə edir.

Beton qarışığını təşkil edən materialları qızıdırmaqla betonda daxili istilik ehtiyyatı yaradılır. Bundan başqa bərkiyən betonda kimyəvi reaksiyaların gedişi zamanı da istilik ayrılır (sementin ekzotermiyası). Konstruksiyanın ölçülərindən və xarici havanın temperaturundan asılı olaraq su 900 C-yə qədər, doldurucular isə 400 C-yə qədər qızdırılır. Sement qızdırılmır. Materialları elə qızdırmaq lazımdır ki, beton qarışdırıcıdan çıxan beton qarışığının temperaturu 300 C-dən çox olmasın. Temperatur yüksək olarsa beton çox tez qatılaşar bu isə onun plastikliyini azaldır və işlədilməsini çətinləşdirir.

Beton qarışığı bərkidiyi zaman sement çoxlu istilik ayırır və bu istiliyin miqdarı sementin tərkibindən və narın üyüdülmə dərəcəsindən, betonun temperaturundan və bərkimə müddətindən asılıdır. Həmin istilik birinci 3-7 günlük bərkimə dövründə ayrılır. İstiliyi müəyyən müddət betonda saxlamaq məqsədi ilə qəlibləri və betonun açıq hissəsini istiliyi pis keçirdən materiallarla örtürlər. Bu üsula termos üsulu deyilir.

İkinci üsuldan şiddətli şaxtalarda beton işləri aparıldıqda və nazik konstruksiyaları betonladıqda istifadə edilir. Betona xaricdən istilik üç yolla verilə bilər: buxarla, elektriklə və havanı qızdırmaqla.

Buxarla qızdırma. Qəlibə qoyulmuş betonu qızdırmaq üçün buxarı ya iki qat qəlibin araslına , ya betonun içərisinə qoyulmuş kanallara buraxırlar. Buxarın temperaturu 50-800 C olur. Buxarın təsiri nəticəsində beton tez bərkiyir və iki gündən sonra normal şəraitdə bərkiyən betonun 7 günlük möhkəmliyini əldə edir.

Elektriklə qızdırma. Betonun elektriklə qızdırılması dəyişən cərəyanla aparılır. Elektrik cərəyanı betona səthi və daxili naqillər vasitəsi ilə verilir. Qızdırmanın əvvəlində betona yalnız 50-60 V gərginlikli cərəyan verilir. Beton bərkidikcə onun elektrik müqaviməti artır və buna görədə cərəyanın gərginliyini də artırmaq lazım gəlir. Betonun qurumasını və çat əmələ gəlməsini aradan qaldırmaq üçün elektriklə tədricən qızdırmalı və betonun temperaturu 600 C-dən yüksək olmamalıdır.

Havanın qızdırılması. Bu yolla qızdırmada betonu əhatə edən hava qızdırılır. Bunun üçün fanerdən, brezentdən yüngül teplyak adlanan qurğu düzəldilir. Teplyakın içərisində müvəqqəti sobalar qoyulur. Nəm şəraiti yaratmaq üçün teplyaka su ilə dolu qablarda qoyulmalıdır. Bu üsul ancaq kiçik həcmli beton işlərində tətbiq edilir.

Yuxarıda qeyd edilən üsullarla qışda beton işlərinin aparılması çox baha başa gəlir. Ona görədə soyuq üsul adlanan digər bir üsuldan daha geniş istifadə edilir. Bu üsulda suya kalsium xlorid, natrium xlorid, natrium nitrat, potaş qatıb həll edirlər. Bu duzlar suyun donma temperaturunu aşağı salır, betonun şaxtalı havada bərkiməsini təmin edir. Belə betona donmayan beton deyilir.



Potaş əlavə edilmiş beton qarışığı tez qatılaşır və tez də tutur. Buna görədə bu cür betonu qəlibə qoymaq çətin olur. Bu qüsuru aradan qaldırmaq üçün ona səthi aktiv əlavə - mlonaft qatılır. Calsium xlorid və natrium xlorid duzları qatılmış beton mənfi temperaturlarda belə qəlibə rahat qoyulur. Bu cür beton su keçirməyən və şaxtaya davamlı olur.

Yüklə 52,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin