Nitq situasiyasının yaradılması nitq inkişafında mühüm rol oynayır. Nitq mühitinin inkişafetdirici potensialından istifadə etməklə hər bir sinif müəllimi nitq inkişafı üzrə işdə yüksək uğur qazana bilər. Bu işin təşkilində o, bir metodik vasitə kimi ortaya çıxır.
Nitq situasiyası dedikdə, şagirdləri danışmağa vadar edən vəziyyətin yaradılması nəzərdə tutulur. Bir çox ədəbiyyatda buna nitq mühiti deyilir. Situasiyanın yaradılması şagirddə danışacağı obyektin (hadisənin, hekayənin, nağılın) məzmununu məntiqi, obrazlı şəkildə ifadə etmək tələbi yaradır.
Metodik nitq situasiyası iki növə ayrılır: a) təbii situasiya; b) süni situasiya. Əgər təbii situativ nitq hansı obyekt (oxu materialları, şəkillər, təbiət üzərində müşahidələr, oyunlar, əyləncələr) əsasında fikirlərinin canlı ifadəsidirsə, süni situativ nitqsəhərciklərdə, müəyyən toplanışlarda, radioda, televiziyada müxtəlif mövzularda çıxış etməsidir.
Nitqin nağıl janrı nitqə obrazlı material verir. Şagird çox zaman danışarkən qurulan cümlələrdən, abzaslardan və eləcə də kontekstdən obrazlı ifadələri mənimsəyir, yeri gəldikcə onlardan istifadə edir. Bu janr obrazlı ifadələri nitqdə işlətmək baxımından çox əlverişlidir.Azərbaycan dilinin tədrisində nağıllardan istifadə şagirdlərin təfəkkürünü inkişaf etdirir, onlarda danışmağa həvəs oyadır və nitq fəallığını artırır, onları təbii və məzmunlu danışmağa alışdırır.
Müşahidə.Təsvir, adətən, müşahidələrə əsaslanır. Onlar təsvir edəcəkləri faktları, əşya və hadisələri gözləri ilə görürlər.
İbtidai siniflərdə Azərbaycan dilinin tədrisində nitq inkişafı üzrə aparılan işlərdə şəkillərdən istifadənin əhəmiyyəti də böyükdür. Şəkillər nitq inkişafı üçün əsas vəsaitlərdən biridir. Şagirdlər şəkillər əsasında fikirlərini şifahi və yazılı şəkildə ifadə edirlər.
Seriya şəkillər nitq inkişafı baxımından çox faydalıdır. Seriya şəkillərdə hadisələr inkişafda verilir. Bu şəkillərdəki dinamika birbirini tamamlayır, hekayə qurmaq işi asanlaşır. Məhz buna görə də şəkillərin köməyi ilə şagirdlər tez bir zamanda hekayə qura bilirlər. Onlar seriya şəkillərin hər seriyasına aid bir-iki cümlə qurmaqla hekayə düzəldirlər. Bu cür hekayələri nağıl etməyi şagirdlər çox sevirlər.