Nitqin inkişafı üzrə işin elmi əsasları


Şagirdləri bədii ədəbiyyatla tanış etməyin əhəmiyyəti



Yüklə 0,65 Mb.
səhifə37/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   33   34   35   36   37   38   39   40   ...   55
Nitq kopyası

Şagirdləri bədii ədəbiyyatla tanış etməyin əhəmiyyəti

Bədii mətnlər nitq inkişafı üzrə aparılan işin metodik baxımdan daha səmərəli və keyfiyyətli qurmaq, elmi əsaslarla təşkil etmək üçün əlverişli imkan yaradır.  Bədii mətnlər ibtidai sinif şagirdlərinin hafizəsini, düşünmə qabiliyətini, müəyən hadisədən nəticə çıxarmaq, onu yekunlaşdırmaq, ümumuləşdirmək, digərindən fərqləndirə bilmək və s. idrak bacarıqlarını inkişaf etdirir. 
Bədii əsərdə xalq dilinin parlaq, aydın dərinliklərində doğma ölkənin tək bir təbiəti deyil, həm də xalqın mənəvi həyatının bütün tarixi əks olunur. Bədii mətnlərdə vətənin səması, onun havası, fiziki hadisələri, iqlimi və tufanları xalq ruhunun bütün yaradıcılıq qüvvəsi ilə ana dilində obrazlı ifadələrlə, fikirlərə, şəkillərə və səslərə çevrilir ki, bunlar da şagirdin mənəvi aləminə və nitqinə hopur. Bədii ədəbiyyat şagirdlərə nəinki şadlıq və fərəh gətirir, eyni zamanda onların ətraf mühitdəki həqiqəti dərk etməsinə və duyduqlarını, düşündüklərini, bildiklərini, öyrəndiklərini danışmaq ehtiyacı yaradır. Onlar öz təəssuratlarını bölüşmək üçün dialoqa girir, daxili aləmlərini nitq vasitəsi ilə büruzə verirlər. Müxtəlif epik, lirik əsərlər və s. bədii mətnlər şagirdlərin bədii zövqünün formalaşmasına və nitq inkişafına təsir göstərir. Qeyd etmək lazımdır ki, bədii mətnlər şagirdlərin yaşına, maraq və meylinə uyğun olmalıdır. Belə olduqda bədii mətnlər şagirdlərin nitq bacarıqlarının inkişafına, təfəkkür fəaliyyətinin formalaşmasına müstəqilliyinin və yaradıcı təsəbbüsünün inkişafına kömək edir.
Şagirdlər bədii söz vasitəsilə ədəbi dilə sahib olur, bədii danışma qabiliyətini mənimsəyir, ana dilinin qrammatik quruluşunu öyrənir və öz lüğət ehtiyatını zənginləşdirirlər. Bədii söz kiçik yaşlı məktəblilərin nitq fəaliyyətinə eşidildiyi və tələffüz edildiyi şəkildə təsir edir, uşaq onu əhatə edən ictimai mühitdə eşitdiyi sözləri təhlil etmədən olduğu kimi qavrayır və ifadə edir. Təkrar nəticəsində həmin sözlər beyin qabığı üzərində iz buraxır və möhkəmlənir. 
Bədii mətnlər şağırdin hərtərəfli inkişaf etməsinə təsir edir, onda bütün zehni proseslərin, qavrayış və təsəvvürlərin, hafizə və təxəyyül, təfəkkür və nitqinin inkişafına kömək edir. İ.A.Florina yazır ki, bədii əsər söz, nitq materialı deyildir. Bu, ideyaların, fikirlərin surətlərdə ifadə edilən bitkin sisteminin mürəkkəb kompleksidir, bu, hadisələrin qanunauyğun qarşılıqlı təsiridir. Bədii əsər dil vasitəsilə uşağı təfəkkürün daha yüksək formalarının yolları ilə aparır. Bu zaman bədii əsərin dilinin emosionallığı uşağın əsəri asan dərk etməsi və möhkəm mənimsəməsi üçün spesifik əhəmiyyət kəsb edir.​
Azərbaycanın xalq şairi S.Vurğun “Balalarımız üçün gözəl əsərlər yaradaq” adlı məşhur məqaləsində yazırdı:“Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamaq, gülmək, qəzəblənmək-bütün insan xasələri uşağın aləmində mövcüddur. Demək istəyirəm ki, biz uşaqla danışdığımız zaman insanla danışdığımızı, uşaqlar üçün yazdığımızı unutmamalıyıq. Uşaq üçün yazılmış hər bir əsərin əsasında məna gözəlliyi yaşanmalıdır”.
Şagirdlər hadisələri bədii obrazlarla daha səmərəli qavrayır. Hekayə, nağıl, təmsil, şeir və digər bədii nümunələrin təsiri nəticəsində uşaqların təbiət və cəmiyyətdən aldıqları bilik və təsəvvürləri daha da dəqiqləşir, nitqləri obrazlı söz və ifadələr hesabına zənginləşir. Oxunan materialın məzmunu şağırdin yaddaşına bütövlükdə həkk olunur, o, bədii mətnin müxtəlif epizodlarını, hisslərini, ayrı - ayrı obrazlarını, onların hərəkətlərini, məntiqi ardıcıllıqla izləyir, təhlil edir, daxili məna əlaqələrini öyrənir və rabitəli nitqlə ardıcıl, bütün incəlikləri ilə verməyə çalışır. Bədii mətnlər kiçikyaşlı məktəblilərə düzgün, obrazlı nitq nümunəsi verir, bu zəmində onlar ana dilinin xarakter xüsusuyətlərinə, onun lüğət tərkibinə və qrammatik quruluşuna yiyələnirlər.




  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin