Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


Fonetik, leksik, morfoloji, sintaktik normalar



Yüklə 0,58 Mb.
səhifə53/81
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#42277
1   ...   49   50   51   52   53   54   55   56   ...   81
NITQ-MEDENIYYETI-İSM-1-kurs

Fonetik, leksik, morfoloji, sintaktik normalar ədəbi dilin strukturu ilə bağlı olub nitqin düzgünlüyünü təmin edirsə, üslub normalan leksik-qrammatik normaların bir növ törəməsi olub nitqin gözəlliyini, ifadəliliyini, dəqiqliyini artırmaqla ünsiyyəti asanlaşdırır, onun təsirli, cəlbedici olmasını, danışan və oxuyanın ən incə məqamları, mətləbləri ifadə və dərk edə bilməsini təmin edir.

Mövzu: NİTQİN ETİK MƏSƏLƏLƏRİ

Plan:

Nitqin etik məsələləri.müraciət formalarından düzgün istifadə.

Sualvermə və söhbətə qoşulma.

Cavabvermə.


Həzrət Əli буйуруб ки, insan dilinin altında эizlənir. Danıшмayınca onun aqıllı və ağılsız olduqu bilinmir.

Dil mədəniyyətinin başlıca müddəalarından biri danışığın etikasıdır. Mənşəcə latın sözü olan etika adı altında insanların bir-birinə, cəmiyyətə, cəmiyyətin insanlara münasibətini tənzimləyən mədəni, nəzakətli danışıq, əxlaq normaları nəzərdə tutulur. Etika termini ilk dəfə Aristotelin «Nikomaxın etikası». «Böyük etika», «Evlem etikası» əsərlərində işlənmiş, əməli nəsihət xarakterli fikirləri özündə ehtiva etmişdir. Aristotelin etikası ilk əxlaq nəzəriyyəsi olmuşdur. Bu dahi mütəfəkkirə görə, etikanın vəzifəsi insanı mənasız və qeyri-təbii ehtiraslardan uzaqlaşdırmaq, ona cəsurluq və ədalətlilik keyfiyyətləri aşılamaqdır.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin