43. Süni nitq situasiyalarının yaradılması Nitq situasiyası dedikdə, şagirdləri danışmağa vadar edən vəziyyətin yaradılması nəzərdə tutulur. Bir çox ədəbiyyatda buna nitq mühiti deyilir. Situasiyanın yaradılması şagirddə danışacağı obyektin (hadisənin, hekayənin, nağılın) məzmununu məntiqi, obrazlı şəkildə ifadə etmək tələbi yaradır. Nitq situasiyası anlayışı təkcə metodik yox, eyni zamanda linqvistik anlayış kimi özünü göstərir. Bu anlayış linqvistikada xahiş, əmr, təsdiq, rədd, kinayə, istehza.... təsvir olunan ifadə vasitələri qrammatik situasiya yaradır. Metodik anlayış kimi o, linqvistik baxışdan fərqlənir. Nitqin mənbələri müxtəlif və rəngarəngdir (şəkillər, oxunmuş materiallar, təbiət, musiqi, heykəltəraşlıq və digər sənət əsərləri). Nitq situasiyası məzmunun təbii danışıq tərzinə yaxın formada ifadə edilməsidir. Şagirdlərin öz aralarında söhbətləri, dialoqları, yeni situasiyada baş verir. Bu obrazlı ifadələrin (söz, söz birləşməsi və cümlələrin) işlənməsinə də zəmin yaradır.
Metodik nitq situasiyası iki növə ayrılır: a) təbii situasiya; b) süni situasiya. Əgər təbii situativ nitq hansı obyekt (oxu materialları, şəkillər, təbiət üzərində müşahidələr, oyunlar, əyləncələr) əsasında fikirlərinin canlı ifadəsidirsə, süni situativ nitqsəhərciklərdə, müəyyən toplanışlarda, radioda, televiziyada müxtəlif mövzularda çıxış etməsidir. Əlverişli nitq situasiyası yaratmaq üçün təlim prosesində ən optimal priyom və metodlardan istifadə edilməlidir.
Süni situasiya hər şeydən əvvəl şifahi monoloji nitqlə bağlıdır. Burada şagirdin keçirdiyi həyəcanlar mühüm rol oynayır. Təcrübə göstərir ki, əvvəlcə fikrin tematikası müəyyənləşməlidir. Çıxış üçün, nitq üçün hazırlıq işləri aparılmalıdır. Qeyd olunan cəhətlər situasiyanın obrazlı nitq inkişafındakı mövqeyini göstərir.
44. Nitqin inkişafı üzrə işin məzmun, məqsəd və metodlarının düzgün müəyyənləşdirilməsi Nitq inkisafi üzrə işlər başlıca olaraq üç istiqamətdə aparılır.
Birinci istiqamətdə şagirdlərin lüğət ehtiyatini zənginləşdirmək üzrə aparılan işlər (buraya yeni sözlərin öyrənilməsi, bu və ya digər bir sözün mənasmm dəqiqləşdirilməsi, ondan hansı məqamlarda istifadə olunması və s.) daxildir. Lüğət üzrə işin aparılmasmda mühüm tələblərdən biri tanış olmayan sözü şagirdlərin görə bilməsi - müəyyən edə bilməsi bacarığmı inkişaf etdirməkdən ibarət olmalıdır.
Nitq inkişafı üzrə işlərin ikinçi istiqamətinə şagirdləri ədəbi dilin normalarma yiyələndirməklə əlaqədar aparılan işlər daxildir. Bunlar, başlıca olaraq, aşağıdakılardan ibarətdir:
Şagirdlərə ədəbi (orfoepik) tələffüz vərdişlərinin aşılanması, o cümlədən onlarm nitqindəki yerli şivə xüsusiyyətlərinin aradaıı qaldırılması üzrə aparılan işlər.
Sözlərin müxtəlif formalarmm əmələ gəlməsi normaları üzərində aparılan işlər. Buraya sözlərin müxtəlif formalarmm əmələ gəlməsi və bunlarm nitqdə işlənməsinə aid normalarla əlaqədar şagirdlərin bacarıq və vərdişlərində qarşıya çıxan nöqsanları aradan qaldırmaq üzrə aparılan işlər daxildir.
Insanın mədəni yetkinliyinin meyarlarmdan biri onun nitq mədəniyyətinə yiyələnməsidir. Təsadüfı deyil ki, şagirdlərin nitqlərinin inkişaf etdirilməsi məktəbin qarşısmda duran ən mühüm ümumpedaqoji problemlərdən biridir. Ana dili tədrisinin başlıca prinsipi olan nitq inkişafınin vəzifəsi dil və təfəkkürün vəhdəti haqqmda təlimdən irəli gəlir. Uşaqların təffəkkürünü inkişaf etdirməklə biz, şübhəsiz onlarm nitqinə təsir göstərir, nitqini inkişaf etdirməklə təfəkkürünün inkişafına təkan veririk. Bizim nitqimiz yalnız dil terminləri, frazaları əsasında meydana gəlir.
Nitqdə təbiilik, düzgünlük, məntiqlik, təmizlik, müyəssərlik, məqsədəyönlülük, zənginlik, aydmlıq, sadəlik, səlislik, yığcamlıq, ifadəlik, çılğmlıq, obrazlılıq, ekspressivlik, emosionallıq, gözəllik, ardıcıllıq, nəzakətlilik kimi normalar gözlənməlidir.
Uşaqlar ümumxalq dildən istifadə etməklə öz fıkrini nitq vasitəsilə başqalarma çatdırırlar. Nitq insanm əqli fəliyyətinin yaranmasmda bilavasitə iştirak edir və onun əsası olur. Şagirdlər mükəmməl nitqə yiyələnməklə xarici aləmdəki hadisə və əşyalar haqqmda biliyə yiyələnirlər. .
Şagirdlərin praktik şəkildə mənimsəmələri üzrə iş bütün məşğələlərdə, həmçinin tənəffüljlərdə, sinifdən xaric məşğələlərdə, ictimai faydalı işlərdə, əmək prosesində, evdə getməlidir. Bütün bunlar üçün şərait yaradaraq şagirdi başlı- başına buraxmaq, ünsiyyət prosesində nitqin öz-özünə inkişaf edəcəyinə ümid bəsləmək böyük səhf olardı. Uşaqlara düzgün danışmağı öyrətmək lazımdır. Bunun üçün isə müəllim hər hansı bir məşğələ prosesində uşağın nitqinə təsir göstərməlidir. Müəllim şagirdin sözləri nece tələffüz etməsinə, vurğunu necə işlətməsinə, fıkri dəqiq və düzgün ifadə etmək üçün söz və ifadələri necə seçməsinə, intonasiyaya, surətə və s. fıkir verməli, müşahidə etdiyi nöqsanları ehtiyyatla düzəltməlidir.
Nitq inkişafı üzrə işin müvəffəqiyyəti təlim metod və texnikalarının düzgün seçilib tətbiq edilməsindən asılıdır. Müasir dərsdə yeni təlim texnologiyaları və ya fəal/interaktiv təlim metodlarının tətbiqi şagirdlərin təfəkkürünün inkişafına əsaslanır ki, bu da nitq inkişafının tənzimləyicisidir. Yeni təlim texnologiyaları ilə müstəqil şəkildə nitq bacarıqlarına yiyələnən şagirdlərin nəinki təfəkkürü inkişaf edir, formalaşır həm də yaradıcılıq qabiliyyətləri inkişaf edir. Şagirdlərin nitq və təfəkkürünün inkişafına imkan yaradan bir sıra ənənəvi və fəal təlim metodları vardır ki, onların təlim prosesində məqsədəuyğun təşkili müəllimin bilik və bacarıq səviyəsindəndə çox asılıdır. Müəllim yeni təlim texnolodiyalarının imkanlarından səmərəli istifadə edə bilmək üçün həmin metod və texnikalar haqqında anlayışlı olmalı, onları hansı dərsdə, hansı mövzunun tədrisində daha effektli olacağını “ölçüb-biçməlidir”.
Yeni təlim metod və texnikalaraları aşağıdakılardır(qeyd: metod və üsul sinonim kimi qəbul olunur):
❖ Beyin həmləsi metoduna aid texnikalar
1. Beyin həmləsi (əqli hücum)
2. Anlayışın çıxarılması
3. BİBÖ (Bilirik. İstəyirik bilək. Öyrəndik)
4. Auksion (cisim və hadisələrin xüsusiyyətlərini öyrənmə)
5. Klaster(şaxələndirmə)
6. Suallar
7. Söz assosiasiyaları
❖ Müzakirə metoduna aid texnikalar
1. Müzakirə
2. Diskusiya
3. Debatlar(çarpaz müzakirə)
❖ Rollu oyunlar metoduna aid texnikalar
1. Rollu dialoq
2. Modelləşdirmə
❖ Tədqiqatın aparılması metoduna aid texnikalar
1. Problemin həlli
2. Venn diaqramı (cisim və hadisələri müqayisə etmək və onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək)
❖ Təşkilatı metoduna aid texnikalar
1. Ziqzaq
2. Karusel (hər bir şagird bütün məsələlərin həllində iştirak edir).
Yeni texnologiyaların, fəal/interaktiv metodlarının nitq inkişafı üzrə işin tədrisində tətbiqi şagirdlərin öz fikirlərini ədəbi dil normalarına uyğun aydın, səlis, ifadəli, lakonik, məqsədəmüvafiq məntiqi ardıcıllıqla ifadə etmələrinə şərait yaradır. Bu metodlar şagirdlərin şifahi və yazılı nitq bacarıqlarının, bu sahədə yaradıcılıq qabiliyyətlərinin inkişafını təmin etməklə, onlarda yüksək ünsiyyət mədəniyyəti formalaşdırır. Yeni təlim texnologiyalarında şagirdlərin intellektual, nitq mədəniyyəti, mənəvi cəhətdən inkişaf etdirilməsi ön plana keçirilir.