Nitqin inkişafı üzrə işin elmi əsasları


İbtidai siniflərdə esselərin yazırması üzrə işin təşkili



Yüklə 0,65 Mb.
səhifə55/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   47   48   49   50   51   52   53   54   55
Nitq kopyası

60. İbtidai siniflərdə esselərin yazırması üzrə işin təşkili
Esse” latın sözüdür, oradan fransız dilinə, fransız dilindən də bir sıra başqa dillərə keçib. İlkin mənsı “götür-qoy edərək mühakimə yürütmək” deməkdir. Söz bu mənanı indi də saxlamaqdadır. Müasir anlamda esse müəllifin konkret mövzu ilə baǧlı faktları, təəssüratları, fərdi düşüncələri ölçüb biçərək mühakimə yürütdüyü kiçik həcmli, sərbəst kompozisiyalı yetkin əsərdir.
İbtidai siniflərdə on ildən artıq bir müddətdə tətbiq olunan yeni məzmun - Kurikulum təlimi şagirdlərin rabitəli nitqinin inkişafı işində ifadə və inşalarla yanaşı, esse təliminə geniş yer verilir. Azərbaycan dilidərslərində müntəzəm və planauyǧun şəkildə esseyazılər tətbiq olunur. Azərbaycan dilindən fənn kurikulumunda, dərslik və metodik vəsaitlərdə esse yazılara xüsusi diqqət yeirilir.
Ümumtəhsil məktəblərinin IV sinfi üçün “Azərbaycandili” dərsliyinə aid “Müəllim üçün metodik vəsait” də inşa və esse mövzusu haqqında belə məlumat verilir: İnşa və ya esse bir-birinə yaxın yəzı fəaliyyətləridir. Bununlə belə, inşa ilə müqayisədə esse mövzusu daha konkret olur və burada çox zaman motivasiya xarakterli situasiya ilə verilir. Məsələn:
İnşa mövzusu: “Dostluq”, Esse mövzusu: “Dostum mənə əzizdir, ancaq həqiqət ondan da əzizdir”.
Situasiya: Təsəvvür etki , dostun tanımadıǧın adamla mübahisə edir və səni köməyə çaǧırır. Söhbətə qulaq asdıqda sənə məlum olur ki, dostun haqsızdır. Bu vəziyyətdə nə edərsən?
Şagirdin özünümüdafiə bacarıǧını yoxlamaq üçün esse daha münasib iş növüdür. 
Esselər II-IV siniflərdə həm oxu materiallarının, həm də dil qaydaları ilə əlaqəli mövzuların tədrisi prosesində qruplarla tədqiqatın aparılması, yaradıcı işlərin tətbiqi, refleksiya mərhələlərində 3-5 dəqiqə ərzində esse yazırlar. Esselər şagirdlərin yaradıcılıq qabiliyyətinin, təfəkkürünün, nitqinin, o cümlədən rabitəli nitqinin inkişafına güclü təsir göstərir. İbtidai siniflərdə şagirdlərə aşaǧıdakı mövzularda esse yazdırmaq məqsədəuyǧun olar:
Mən xoşbəxtliyi nədə görürəm”, “Danışıq qaydaları”, “Vaxtın qədrini bilək”, “Ramazan (Qurban) bayramı” (II sinif), “Mən nə üçün oxuyuram?”, “Yaxşılıq etmək nə deməkdir?”, “Möcüzə nədir”, “Mədəni danışmaq gözəllikdir” (III sinif), “Qənaətçillik nə deməkdir?”, “Mənim dostum”, “Milli qəhrəman kimdir?”, “Novruz bayramı necə keçirilir?”, “Təbiəti qoruyaq”, “Sevdiyim peşə”, “Tək əldən səs çıxmz” (IV sinif) və digər mövzular (“Bilik bayramı”, “Vətən müqəddəsdir”, “Bayraq mənliyimdir”, “Kitab bilik mənbəyidir”, “Müəllimə hörmət”, “İş insanın cövhəridir” və s.)
İbtidai siniflərdə oxu, ifadə, inşa (esse), əməli yazılar təlimi prosesində rabitəli nitqin inkişafına əlverişli imkan yaranır. Rəy inşalar, esse təlimi, hekayə qurmaq, nəzmi nəsrə çevirmək vərdişlərinin formalaşdırılması sahəsində aparılan işlər şagirdlərin rabitəli nitqinin inkişafına təminat verir. 
Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin