Nitqin inkişafı üzrə işin elmi əsasları


Müxtəlif janrdan olan əsərlərin tədrisinin nitqin inkişafında rolu



Yüklə 0,65 Mb.
səhifə52/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   47   48   49   50   51   52   53   54   55
Nitq kopyası

57. Müxtəlif janrdan olan əsərlərin tədrisinin nitqin inkişafında rolu 
Bədii əsərlər janr etibarı ilə müxtəlifdir. Hər bir ədəbi janrın öz qurulusu, üslubu, priyomları olduğundan onların şagirdlərə təsiri də fərqlidir. Bədii əsərlər üç növdə olur: lirik, epik, dramatik. I sinifdən başlayaraq oxu dərsliklərində hər üç növdən nümunələr verilir. Hər növə aid mətn üzrə iş apararkən onun xüsusiyyəti nəzərə alınmalıdır. Sinif müəllimi epik, lirik və dramatik əsərləri, onun növlərinin xüsusiyyətlərini, bu xüsusiyyətlərin təlimdə nəzərə alınmalı olduğunu bilməlidir. Bədii mətnlər şagirdlərin fikrinə, hisslərinə və iradəsinə güclü təsir etməklə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Uşaqlar bədii əsərlər- dəki müsbət qəhrəmanı sevir, onunla birlikdə həyəcan keçirir. Həqiqi həyatda təqlid edir, özü üçün ideal seçir.
Ədəbi əsərlərin ifadəli oxusunda janr xüsusiyyətlərinə diqqət yetirilməlidir. Əsərin janrından asılı olaraq müəllim müvafiq metod və priyomlardan istifadə edir. Müxtəlif növ bədii əsərlərin oxusunu düzgün təşkil etmək üçün onların özünəməxsus xüsusiyyətlərini bilmək son dərəcə vacibdir. İbtidai sinif lərdə Şagirdlər müxtəlif janrlı əsərlərlə tanış olurlar. Burada epik və lirik növə dair kifayət qədər əsərlər verilmişdir. Məlumdur ki, hər bir əsərin də öz quruluşu, bədii xüsusiyyətləri vardır. Oxu prosesində bunları bilmək vacibdir. Nağıl və təmsil eyni olmadığı kimi, onların oxu qaydaları da fərqlidir. Eləcə də atalar söz- ləri, tapmaca, bayatı, əfsanə, hekayə və b. nümunələrinin hər birinin öz quruluşu olduğu kimi, müvafiq oxu qaydaları, təhkiyə xüsusiyyətləri də vardır.
Bədii ədəbiyyatın özünəməxsus xüsusi cəhətlərindən biri də şagirdlərin nitqini lazımı söz və ifadələrlə zənginləşdirməsidir. Bədii əsəri sadəcə oxumaq deyil, onu başa düşmək, hiss etmək əsas şərtdir.
İbtidai siniflərdə bədii materialların oxusu yuxarı siniflərdə keçilən “Ədəbiyyat” fənnini yaxşı mənimsəməyin təməlidir. Ona görə də bu siniflərdə şagirdlər bədii əsəri təhlil etməyi, qəhrəmanın xarakterini müəyyənləşdirməyi, hadisələrin zaman və məkan şəraitini təyin etməyi bacarmalı, ilk poetik anlayışlara- şer, qafiyə, ahəng, ölçü, hekayə, təmsil, nağıl və s. dəqiq yiyələnməlidirlər.
ibtidai siniflərdə oxu təlimi prosesində müxtəlif ədəbi janrlardan istifadə edilir.
1. Bədii mətnlər (hekayə, təmsil, nağıl)
2. Elmi (məlumatlandırıcı) mətnlər (müxtəlif sahələr haqqında məlumat verən mətnlər)



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin