Nitqin inkişafı üzrə işin elmi əsasları


Dialoji nitqin öyrənilməsi üzrə işin yolları



Yüklə 0,65 Mb.
səhifə36/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   32   33   34   35   36   37   38   39   ...   55
Nitq kopyası

Dialoji nitqin öyrənilməsi üzrə işin yolları 

Dialoq sözü yunan mənşəli olubdia–“iki” və loqos “elm, nəzəriyyə” sözlərindən yaranmışdır. Dialoq, ümumiyyətlə, “iki və ya daha artıq şəxs arasında gedən söhbət” deməkdir, ədəbi əsərlərdə “İki şəxsin söhbəti şəklində yazılmış hissə” mənasındadır. Dram əsərləri dialoqlar şəklində qurulur. Dialoji nitqdə əsas yeri iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi tutur. İnsanlar bir araya gələrək mədəni ölçülər çərçivəsində bir-biri ilə söhbət edir, müəyyən məsələləri müzakirə edib öz rəylərini bildirirlər. Dialoji nitqdə:
▪ birincisi, hər replika birbaşa reaksiya–cavab tələb edir;
▪ ikincisi, dialoq rabitəli nitq şəraitində gedir;
▪ üçüncüsü, dialoq müəyyən konkret şərait və ya obyektlə bağlı olur və bu zaman ünsiyyət ikitərəfli canlı prosesə çevrilir.
Məlumdur ki, dialoq replikalardan, suallardan təşkil olunur. Dialoqda ifadəlilik, intonasiyanın fərqli formaları ilə (sual, nida, fasilə və s.), mimika və jest vasitələri, plastik əl hərəkət siqnalları ilə ifadə olunur, nitqin təsirlilik, ekspressiv-emosional çalar qazanmasında xüsusi yer tutur.
Dialoq ifadələrin qısa və yığcamlığı, cümlələrin sintaktik quruluşunun sadəliyi, ilə səciyyələnir. Dialoji nitqin sual-cavab forması ən çox tədris zamanı müəllim-şagird, şagird-şagird əməkdaşlığı kimi özünü göstərir.Fəal təlim zamanı müəllimin bələdçilik(fasilitator) mövqeyi də dialoji nitq zəminində baş verir. Şagirdlər dərsdə, ictimai yerlərdə, səhərciklərdə, radio vəteleviziya verilişlərində normal fikir mübadiləsi üçün müəyyən qaydalara, etik normalara əməl edirlər.
Dialoqun mikrodialoq və makrodialoq formaları da vardır. Mikrodialoq bir neçə şəxsin qısa söhbətindən ibarət olur. Mikrodialoqlara bədii əsərlərdə, epik növə daxil olan şifahi ədəbiyyat nümunələrində-təmsil, nağıl, əfsanə, lətifə və dastanlarda, eləcə də yazılı ədəbiyyat nümunələrində-xatirə, oçerk, hekayə, novella, povest və romanlarda rast gəlirik.
Makrodialoq bədii əsərlərin bütün quruluşunu əhatəedir. Dialoji nitqin 5 forması qeyd edilir: 1) monoloji dialoq; 2) söhbət və ya danışıq dialoqu; 3) sual-cavab dialoqu; 4) müsahibə dialoqu; 5) müzakirə dialoqu.“...dialoqda həm daxili, həm də xarici stimul olur. O, konkret mövzu ətrafında təzahür edir. Fikir obrazlı dialoqun sonunda bitir, sonda rabitəli mətn alınır. Burada hər iki iştirakçı başlıca funksiya daşıyır”.




  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin