Nitqin inkişafı üzrə işin elmi əsasları


Nitqin ikişafının təşkilində fəal təlim texnikalarından istifadə



Yüklə 0,65 Mb.
səhifə39/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   35   36   37   38   39   40   41   42   ...   55
Nitq kopyası

36. Nitqin ikişafının təşkilində fəal təlim texnikalarından istifadə


37. Azərbaycan dili dərslərinin şagirdlərdə nitqin formalaşmasına xidməti

Dilə yiyələnmə ailədən başlanır. Uşaq məktəbə gedənədək ana dilinin köməyi ilə ətraf aləm haqqında müəyyən təsəvvürlər əldə edir. Bu təsəvvürlər isə onun lüğət ehtiyatını zənginləşdirir, dəqiqləşdirir. Dilin köməyi ilə başqalarının dediklərini anlayır, ətraf aləmdəki əşya və hadisələr haqqında öz fikirlərini yaşına uyğun şəkildə ifadə edə bilir. Bu dövrdə uşaqların nitqinin inkişaf etməsi onların ünsiyyət dairəsinin genişlənməsinə gətirib çıxarır. Ünsiyyət dairəsinin genişlənməsi, müxtəlif fəaliyyət növləri uşağın verbal(səsli) ünsiyyət imkanlarını genişləndirir, onların sərbəst nitqinin formalaşmasına zəmin yaradır. 


Bəs ünsiyət nədir?
✓ Ünsiyyət – kommunikasiyadır.
✓ Ünsiyyət – məlumatın bir fərddən digərinə ötürülməsi və qəbul edilməsi prosesidir.
✓ Ünsiyyətdə iki və ya daha çox adam iştirak etməlidir.
✓ Ünsiyyət uşaq anadan olduğu anından ağlayarkən, anasının ona cavab verməsi ilə başlayır.
Bununla yanaşı, ünsiyyətin formaları da vardır. Məsələn: 
1.Qeyri-verbal ünsiyyət: bədən dili; mimika (üz ifadəsi); gözlə əlaqə; səslər.
2.Verbal ünsiyyət: nitq; jestlərlə danışıq; yazı.
Ünsiyyət aşağıdakı şəkildə baş verir:
• məlumatı görmək, eşitmək və ya hiss etmək;
• eşitdiyini, gördüyünü və hiss etdiyini anlamaq; alınan məlumata cavab hazırlamaq; cavab verilməsi yolunu seçmək; cavabı vermək və bu cavabın qarşı tərəfdən anlaşdığını əminlik hiss etmək.
• ünsiyyət problemi ( uşağın özünün ünsiyyət problemi. məsələn: autizm);
• nitq qüsurları. 
Son iki bənddə ünsiyyətin çətinləşməsi, pozulması faktoru vardır. Bunları verməkdə məqsəd ünsiyyətin, nitq prosesinin nə qədər zəruri bir fəaliyyət növü olduğunu və uşaqların nitqinin inkişaf etdirilməsi üzrə işin qayğısına qalmaq kimi mühüm bir məsələnin ciddiliyini dərk etməkdir. Uşaqların nitq inkişafı onların psixi inkişafının tənzimləyicisidir. Nitqin olmaması, nitq qüsurunun olması, söz ehtiyatının azlığı uşaq psixikasına mənfi təsir edir. Bütün bu nitq pozuntuları uşaqlarda ilk olaraq aqressivlik, qavrayışın ləngiməsi, təfəkkürün geriliyi və bu kimi digər psixoloji narahatlıqlara gətirib çıxarır. Buna görə də uşaqların nitq inkişafına xüsusi diqqət yetirmək lazımdır.
Ünsiyyət üçün lazım olan bacarıqlar aşağıdakılardır:
• Diqqət- uşaq anadan olandan bir qədər sonra-o ilk dəfə anasının üzünə baxdığı dövrdən inkişaf etməyə başlayır, daha sonralar fikrini hər hansı bir faəliyyət üzərində cəmləşdirməyə keçir;
• Dinləmə - uşağın eşitdiyi hər bir səsə reaksiya verməsində başlayaraq onu müəyyən bir şeyə qulaq asmaq bacarığına doğru inkişaf edir;
• Anlama-uşaq anadan olandan bir qədər sonra uşaq gördüyü əşyaların və eşitdiyi səslərin mənasını dərk etdiyi andan inkişaf etməyə başlayır.
• Təqlidetmə və iştirakın ilk 2 mərhələsi sadə oyunlar vasitəsilə digər insanlarla bilavasitə əlaqəyə girmək yolu ilə iştirak və təqlid etmə bacarığının olması ilə əlaqədardır
• Nitq – qığıldama və işarələrdən başlayıb, öz dilində sərbəst və düzgün danışmağa qədər inkişaf edir.
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə uşaqların nitqə yiyələnməsinin bir neçə mərhələsini göstərmişlər. Onlar göstərirlər ki, ilk dövrlər uşaqlarda fonematik eşitmə qabiliyyəti inkişaf edir, onlar ana dilindəki səsləri fərqləndirməyə, tələffüz etməyə başlayırlar. İkincimərhələdə isə uşağın söz ehtiyatı artır, sintaksis qaydalarını mənimsəyirlər. Üçüncü mərhələdə dilin semantikasına, sözlərin mənasına yiyələnirlər. Nitqin bu mərhələlərinin düzgün inkişafı nitqin semantik, ümumiləşdirmə və kommunikativ funksiyalarının inkişaf etməsinə səbəb olur ki, bu funksiyaların köməyi ilə uşaqlar ünsiyyət saxlayaraq fikir mübadiləsinə qoşulurlar.
Məlumdur ki, dil ünsiyət vasitəsi, nitq isə ünsiyyət prosesidir. Nitqə yiyələnmə prosesinin ayrılmaz şərtlərindən biri də onun funksiyalarının: kommunikativ və ünsiyyət funksiyalarının, nitqi planlaşdırma funksiyasının və işarə
Şagirdlərin nitqinin inkişafı ana dilinin mənimsənilməsi prosesi ilə intensiv şəkildə davam edir, daha fəal bir forma alır və onların həyat tərzinin ayrılmaz bir hissəsinə çevrilir.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin