Nitqin inkişafı üzrə işin elmi əsasları


Nitqin inkişafında oyun- səhnələşdirmənin əhəmiyyəti



Yüklə 0,65 Mb.
səhifə43/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   39   40   41   42   43   44   45   46   ...   55
Nitq kopyası

41. Nitqin inkişafında oyun- səhnələşdirmənin əhəmiyyəti 

Bu iş prosesində sözlərin düzgün işlənməsinə və tələffüzünə xüsusi diqqət yetirilməlidir. Müəllim eyni bir dərsdə iki və daha artıq mövzuda rollu oyun təşkil edə bilər. Belə olduqda, bu işə daha çox şagird cəlb etmək imkanı yaranır. Səhnəciklərdə, ən azı, iki şagird iştirak etməlidir. Dərs zamanı oynanılan tamaşalar qısa olmalıdır. Səhnəciklərin mövzusu müasir olsa, daha yaxşı olar. Səhnəciklərin əvvəldən ssenarisi hazırlanmalıdır ki, şagirdlər bu ssenari üzrə çıxış etsinlər. Onlar verilmiş mətni öz sözləri ilə danışmalıdırlar. Bu zaman tamaşalar uzun müddət yadda qalır. Müəllim elə etməlidir ki, şagirdlər öz rollarını hisslərlə, emosiya ilə ifa etsinlər. Şagirdlər üçün ən asan situasiya seçilir. İştirakçılar: ana, xəstə, həkim, tibb bacısı, təcili yardım maşınının sürücüsü və s. rollarda iştirak edirlər. Məsələn, süni nitq situasiyası:Ana xəstələnmiş qızı üçün təcili yardıma zəng vurur və həkim çağırır. Həkim, tibb bacısı, təcili yardım maşınının sürücüsü ilə içəri daxil olurlar. Həkim xəstəni yoxlayır, suallar verir, “dərman və iynə təyin edir”. Tibb bacısı təyinatı yerinə yetirir. Sürücü həkimin çantasını götürür. Onlar sağollaşıb gedirlər.


Səhnəciklərdə audio-video kasetlərdən də istifadə edilir. Bu zaman yazılmış mətnlərə istənilən qədər qulaq asıla və ya baxıla, eynu zamanda lüğət, tələffüz, intonasiya, vurğu və s. müzakirə edilə bilər. 
“Tülkü və durna”, ”İki dost”, “Ağıllı məsləhət” və s. mətnləri də səhnələşdirilmiş şəkildə tədris etmək olar. Dərslər rollu oyunlarla tədris edildikdə mətnin məzmununu şagirdlər asanlıqla mənimsəyirlər. Qısa müddət ərzində şagirdlər öz rol oynamaq bacarıqlarını üzə çıxarırlar. Hər hansı bir səhnənin rollarla təqdimatı zamanı iştirak edən şagirdlər arasında əməkdaşlıq yaranır. Şagirdlər yalnız öz rolunun deyil, tərəf-müqabilinin də replikalarını yadda saxlamalı olurlar. Müəllim çalışmalıdır ki, dərs maraqlı keçsin, şagirdlər tapşırıqları həvəslə yerinə yetirsinlər. Adətən, belə dərslər canlı və emosional keçir, şagirdlərin əksəriyyəti fəallıq göstərirlər və bu zəmində nitq üzrə işin səmərəsi daha yüksək olur.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin