Nitq məDƏNİYYƏTİNİn təDQİQİ, İNKİŞafi və


NİTQ FASİLƏSİ.NİTQİN METODİKLİYİ



Yüklə 240,5 Kb.
səhifə22/36
tarix02.01.2022
ölçüsü240,5 Kb.
#42276
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   36
NITQ-Mədəniyyəti-I-kurs-İSM

NİTQ FASİLƏSİ.NİTQİN METODİKLİYİ.

NİTQ FASİLƏSİ. İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə (pauza) adlanır. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verən tənəffüs - fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığıdır.

Nitq fasiləsinin təkcə söyləyən və ya oxuyan üçün deyil, dinləyici üçün də böyük əhəmiyyəti vardır. Dinləyici öz növbəsində danışan və oxuyanın etdiyi fasilə zaman eşitdiklərini mənimsəyir, «həzm» edir və sonrakı fikıi tutmaq üçün diqqətini səfərbərliyə alır.

Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funkstyanı yerinə yetirir: o həm insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca vasitədir. Həyat üçün lazım olan tənəffüs aşağıdakı ardıcıllığa malikdir: nəfəsalma, nəfəsvermə və fasilə. Nəfəsalma (ciyərlərin oksigenlə doldurulması) tənəffüsdə ən aktiv, şüurdan asılı olmayan prosesdir. Bu prosesdən sonra hərəkətverici əzələlərin gərginiiyi azalır, onlar sakit vəziyyət alaraq, növbəti nəfəsalmaya qədər by vəziyyətdə qalırlar. Nəfəsvermədə ciyərlər heç bir vaxt havadan tam azad olmur, orada ehtiyat hava qalır.


Yüklə 240,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin