Nitqin inkişafı üzrə işin elmi əsasları


Nitqin inkişafı üzrə işin təşkilində şagirdlərin emosiyalarının rolu



Yüklə 0,65 Mb.
səhifə47/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   43   44   45   46   47   48   49   50   ...   55
Nitq kopyası

46. Nitqin inkişafı üzrə işin təşkilində şagirdlərin emosiyalarının rolu 
Şağırdin təlim-tərbiyəsinin mahiyəti, onun təfəkkürünün inkişafı, şəxsiyətinin formalaşması, ana dilinə necə yiyələnməsindən asılıdır. Belə ki, şagirdin nitqinin inkişafı ana dili zəminində daha uğurla həyata keçir. Azərbaycan dilinin zənginliklərindən istifadə etməklə şağırdlərin nitq bacarıqlarının dil dərslərində daha fəal fomalaşdırılması həmçinin müəllimin pedaqoji səriştəsindən xəbər verir. Fəal/interaktiv təlim üsullarının yaradıcı imkanları Azərbaycan dili dərslərində, o cümlədən hər bir dərsdə şağırdlərin nitq bacarıqlarının inkişafına şərait yaradır. Şağırdin düşüncəsinin inkişaf etməsi, ətraf aləmi dərk etməsi nitqinin formalaşması üçün nə qədər çox vacibdirsə, təfəkkürün inkişafı üçün də bir o qədər faydalıdır. 
Nitq inkişafı ilə yanaşı, şagirdin danışarkən düz dayanması, məzmuna uyğun mimika, jest seçməsi, artıq hərəkətlərə yol verməməsi və s. kimi şifahi nitqdə gözlənilməli mühüm şərtlər də nəzərdən qaçırılmamalıdır. Şagirdlərdə başqalarının nitqini dinləmək bacarığının aşılanması da mühüm məsələdir və müəllim buna da diqqət yetirilməlidir. Bu məqsədlə onlara əvvəlcədən bəzi tapşırıqlar verilməlidir. Adətən, şagirdlər tapşırıqları qrup şəklində daha fəal yerinə yetirirlər. Ona görə də sinifdəki şagirdləri bir neçə qrupa ayırıb, birinciyə təbiət, ikinciyə bitkilər və çiçəklər, üçüncüyə quşlar, dördüncüyə balıqlar, beşinciyə fəsillər və s. haqqında hekayə və ya esse yazmalarına dair tapşırıqlar vermək olar. 
Şagirdlər tapşırığa ayrılan vaxt ərzində kiçik hekayələr, esselər hazırlayırlar. Təqdimat zamanı digər qruplar hekayə və ya esseni dinləyərək suallar verirlər, suallar cavablandırılır. Hər kəs yoldaşlarının qurduğu hekayəyə və ya esseyə öz münasibətini bildirir, bu zaman onların həm şifahi, həm də yazılı nitq bacarıqları inkişaf edir. Nəticədə hər bir şagird ana dili vastəsi ilə hafizəsini, düşünmə qabiliyyətini, müəyyən hadisədən nəticə çıxarmaq, onu yekunlaşdırmaq, ümumuləşdirmək, digərindən fərqləndirmək bacarığını mənimsəyir. Bu prosesdə onların nitq bacarıqları daha məhsuldar inkişaf edir.
Müəllim nitqin insanları dinləmək, danışmaq, söyləmək, fikrini başqalarına anlatmaq üçün vasitə olduğunu şagirdlərə izah etməlidir. Belə olduqda şagirdlər başa düşür ki, nitq “düşündüklərimizi başqalarına bildirmək, söyləmək üçündür”.
Müəllim nitq inkişafı ilə bağlı zəruri nəzəri və metodik biliklərə yiyələnməlidir. Nitq inkişafı baxımından çalışmaların rəngarəngliyinə, iş formalarının müxtəlifliyinə diqqət yetirilməlidir. Bu işdə təsadüfiliyə yer vermək olmaz. Hər bir nitq inkişafı üzrə iş özündən əvvəlkinə əsaslanmalı və forma və məzmun etibarilə əvvəlkini inkişaf etdirməlidir. Şagird nitq inkişafı üzrə iş prosesində hansı sözdən necə istifadə etmənin vacibliyini anlamalıdır. İbtidai siniflərdə nitq inkişafı ana dili tədrisinin başlıca məqsədlərindən biri olduğu üçün oxu və dil dərslərində bu məsələyə ciddi fikir verilməlidir. 
Bu sahədə iş apararkən diqqət yetirilməli ən mühüm məsələlərdən biri şagirdlər tərəfindən obrazlı ifadələrin qurulması, daha doğrusu, nitqin şagird beyninin məhsulu olmasıdır. Psixoloqlar müəyyən ediblər ki, ibtidai sinif şagirdləri əksər hallarda yeni, çətin və müstəqil düşüncə tələb edən işlərlə rastlaşdıqda başqalarını təqlid etməyə meyl edirlər. Ona görə də əgər müəllim vaxtında buna diqqət yetirməsə onda şagirdlərin öz işlərində başqalarının fikir və sözlərindən istifadə etməsi adət halını alacaqdır. 
