Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


Mövzu: Nitqin etik qaydalarına əməl etmək



Yüklə 0,58 Mb.
səhifə59/81
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#42277
1   ...   55   56   57   58   59   60   61   62   ...   81
NITQ-MEDENIYYETI-İSM-1-kurs

Mövzu: Nitqin etik qaydalarına əməl etmək

Plan:

Nitqin etik qaydalarına əməl etmək.

Təvazökarlıq nitqin başlıça şərtlərindəndir.

Данышыг заманы башгаларынын щейсиййятиня тохунан, шяхсиййятини тящгир едян, ядяб гайдаларына уйьун олмайан сюз вя ifadələrə (məsələn, zırrama, qanmaz, anlamaz, kəllən haqqı, burnunu soxma, anqırma, bağırma və s.) yol verilməməlidir. Bu cür sözlər və ifadələr hansı münasibətlə deyilməsindən asılı olmayaraq həmişə böyük narazılıqla qarşılanır və çox zaman adamların inciməsinə, küsüşməsinə, bəzən isə hətta savaşmasına da səbəb olur. Mədəni və savadlı adamın nitqində, о cümlədən müəllimin danışığında loru söz və ifadəyə yer verilməməlidir.

Ali məktəb praktikasında tələbələrin onlara dərs deyən müəllimi başqası ilə əvəz etmək barədə müraciətinin dəfələrlə şahidi olmuşuq. Müəllim və tələbə münasibətində belə xoşa gəlməyən hal əksərən danışıq etikasının pozulması, tələbəyə qarşı kobud söz və ifadənin işlənilməsi nəticəsində baş verir. İnsan bütün hallarda öz danışığına nəzarət etməyi, ifadələri ölçüb-biçməyi bacarmalı, heç bir vəziyyətdə etika qaydaları pozulmamalıdır. Xüsusi gərginlik keçirən adamlar çox vaxt əsəbi danışır və belələrinə onu tanıyanlar «əsəbidir, bənd olmayın» deyə bəraət verirlər. Əslində heç də belə olmamalıdır. Qeyri-normal danışığa görə adamlar məzəmmət edilməlidir. Həm ailədə, həm də ictimai yerlərdə nitqin etik normaları gözlənilməli, lüzumsuz, təhqiramiz sözlər işlədilməməlidir.

Cəmiyyətdə, kollektivdə, ailədə və s. yerlərdə hər bir fərdin şəxsiyyətinə, mənliyinə hörmət edilməlidir. Amma çox vaxt belə olmur. Müəyyən bir münaqişə fonunda tərəflərdən biri başqasına qarşı qaba və nalayiq sözlər, ifadələr (məs: yaramaz, alçaq, ləçər, əclaf, tülkü, donuz, heyvərə və s.) işlədir ki, bununla da onu təhqir edir, şəxsiyyat və mənəviyyatını alçaldır. Başqasına qarşı hər hansı bir münasibətlə qaba və təhqiredici sözlər deməsi həmin adamın özünün lazımi əxlaqi keyfiyyətə sahib olmadığını göstərir.

İnsanlar arasında müxtəlif səbəbdən konfliklər, narazılıqlar, mübahisələr və s. ola bilər. Bütün hallarda etik normalar gözlənilməli, təhqiramiz sözlərə, ifadələrə yol verilməməlidir. Bunları işlədənlər tənbeh olunmalıdır. Nitqə verilən bu tələb məktəb praktikasında xüsusi əhəmiyyət kəsb edir. Nitqin etik normalarını şagird və tələbələr daha çox müəllimin danışığı ilə mənimsəyir, əxz edirlər. Bu cəhət nəzərə alınmalı, hər hansı bir səbəbdən əsəbilik keçirən müəllim şagird, tələbə və digərləri ilə ünsiyyətdə özünü dərhal ələ almağı, danışığında heysiyyətə toxunan, şəxsiyyəti təhqir edən söz və ifadələrdən (məsələn, qanacaqsız, tərbiyəsiz, yekəbaş, başdan xarab, qanmaz, heyvərə, kütbeyn, tupoy və s.) çəkinməlidir.

Müəllim-şagird, müəllim-tələbə münasibətində müəllimin davranışı, rəftarı, şəxsi mədəniyyəti, ən başlıcası isə davranış tərzi hər zaman önəmli rola malik olmuşdur. Son psixoloji ədəbiyyatda təlimin humanistləşdirilməsi şəraitində müəlimin xarakteri aşağıdakı cəhətdən səciyyələndirilir: hər şagirdə hörmətlə yanaşmaq, onun taleyi ilə yaxından maraqlanmaq, şagirdin qabiliyyət və istedadına optimiscəsinə hörmət etmək, şagirdlə partnyor kimi əməkdaş olmaq, nöqsanlarına dözümlülük göstərməyi bacarmaq, ünsiyyət mədəniyyətinə sahib olmaq.

Göründüyü kimi, ünsiyyət, danışıq mədəniyyəti ziyalı müəllim portretinin əsas cizgilərindən biridir. Nitqin etik normalarının daşıyıcısı və qoruyucusu kimi müəllim bu sahədə valideynlərlə müntəzəm söhbət aparmalıdır. Bəzən valideynlər, ata-ana, ailənin digər yaşlı üzvləri evdə bir-birinə qarşı normal olmayan münasibət zəminində kobud, təhqiramiz sözlər işlədidər. Belə sözlər dərhal uşaqların danışığına keçir, başqaları ilə kiçicik ixtilaf zamanı həmin sözləri işlədirlər. Valideynin uşağa hər hansı bir münaqişə zəminində bu cür sözlər işlətməsi daha dözülməzdir.

Natiqin nitqi, danışığı onun şəxsiyyətini, mədəni səviyyəsini, dünyagörüşünü müəyyənləşdirən, ətrafdakılarla münasibətini nizamlayan başlıca amildir. Təcrübədə olduğumuz məktəblərdə divardan asılmış davranış qaydalarının bir neçəsində müəllim nitqinə verilən tələblərdən bəhs olunur. Calısın nitqinizdə pedaгожi гüsurlara vol verməйəsiniz. Saэirdlərin йaш xüsusiййətlərini nəzərə alıb onlarla danısmaгda ehtiйatlı olun. Saqirdlərə müraciət edərkən pedaгожи tələblərə riaйət edin və s. Bu tələblərdə aydınlıq və konkretlik az olsa da, hər halda müəllim nitqinin etik normalarına əməl olunmasının vacibliyi qeyd edilir вя nəzərə çarpdırılır.

Nəzakətli danışıq qaydalarının şagirdlər, eləcə də tələbələr üçün tərtib edilib divardan asılması və ya dərs vəsaitinin (məsələn, dəftərlərin) üz, qabığında nəşr edilməsi və s. formada nəzərə çatdırılması ancaq fayda verə bilər. Vaxtilə məktəblərimizdə belə bir təcrübə olmuşdu. Məsələn, 60-cı illərdə məktəblilər üçün nəşr edilmiş «Məktəblinin məlumat kitabı» adlı vəsaitdə mədəni danışmaq üçün aşağıdakılar tövsiyə olunur.

«Söhbət zamanı ehtiramlı və diqqətli ol.

Məşhur qəzəl sənətkan Əлиаьа Vahid ustad Azər Buzovnalıdan ərəb və fars dillərini öyrənirмиш, qəzəl sənətinin sirlərinə yiyələnirmiş. O, dərsə gələndə hər dəfə Azər müəlim ayağa durar və Vahid oturandan sonra əyləşirmiş. Bu vəziyyəti utancaqlıqla müşahidə edən Ə.Vahid бир эцн deyir:


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin