Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və



Yüklə 240,5 Kb.
səhifə11/36
tarix02.01.2022
ölçüsü240,5 Kb.
#42276
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
NITQ-Mədəniyyəti-I-kurs-İSM

8. NİTQİN ORİJİNALLIĞI. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması aşağıdakı amillərlə daha çox bağlı olur:

  1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü.

  2. Sözün qrammatik tələffüzünə fikir vermək.

  3. Bir qədər ucadan, aramla danışmaq .

  4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib söziər fikirləşib tapmaq.

  1. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə istifadə edə bilmək.

  2. Danışanın söz və ifadə, sitat, aforizmlər, atalar sözü, zərb-məsəllər və s.-lərdən yerində işlətməsi, nitqin xüsusi tərzdə qurulması.

Ictimai yerlərdə çıxış edən natiq öz məqsədini aşkarlamaq, fikirlərini dinləyicilərə asan, aydın, ifadəli, və maraqlı şəkildə çatdıra bilmək üçün daha münasib, işlədilməmiş və ya az işlədilmiş sözlərdən, ifadələrdən istifadə etməyə, cümlələr qurmağa çalışmalıdır. Bu orijinallıq nitqin qurulmasında daha çox nəzərə çarpır. Nitqdə müəyyən bir ənənəvi forma vardır:

- natiqlər öz çıxışlarını mövzuya uyğun qururlar:

-məsələnin vacibliyi və aktuallığı izah olunur;

-mövzunun əsas məzmunu dinləyiciləra çatdırılır;

-deyilənlərə yekun vurulur, ümumi nəticələr çıxarılır.

Lakin natiqlərin çoxu dinləyicilərin diqqətini cəlb etmək, bu yolla da nitqin effektliyini yüksəltmək məqsədilə yeni-yeni formalar axtarıb tapırlar. Bəziləri nitqinə söhbətlə, atalar sözü, zərbi-məsəl, ibrətamiz bir əhvalatla başlayır. Bir başqası nitqinin əvvəlində şərh ediləcək mövzu ilə bağlı bir parça şeir söyləyir. Digər natiqlər məşhur adamların, görkəmli yazıçı və şairlərin əsərlərindən, dövlət xadimlərinin| çıxışlarındakı sərrast və parlaq ifadələrdən sitatlar gətirdikdən sonra məsələnin mahiyyətini şərh etməyə başlayırlar.

Nitqə başlamağın digər formalarında (məsələn, ritorik suallar qoymaq, mövzu ilə bağlı gözlənilməz və qəribə bir məzhəkə, lətifə danışmaqla əsl mətləbə keçmək və s.) natiqlik təcrübəsində səmərəli priyom kimi tətbiq edilir.


Yüklə 240,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin