Bunlardan birincisi fonetik, ikincisi fonesemantik vəzifədir. Vurğu öz yerində deyiləndə söz tam, dəqiq, səlis, təbii, ürəyəyatan formasını, ən optimal fonetik şəklini alır. Əks halda, sözlər bayağılaşır, öz axarından uzaqlaşır, süni deyim yaranır, məna anlaşılmır. Şifahi nitq üzərində müşahidələr göstərir ki, sözlərin vurğusu səhv vurulanda həm sözlərin, həm də bütövlükdə cümlələrin mənası dolaşır. Məsələn: də'ymə düşər - dəymədüşə'r, görməmiş -görməmi'ş, bağla/ - ba'ğla, yağsa' - ya'ğsa, qı'zdır –qızdır kimi omonimləşmiş sözlər yalnız vurğu vasitəsi ilə fərqlənir. Sözlərdə vurğunun qüsurlu tələffüzü nitqin gözəlliyinə xələl gətirir, onun təbii gücünü azaldır, nəzərdə tutulan fikir, ideya, məqsəd dinləyiciyə istənilən səviyyəyə çata bilmir.
Vurğunun düzgün tələffüzü alınma sözlərin deyilişində xüsusi əhəmiyyət kəsb edir. Dilimizdə işlətdiyimiz alınmalar vurğunun işlənmə yerinə görə üç qrupa bölünür: