şagirdin psixi inkişafının nitq inkişafından asılılığı dedikdə, nitq vasitəsi ilə təfəkkür fəaliyyətlərinin motivləşməsi nəzərdə tutulur. Bu motivləşmə nitqin sehirli gücü ilə öz həllini tapır. Nitq özü də şagirdlərdən dərin düşüncə, təfəkkür çevikliyi, məntiqi yanaşma və fikrini aydın şəkildə ifadə etmək qabiliyyəti tələb edir. Bu halda, şagirdin duyğu, qavrayış, hafizə, təfəkkür, təxəyyül və s. psixi prosesləri, diqqət, iradi səy, dözümlülük kimi keyfiyətləri üzə çıxır. Bu keyfiyətlərin təzühürü nitqdə əks olunur.
Fikrin xarici nitqə (yazılı və şifahi, dioloji və monoloji) ötürülməsi mürəkkəb prosesdir. Onun əmələ gəlməsində fizioloji (tələffüz orqanları), intonasiya (səsin qalxıb enməsi, ton, tembr, qrammatik, məntiqi və psixoloji fasilələr mimika və jestlər), qrammatika (söz, söz birləşməsi, cümlə) iştirak edir, həmçinin bu zaman əqli fəaliyyət də müstəsna əhəmiyyət kəsb edir. Bunlar əsasında xarici nitq formalaşmağa başlayır. Bu mülahizələr tam qənaətə gəlməyə əsas verir ki, nitqin yaranmasında təfəkkürdən daxili nitqə, oradan da şifahi və yazılı nitqə keçidi mühüm şərtdir. Xarici nitqin də öz növbəsində daxili nitqin inkişafına təsiri böyükdür. B.Q.Ananyevə görə daxili nitq xarici nitqin (əvvəl şifahi, sonra yazılı) mənimsənilməsi prosesindəformalaşır. А.Н.Соколов B.Q.Ananyevin fikrini təsdiqləyir. O yazır: “ Daxili nitq xarici nitqdən (şifahi və yazılı) bilavasitə genetik asılılıqda olur. Onun psixoloji informasiyası kimi çıxış edir”.
Deyilənlər, şagirdin psixi inkişafının nitq inkişafından asılılığını əsaslandırır. Belə ki, fikrin şifahi şəkildə ifadəsi 3 mərhələdən keçərək formalaşır:
a) əqli əməliyyata başlanması;
b) düşüncələrin daxili nitq prosesində dil formaları ilə maddiləşdirilməsi, mənalandırılması, məntiqi ardıcıllıqla yerləşdirilməsi;
c) fikrin şifahi monoloji şəkildə ifadəsi.
Şagird şifahi monoloji nitqə yiyələndikcə tədricən onda obrazlı nitqə doğru meyl yaranır. Şagird əvvəlki vəziyyətdən çıxır, yeni situasiyaya düşür. İşlətdiyi ifadələrin, cümlələrin dinləyicilər tərəfindən bəyənildiyini gördükdə onda danışmaq, fikir söyləmək ehtiyacı yaranır. Şagird daha parlaq, daha xoşagələn ifadələr işlətməyə cəhd edir. Yeni sözlər, ifadələr axtarır, cümlələr qurur. Bu zaman hər hansı fikir başqasını doğurur, hər bir cümlədə digəri əriyir. Bir cümlədə başqafikri açmaq, həmin cümlədə bir şey axtarmaq, düşünmək deməkdir.
Nitq konsrtuksiyaları, konkret cümlələr obrazların, əşyaların, hadisələrin xarakterini müəyyənləşdirdiyi kimi, həm də onları tipikləşdirən ən mühüm cəhətlərdir. Məlumdur ki, təlimin məqsədi şagirdlərdə biliklər sistemi yaratmaqdır. L.V.Zankov və L.S.Vıqotskiyə görə yaxşı təşkil olunmuş təlim şagirdlərin inkişafından irəli gedir. Onların təfəkkürünü və həmçinin nitqinin inkişafına imkanı yaradır. Şagird özlüyündə, necə deyərlər, həm yazıçıdır, həm heykəltəraşdır, həm də müsiqiçidir. Bəstəkarlar öz əsərlərini yaradarkən hansı hissləri, duyğuları keçirirlərsə, ondan hansı ləzzəti alırlarsa, şagird də sifahi və yazılı nitqini inşalar esselər vasitəsi ilə reallaşdırarkən təqribən ona bənzər hallar keçirir. Şagird bəhs etdiyi obyekti sözlərlə, obrazlı ifadələrlə, bədii cümlələrlə verməyə çalışır. Belə nitq dətəfəkkür kimi dərketmə prosesinin ümumi qanunlarına tabedir. Obrazlı nitqdə proses canlı seyrdən başlanır. Şagird görür, onunla təmasda olur, yaşayır, sonra dilinə gətirir (ya qələmə alır). Dərhal da şagirdin təfəkküründə mücərrədləşdirmə və ümumiləşdirmə prosesi başlanır. Şagird yaxşı tanımadığı, mahiyyətinə dərindən varmadığı, bilmədiyi fakt və hadisə haqqında konkret danışma bilmir. Söylənilən fikirlər ümumi mülahizələr, dumanlı təsəvvürlər, yalnış faktlar, ağızdan-ağıza dolaşan söz-söhbət səviyyəsində meydana çıxar.
Şagirdlər söz, ifadə, cümlələr üzərində düşünməyi, onların ifadə etdikləri məna və məzmunu tutmağı, onların məntiqi təbiətini görməyi bacarmalıdırlar, yalnız belə olduqda nitq onların psixi inkişafının tənzimləyicisi ola bilər.
Bu işi ibtidai sinif şagirdləri üçün elə də asan deyildir. Bunun üçün müəllimin hazırlıqlı olması zəruridir. Bu işin optimal təşkili əvvəl müəllimin və onun uğurlu, yaradıcı əməyinin nəticəsi kimi, sonra şagirdlərin təlimdə böyük əhəmiyyəti olan nitq bacarıqlarının inkişafı kimi meydana çıxır.