Şagird fikrini sübuta yetirməyi, əsaslandırmağı bacarmalı, cümləni nə üçün belə qurmasının izahını verməlidir. Belə olarsa, şagirdin öz nitqinə məsuliyəti artar, hətta onda başqasının nitqinə həssas, tənqidi münasibət yaranar. İbtidai sinif şagirdlərinə radio, televiziya və kino verilişlərini, lent yazılarını, müəllimi və sinif yoldaşlarının nitqini dinləmək, deyilənləri öyrənmək, işlətdikləri sözləri, fikirləri götür-qoy eləmək bacarıqları aşılanmalıdır. Nitqin məzmununa uyğun ifadə vasitələri (jest, mimika, intonasiya) seçmək hər zaman diqqətdə saxlanmalıdır. Beləliklə, ibtidai sinif şagirdlərində tədricən özünənəzarət və nitqə tənqidi münasibət tərbiyə olunacaqdır. 
İ.O.Bayramov yazır ki, uşaqların nitqində ən çox müşahidə olunan məhdud cəhətlərdən biri də nitqin bədiilik etibarilə yoxsulluğudur. Bu qüsuru aradan qaldırmaq Azərbaycan dili tədrisinin əsas vəzifələrindən biridir.
Prof. A.N.Rəhimov da nitq inkişafı ilə bağlı tədqiqatlarında problemin həllinə təsir göstərəcək mülahizələr söylənilmişdir. Həmin mülahizələr obrazlı nitqin mahiyyətinin açılmasına dilin təsvir və ifadə vasitələri üzərində işin təşkilinə istiqamət verir. Müəllifə görə, bu problemin həllində şagirdlərin idrak səviyyəsinin nəzərə alınması vacibdir. Bunsuz nitqin inkişafında uğurlu nəticələr əldə etmək çətin və bəlkə də mümkün olmayan bir işdir.
Obrazlı nitq inkişafı üzrə işlər oxu və Azərbaycan dili (orfoepiya, orfoqrafiya, leksika, qrammatika), təsviri sənət, musiqi, təbiətşünaslıq fənlərinin bütün mövzu vəbölmələri ilə əlaqələndirilməlidir. Xüsusilə Azərbaycan dilindən sifətin tədrisinin problem baxımından böyük əhəmiyyəti var. Y.Kərimov yazır: “Niqdə sifətin nə dərəcədə və necə işlənməsi onun keyfiyyətini (obrazlılığını, emosionallığını) göstərən mühüm amildir”. Deyilənlər bizə belə fikir söyləməyə əsas verir ki, nitqin inkişafı baxımından işlərə aşağıda qeyd olunan elementlərdən bu və ya digərinin daxil edilməsi zəruridir:
1) lüğət ehtiyatını zənginləşdirmək;
2) ədəbi dil normalarını gözləmək;
3) obrazlı ifadələr qurmaq, onları cümlə və kontekstə daxil edə bilmək bacarıqlarına yiyələnmək;
4) nitqin və fikirlərin qrammatik, semantik və məntiqi əlaqələrini mənimsəmək;
5) oxu mətnindən sözləri, obrazlı ifadələri seçmək, sinonimlərini tapmaq və mənalarını izah etmək;
6) əşyalara bir neçə əlamət tapdırmaq və əsaslarını müəyyənləşdirmək;
7) emosional-ekspressiv məna çalarlı sözləri semantik cəhətdən neytral vahidlərlə müqayisə etdirmək və mənalarını açdırmaq;
8) fikirləri nitq vasitəsi ilə üslubi cəhətdən düzgün ifadə etmək;
9) mətnləri oxumağı, dinləməyi və başa düşməyi bacarmaq;
10) mətnə daha obrazlı ifadələr daxil etməyi bacarmaq;
11) digər şagirdlərin qurduğu obrazlı ifadələrə münasibət bildirmək və onun daha necə ifadə etmək mümkünlüyünü əsaslandırmaq və s.
Şagird hər şeyi öyrənməkdə və tərbiyə almaqda, başlıca olaraq, sözdən istifadə etdiyi üçün dil özünü təlim və tərbiyə üzrə işin mühüm vasitəsi kimi göstərir. Şagirdin təlim-tərbiyəsinin mahiyəti, onun təfəkkürünün inkişafı, şəxsiyətinin formalaşması, ana dilinə necə yiyələnməsindən asılıdır. Müşahidə və təcrübələr göstərir ki, ibtidai siniflərdə təlim-tərbiyə işlərinin müvəffəqiyyəti şagirdin ana dilini necə öyrətməyindən asılıdır. Böyüməkdə olan gənc nəslə məişətdə, əməkdə, ictimai fəaliyyətdə ana dilinin zənginliklərindən istifadə etməyi öyrətmək təlimin bütün mərhələlərində mühüm bir vəzifədir.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin