Söz haqqında belə bir atalar sözünü yada salaq:"Yeməyin dadı duzdadır,dünyanın dadı sözdədir"



Yüklə 14,21 Kb.
tarix11.05.2023
ölçüsü14,21 Kb.
#111233
Söz haqqıda atalar sözləri və aforizmlərdocx


Söz nədir?
Söz haqqında belə bir atalar sözünü yada salaq:”Yeməyin dadı duzdadır,dünyanın dadı sözdədir”.
Tarixi baxımdan dəyərli Bir abidə sayılan “Qabusnamə”də deyilir:Ey oğul, insan söz anlamağı və söz deməyi bacarmalıdır.
“Sözün iki üzü var:biri gözəl,biri çirkin.Camaat arasında danışarkən gözəllərini danış ki,xalqın xoşuna gəlsin və qabiliyyətinin dərəcəsi məlum olsun.Böyük və ağıllı adamları sözlərinə görə tanıyarlar,sözləri adamlara görə yox”.
Söz sərhəd içində doğulur.Sözün ilk sərhədi dilin qaydaları,qanunlarıdır.Bir də istedaddır,söz istedadla qovuşanda hüdud tanımayan,yurd bilməyən köçəri quşa bənzər.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi sözü məhz sərhəd bilməyən istedadlı sözdür.
Söz dünyadan gözəldi, söz həyatdan gözəldi,
Qövsi-qüzehli göydən, kainatdan gözəldi.
Yer üzündə tapılmaz sözün rəngi-boyası,
Dilə gəlməz tərifi - dili aciz qoyası. (Sirlər Xəzinəsi)

Кöhnə söz - bəzənmiş qoca qarıdır,


Yeni söz təravət, qüvvət barıdır.(Xosrov və Şirin)


Yaradıcılığı kimi qəlb dünyası da zəngin olan Nizami Gəncəvi “Leyli və Məcnun” əsərində sözə belə qiymət verir:

Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.


Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy öz sözlərinlə dünya bəzənsin.


Sözdür ən qədim şey,sözdür ən təzə,
Sözü yüz yerə yoz,sərraf ol sözə.
Varlığın anası bina tutandan,
sözdən gözəl övlad döğmamış inan.(“Yeddi gözəl”)


qədər şair var,söz var,şeir var,
Dünyada onlardan mənəm yadigar.
Mənimlə canlandı,söz tapdı qüvvət,
Yenə də mənimlə edər qiyamət.
Mən söz gülşəninin sərv ağacıyam,
Sərv ağacı kimi xidmətdə varam.(“İsgəndərnamə”)
Nizami sözü nə dil,nə ərazi sərhədi tanıyır.Şərqin və Qərbin onlarla dilinə çevrilib,bu gün ingiliscə,rusca,almanca,italyanca,fransızca və s.dillərdə səslənməkdədir.
Heç şübhəsiz ki, söz haqqında ən gözəl, dəyərli və unudulmayacaq sözü söz sənətimizin zirvəsi Məhəmməd Füzuli deyib:
Can sözdür,əgər bilirsə insan,
Sözdür ki,deyirlər,özgədir can.
və yaxud;
Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.
Kim gəlir-gəlsin- aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm!
XX əsrin möcüzəsi olan Nizaminin,Füzulinin könül mülkünə pərəstiş edən Mikayıl Müşfiq sözün gələcəyinə nikbin baxanlardan olmuşdur:
Şair yeni –yeni sözlər bulacaq
Kainat olduqca,şeir olacaq.
Söz nədir? sualına yuxarıda adlarını çəkdiyimiz şairlər şeirlə cavab verərək söz haqqında fikirlərinə möhür vurmuşlar. Lakin biz sözə dilçilik aspektindən yanaşaraq dilçilərin sözə verdikləri təriflərə nəzər salaq.
Prof.S.Cəfərov yazır:”Söz bir dildə danışan xalqın tarixi ilə əlaqədar olaraq hər hansı bir əşyanın,əlamətin,hadisənin,hərəkətin vəs.adın ifadə etmək üçün müəyyənləşmiş səs kompleksindən ibarətdir.”
Prof.A.Axundov sözə belə tərif verir.”Söz müəyyən məna bildrən bir səsə və ya bir neçə səsin birləşməsinə deyilir.”
Beləliklə, dildəki sözlərdən elə istifadə etmək lazimdir ki,nitqimizi dəqiq,düzgün,ifadəli,zəngin,məntiqi qurulmasına xidmət etsin.
Yüklə 14,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin