42. Nitqin inkişafı üzrə işin şagirdin həyatının, fəaliyyətinin bütün sahələri ilə əlaqələndirilməsi Azərbaycan dilinin zənginliyinə, canlı dilin, natiqlik sənətinin sirlərinə yiyələnməyən tərbiyəçi uşaqların qəlbinə, hissinə təsir göstərə bilməz. Məktəbəqədər tərbiyə müəssələrində uşaqların normal inkişafında nitq inkişafı böyük rol oynayır. Nitqin inkişaf etdirilməsi təfəkkürün inkişafına da səbəb olur ki, bu da uşağın fəaliyyətinin digər səbəblərinin qaydaya salınmasına imkan yaradır. Kiçik yaşlı uşaqların nitqinin inkişafı, nitq səslərinin tələffüzü və ətraf aləmdə gördükləri əşya və hadisələri sözlərlə adlandırmalarında özünü göstərir. Bildiyimiz kimi, söz nitq vahidi olduğundan uşağın rabitəli nitqinin inkişafı, fikrini başqalarına çatdırmaq bacarığı onun lüğət ehtiyatına necə yiyələnməsindən asılıdır.
Uşaqların lüğət ehtiyatının zənginləşməsinə təsir göstərən amillərdən biri də oyundur. Əbəs yerə uşaqlıq illərinin qızıl dövrünün oyun olduğunu adlandırmamışlar. Oyun uşaqların həyatında əsas fəaliyyət növüdür. Uşaqlar 6-7 yaşlarından oyuna meyl edirlər. Oyuna uşaqların həyat və fəaliyyətinin forması kimi baxmaq olar. Oyun hər şeydən əvvəl, uşaqların fəaliyyətini, müstəqilliyini təmin etməyə imkan yaradır. Məktəbəqədər yaşlı uşaqlar çox müxtəlif oyunlar oynayırlar. Bu oyunlardan didaktik, hərəkətli yaradıcı, sujetli-rollu musiqili, tikinti, oyun səhnələşdirmə kimi oyunları misal göstərmək olar. Oyun və əyləncələr uşağın arzu və istəkləri ilə üst-üstə düşdüyündən onun dil açması, nəyin isə adını yaşlılardan xəbər alması, nəyi isə öyrənməsi, fikrini başqalarına çatdırmaq məqsədi ilə müvafiq söz tapması üçün əlverişli şərait yaradır. Oyun uşaqların həyatında sadəcə əyləncə deyil, həm də məzmunlu bir prosesdir. Oyunda uşaq həyatı dərk edir, rəngi, formanı, əşyanın xassəsini, fəza münasibətlərini öyrənir, bitkilər, heyvanlar, adamların həyatı, əməyi ilə tanış olur, onlara öz münasibətini bildirir. Böyüklər üçün iş və digər ictimai davranış nədirsə, uşaqlar üçün də oyun odur. Oyun uşaqların lüğət ehtiyatının zənginləşməsində mənbə rolu oynayır.
Uşaq hər bir sözü eşidərkən onun nəyə aid olduğunu müəyyənləşdirməyə çalışır, həmin sözün arxasında hansı əşya və hadisənin olduğunu bilmək istəyir. Əgər uşaqlarda buna meyil olmazsa, tərbiyəçinin özü maraqlanmalı, uşaqlara belə bir vərdişi aşılamalıdır. Əks halda uşaqlar sözləri yerli-yersiz, mexaniki şəkildə işlətməyə adət edər, mənalarını isə başa düşməzlər. Məktəbəqədər müəssisənin kiçik qrupundan başlayaraq nitqin inkişafı, oyun prosesində lüğət ehtiyatının zənginləşdirilməsi üzrə işin düzgün təşkili bağça yaşlı uşaqların təfəkkürünün inkişafında əvəzsiz rol oynayır. Nitq və təfəkkürün normal inkişafı vəhdət təşkil etməzsə, onları məktəbə hazırlamaq mümkün olmaz.
Lüğət ehtiyatının zənginləşməsi dedikdə kiçik yaşlı uşaqların nitqinə yeni sözlərin daxil olması üzrə yönəldiləcək, sözlərin mənalarının genişləndirilməsi, praktik şəkildə sinonimlər cərgəsindən istifadə, sözlərin konteksdə işlədilməsi, fikrin vasitəli ifadə olunmasında sözdən düzgün istifadə edilməsi böyük rol oynayır.
Təbiidir ki, nitq inkişafının müxtəlif elmlərlə əlaqəsi vardır.Nitq inkişafı metodikasının psixilogiya ilə əlaqəsindən biraz bəhs edək. Şifahi işarələr sistemindən ibarət olan dil ünsiyyət vasitəsidirsə, nitq fəaliyyət prosesinin özüdür.
Psixologiya isə nitqi öyrənməklə nitq fəaliyyətinin növlərini müəyyən edir, uşaqlarda nitq ünsiyyətinin yaranma yollarını aydınlaşdırır, insanın müxtəlif şəraitdə dildən istifadə etmə xüsusiyyətlərini müəyyənləşdirir.
Nitq inkişafı metodikasının ədəbiyyatşünaslıqla əlaqəsi şifahi xalq ədəbiyyatını, klasik və müasir yazıçıların uşaqlar üçün yazdıqları əsərlərə bələd olmadan uşaqların nitqinin inkişafını sürətləndirmək olmaz. Bu baxımdan tərbiyəçi uşaq ədəbiyyatının sirlərinə bələd oimalıdır. Hər bir yaş dövrü üçün müvafiq ədəbi əsərlərin seçilməsi, onların oxunması, əsərin personajları, əsərin qəhrəmanlarının xarakterinin təsiri, onların hərəkətlərinə münasibətin bildirilməsi, əsərin oxunması, intonasiya,vurğu, diksiya, ritm, temp,ədəbi tələffüz qaydalarının üzrə iş aparmağa imkan verir. Nitq inkişafı metodikası fiziologiya elmi ilə də əlaqədardır. Nitq fəaliyyəti müxtəlif nitq hadisələrinin məzmunundan asılı olaraq çox mürəkkəb fizioloji mexanizmdir. Fiziologiyada sözə bilavasitə siqlalları-hissetmə, qavrama və təsviri əvəz edən xüsusi siqnal kimi, dilə isə ikinci siqnal kimi baxılır. Fizioloji məlumatlar nitqin formalaşmasında nitq orqanlarından gələn eşitmə və kinestetik (hərəki) inpulsların böyük rolunu təsdiq edir.
Fizioloji biliklər uşağın nitqiniin formalaşması prosesini daha dərindən başa düşməyə kömək göstərir. Nitq inkişafının metodikası sahəsində iş apararkən uşaqların nitq orqanlarının quruluşu haqqında anatomiyanın məlumatlarından da istifadə olunur. Nitq inkişafı metodikasının psixologiya elmi ilə, xüsusi ilə uşaq psixologiyası və pedaqoji psixologiya ilə sıx əlaqədardır. Metodika psixologiyanın uşağın inkişafının sosial hadisəsi olması, uşağın təlim və tərbiyəsinin onun əqli inkişafında aparıcı rol oynamasına əsaslanır.