7. НИТГИН САДЯЛИYИ ВЯ ТЯБИИЛИYИ. F.Köçərli йазырды: «Dil nə qədər asan, sadə olsa, bir о qədər gözəl, göyçək və məqbul olar». Nitqin sadəliyi onun aydınлыğı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin, məzmununun, mahiyyətin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəлиyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır.