Nitqin inkişafı üzrə işin elmi əsasları


Nitqin inkişafının mərhələlər



Yüklə 0,65 Mb.
səhifə8/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   4   5   6   7   8   9   10   11   ...   55
Nitq kopyası

Nitqin inkişafının mərhələləri

Müasir dövrdə uşağın(şagirdin) nitq inkişafı 4 mərhələyə bölünür. Bu mərhələlər aşağıdakılardır:
❖ 1-ci hazırlıq mərhələsi (0-1 yaş) - qeyri-verbal mərhələ;
❖ 2-ci məktəbəqədər yaş dövründən əvvəlki mərhələ (1-3 yaş) - verbal mərhələ;
❖ 3-cü məktəbəqədər yaş dövrü mərhələsi (3-7 yaş)
❖ 4-cü məktəb dövrü (7-17 yaş)
Uşaqlarda nitqin inkişafının hər bir mərhələsində məqsəd nitqin inkişaf etdirilməsi olsa da görülən işlərin məzmunu fərqlidir. Məsələn:
1-ci hazırlıq mərhələsi (0-1 yaş) - qeyri-verbal mərhələ. Uşaqlar həyatının ilk aylarında özlərini sadəcə olaraq nitqə hazırlayır. Çağanın söz ehtiyatı olmur, onlar özlərini ifadə etmək üçün ya ağlayacaq, ya da qığıldıyacaqdır. Bunlar nitq inkişafına başlanğıc kimi dəyərləndirilməlidir, çünki ağlama və qığıldama səs tellərini gələcək nitqin inkişafına hazırlayır. Ona görə də çağalıq dövründə (doğulduğu andan 1 yaşına kimi) uşağı çox danışdırmaq lazımdır. Uşaqlar artıq həyatının 3-4 ayından etibarən qığıldamalarını müəyyən hecalarla əvəz edirlər. Məsələn, onlar: ma-ma, ba-ba, də-də-də və s. bu şəkildə bir neçə heca yığını ilə özlərini ifadə etməyə çalışırlar. 
Uşaqlar 1 yaşının sonunda bir neçə sözdən istifadə etməyə, onlara yaxın olan insanların adlarını deməyə cəhd edirlər. Bu, adətən, ana, ata, bacı və s. sözlər ola bilər. 1 yaşında uşağın 5-10 söz ehtiyatı olmalıdır. Uşaqla daim ünsiyət qurularsa, söz ehtiyatı daha çox ola bilər. Valideynlər sözləri düzgün tələffüz etməli, uşaqlarına sevgi göstərmək üçün “uşaq dili” ilə (maşına düdüt, çörəyə pəpə və s.) danışmaq olmaz, çünki söz necə tələffüz edilsə, uşaq da elə yadda saxlayacaq və sonra qavramasında və tələffüzündə qüsur yaranacaqdır. 
2-ci məktəbəqədər yaş dövründən əvvəlki mərhələ (1-3 yaş) - verbal mərhələ. Nitq inkişafının əsasını uşağın dil açdığı dövrdən 1-3 yaşında onun nitqinə sözlərin daxil olması təşkil edir. Uşağı əhatə edən ətraf aləmdə hər bir şey onun lüğətinin yeni sözlər hesabına zənginləşməsinə qida verir. Z.M.Mehdizadə qeyd edirdi ki, uşağın təfəkkürü təkcə nitqdə ifadə edilməklə qalmır, həm də onun nitqi də təkmilləşir və inkişaf edir. Uşağın nitqinin və təfəkkürünün inkişafı onun bağça dövründə böyük əhəmiyyətə malikdir. Təfəkkür və nitqin bu dövrdə normal inkişafı uşağın “dünyagörüşünü” inkişaf etdirərək onu məktəb təliminə hazırlayır. Z.M.Mehdizadə uşaqlarda təfəkkür və nitqin inkişafında əsas mərhələlərdən birini onlarda sual dövrünün başlanmasından ibarət olduğunu göstərir. Uşaqlar xarici aləmin əşya və hadisələrinin məzmununu dərk etmədikdə onlarda suallar yaranmağa başlayır, ... bu dövrdə uşaqların təfəkkür və nitqlərinin inkişafını düzgün istiqamətləndirmək üçün əsas məsələlərdən biri də uşaqlara verilən sualların anlaşılan, başa düşülən olmasıdır.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin