Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 0,58 Mb.
səhifə51/81
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#42277
1   ...   47   48   49   50   51   52   53   54   ...   81
NITQ-MEDENIYYETI-İSM-1-kurs

Tarixi ənənəvi prinsipin başqa bir tələbinə göra alınma sözlər mənsub olduqları dillərin orfoqrafiya qaydalarına uyğun şəkildə yazılmalıdır. Məsələn, protokol, motor, konsert, komanda, orfoepiya və s. kimi sözlər dilimizdə mənbə dilin orfoqrafiya qaydalarına uyğun şəkildə (yuxarıda göstərilən kimi) yazılır. Əslində isə bu sözlər şifahi nitqdə həm alındığı dilin orfoepik qaydası, həm də diümizin ümumi ahənginə müvafıq olaraq yazıldığından fərqli şəkildə - (pr(a)t(a)kol, m(a)tor, k(a)nsert, k(a)manda, (a)rf(a)epiya) şəklində tələffüz edilir.

Lakin bununla belə, bir sıra alınmalar dilimizin fonetik sisteminə - tələffüzünə uyğun olaraq mənbə dildən fərqli şəkildə yazılır. Məsələn, vokzal - vağzal, nomer -nömrə, stakan - stəkan, çemodan – çamadan və s.

Orfoqrafiyamızın tərtibi prinsipləri ilə bağlı deyilənlərdən belə bir nəticə hasil olur ki, fonetik prinsip yazımızda əsas və başlıca, morfoloji prinsip isə köməkçidir. Qalan digər prinsiplər (tarixi-ənənəvi və alınma sözlərin yazılışı prinsipləri) orfoqrafiya qaydalarının bəzi maddələrində əsas götürülür. Orfoqrafiyamızın prinsiplərindən vəhdət şəklində istifadə olunur ki, bu, yazımızm inkişafını, yeniləşməsini, orfoqrafiya qaydalarını ümumxalqın asan mənimsəyə bilməsini təmin edir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin