58. Nitqin inkişafı üzrə fəal dərsin motivasiya mərhələsi və onun yaradılması yolları Müasir dərs bir çox tələblərə cavab verməlidir. Bu tələblərdən biri, bəlkə də, birincisi dərsin mərhələlərinin düzgün həyata keçirilməsidir. Bu baxımdan dərsin birinci mərhələsinin, yəni motivasiyanın düzgün qurulmasının xüsusi əhəmiyyəti var.
Motivasiya təlim prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən bir prosesdir. Motivasiya hər hansı bir fəaliyyətin mexanizmini işə salan qüvvədir. Əslində, fəal dərs və ya dərsin fəallığı elə motivasiyadan başlanır. Dərsin sonrakı mərhələlərinin gedişində də motivasiya böyük rol oynayır. Belə ki, bütün dərslər müəyyən bir məqsəd üzərində qurulur. Bütövlükdə dərs prosesi bu məqsədə nail olmağa xidmət edir.
.Motivasiya zamanı ortaya gətirilmiş problem necə olmalıdır ?cəlbedici, düşündürücü , müəmmalı, şagirdin yaş səviyyəsinə uyğun , şagirdlər tərəfindən orta çətinlikdə başa düşülən.Motivasiya elə qurulmalıdır ki, şagird axtarış etməyə həvəslənsin. Qoyulmuş problemlə bağlı onda məlumat qıtlığı olmasa , qoyulmuş problem onun diqqətini çəkməsə və ya qoyulmuş problem onun yaş səviyyəsinə görə çox çətin olsa, uşaq tədqiqata həvəslənməyəcək.Adi həyatımızda bizi də motivasiya edən nələrsə olur.Sınaqlara gedirsiniz . Qarşınızda necə sual görəndə həvəslənirsiniz ? Təbii ki, o problemin həllinə qadir olduğunuzu hiss etdikdə Motivasiya hansı prinsiplər əsasında qurulmalıdır? Məqsədyönlülük və problemlilik. Problem əlbəttə ki ,dərsdən gözlədiyim nəticəyə ,məqsədimə uyğun olmalıdır. Mən indi sizə yanlış motivasiya deyim,görün orada problemlilik və ya məqsədəuyğunluq varmı ? Məsələn , mövzu- əsas nitq hissəsi zərfdir. Müəllim lövhədə zərf göstərir ( konvert, paket.) . Uşaqlara sual verir ki, ekranda nə görürsünüz? Uşaqlarda da deyir ki, konvert görürük.Müəllim soruşur ki, ona başqa nə ad verə bilərik ? Uşaqlar deyir ki, zərf..Daha sonra müəllim motivasiyanı qurduğunu zənn edir və deyir ki , bugünkü dərsimiz də elə zərflə bağlıdır,nitq hissəsi zərf. İndi əziz müəllimlər , siz düşünün. Nitq hissəsi zərflə ,lövhədə göstərilən zərfin nə əlaqəsi ola bilər ki? Sizcə, bu motivasiya düzgün quruldumu ?Əlbəttə ki,yox. Məzmun nədir ? nitq hissəsi zərf.Məqsədim nədir ? Məsələn ,zərfin əsas nitq hissəsi olduğunu uşaq dərk etsin və onu digər nitq hissələrindən fərqləndirə bilsin.Mən elə bir problem qoymalıyam ki ,uşaq nitq hissəsi zərfi tədqiq etməyə həvəslənsin
Motivasiyanın hansı mərhələlələri var ? Motivasiya qısa və mərhələli şəkildə aparılır. Qısa mərhələ bir tədqiqat sualından ibarət olur. Motivasiyanın mərhələləri :
Problem qoyulur
Suallar verilir ( təbii ki, bu suallar da şagirdlərin cavabları ilə qarşılanır ).Müəllim elə suallar verir ki,uşaqlarda idrak fəallığı oyanır və onlar özü belə problemlə bağlı suallar verməyə başlayır.Müəllimə bəs cavab nədir , bəs o necə ola bilər və s.
Tədqiqat sualı. Motivasiyanın kuluminasiya nöqtəsi
Tədqiqat sualına ilkin fərziyyələr. Bizcə, bu belə ola bilər ,bizim fikrimizcə,,............. və s. fikirlər söylənilir.Dərsin sonunda o fərziyyələrə bir daha qayıdılır.
Motivasiyanın yaradılması yolları hansılardır?
1. Rəmzi simvolik materialdan istifadə etməklə (Problemin foto, video, rəsm, sxem, qrafik, tapmaca, atalar sözü, şeir parçası, musiqi, melodiya və s vasitələrlə təqdim olunması)
2. Müxtəlif suallardan istifadə etməklə (Öyrənilən mövzu üzrə şagirdlər üçün məlum olmayan məqamların müəyyənləşdirən suallar, açıq-müxtəlif cavablar almağa imkan verən suallar və açar sözlərin köməyilə mövzuya aid verilən suallar)
3. Problemin müxtəlif yollarla həll edilməsi (Qoyulmuş problemin müxtəlif üsullarla şagirdlər tərəfindən həll olunması)
Motivasiya nəyə lazımdır? Dərsin uğurla başa çatması motivasiya və onun düzgün qurulmasından asılıdır. Motivasiya və onun nəticəsində müəyyən olunmuş tədqiqat sualı təlim nəticələrinə yönəlir və şagirdi axtarışa yönəldir
Motivasiyanı yaradan amillər :Problemli situasiya, müəyyən olunmuş problemin qeyri-adiliyi, maraq yaratması, müstəqil düşünməyə imkan verməsi, motivasiyanın tədqiqat və yaradıcı imkanının olma