Nitqin inkişafı üzrə işin elmi əsasları


Oxu və nəqletmədə nitqin inkişafı



Yüklə 0,65 Mb.
səhifə51/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   47   48   49   50   51   52   53   54   55
Nitq kopyası

55. Oxu və nəqletmədə nitqin inkişafı 


56. Elmi, bədii, publisistik mətnlərin nitqin inkişafında rolu
Bədii mətnlər nitq inkişafı üzrə aparılan işin metodik baxımdan daha səmərəli və keyfiyyətli qurmaq, elmi əsaslarla təşkil etmək üçün əlverişli imkan yaradır. Bədii mətnlər ibtidai sinif şagirdlərinin hafizəsini, düşünmə qabiliyətini, müəyən hadisədən nəticə çıxarmaq, onu yekunlaşdırmaq, ümumuləşdirmək, digərindən fərqləndirə bilmək və s. idrak bacarıqlarını inkişaf etdirir.
Şagirdlər hadisələri bədii obrazlarla daha səmərəli qavrayır. Hekayə, nağıl, təmsil, şeir və digər bədii nümunələrin təsiri nəticəsində uşaqların təbiət və cəmiyyətdən aldıqları bilik və təsəvvürləri daha da dəqiqləşir, nitqləri obrazlı söz və ifadələr hesabına zənginləşir. 
Elmi- kütləvi mətnlərin oxusu nitq inkişafı üzrə işin təşkilində mühüm əhəmiyət daşıyır. Elmi-kütləvi mətnlər şagirdləri təbiətdəki əşya və hadisələri, qanunları və qanunauyğunluqları, həmçinin ölkəmizdə baş verən ictimai-siyasi hadisələri başa düşməyə doğru aparır. Elmi-kütləvi materiallardan təbiət və cəmiyyət haqqında əldə edilən məlumatlar şagirdlərdə elmi dünyagörüşün, təbiətin tamlığı, bütövlüyü haqqında təsəvvürün yaranmasını təmin edir. Onlar təbiət, coğrafiya, tarix, fizika, astronomiya, kimya, biologiyaya dair ilkin biliklərə yiyələnir, praktik vərdişlər qazanırlar. Elmi-kütləvi mətnlərdə əşya və hadisələr haqqında dəqiq məlumat, düzgün qiymət verilir. Elmi-kütləvi mətnlərin başlıca əhəmiyyəti ondadır ki, haqqında söhbət gedən əşya və hadisənin başqa əşya və hadisələrlə qarşılıqlı əlaqələrini də açır, onları elmi cəhətdən əsaslandırır. Belə mətnlərin yaxşı cəhətlərindən biri də odur ki, bu mətnlər uşaqlarda əşya haqqında obrazlı təsəvvür yaradır. Belə mətnlər şagirdlərdən diqqətlilik, iradi səy, məntiqi fəaliyyət, müəllimdən isə öyrənilən məsələyə ciddi düşünülmüş münasibət təmin edən metod və priyom seçməyi tələb edir.
Elmi-kütləvi mətnlərin oxusunda da şagirdlər üçün yeni material şərh olunur. Elmi-kütləvi mətni bütöv oxuyub, məzmunun dərk olunmasına ümid bəsləmək olmaz. Belə mətnlər hissə-hissə oxunur, hər hissə dərindən təhlil edilir, başa düşüldükdən sonra digər hissənin oxusu təşkil edilir. Oxu prosesində ədəbi tələffüz qaydalarına əməl olunması mətnin məzmunun dərk olunmasına səbəb olduğu kimi, mətnin oxusu nitq bacarıqlarının mənimsənilməsinə yardım edir. Mətn oxunmazdan əvvəl müəllim şagirdlərə hansı biliklərin veriləcəyi, bu biliklərin əvvəllər öyrənilmiş biliklərlə necə əlaqələndiriləcəyi üzərində düşünməklə bərabər, mətnin ifadəli oxusuna hazırlaşmalıdır. 
Publisistika (latınca “publicus” sözündən olub “ictimai” deməkdir)-cəmiyyət həyatının bu günkü aktual problemlərinə və hadisələrinə həsr olunmuş mətn növüdür. İbtidai siniflərdə şagirdlərin yaş və anlaq səviyyəsinə uyğun olaraq belə mətnlərin oxusunun təşkili onların dünyagörüşünün formalaşması və müxtəlif xarakterli mətnlərin oxunması baxımından səmərəlidir. Bu mətnlər ictimai-siyasi ədəbiyyatda, dövri mətbuatda (qəzetlər, jurnallar), radio və televiziya verilişlərində, sənədli filmlərdə, afişa və bukletlərdə istifadə olunur.
Kütləvi informasiya vasitələrində istifadə olunan publisistik mətnlər informasiya mənbəyi kimi bir neçə rol oynayırlar:

  1. bu mətnlərin müəllifləri daha geniş oxucu, dinləyici və tamaşaçı kütləsini cəmiyyət üçün məna ifadə edən problemlə tanış etmək məqsədi güdürlər;

b) bu mətnlər söylənilənlərə qarşı müəyyən münasibət yaradır və müəyyən davranışın vacibliyini vurğulayır;
c) kommunikativ funksiya daşıyır.
Publisistikada işıqlandırılan hadisələrin seçimi onların sosial əhəmiyyətinə və ictimai marağa görə aparılır: dövlət rəhbərlərinin görüşləri, yeni qanunların
qəbulu, teatr premyeraları, idman yenilikləri və s. haqqında hər yaşa uyğun
olaraq məlumatların verilməsi sivil vətəndaşların yetişməsi üçün əhəmiyyətlidir.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin